Məhəmməd surəsi; 16 (Münafiq münafiqi anlayar, öz aralarında xüsusi bir dil və baxışdan istifadə edərlər.)
ucgen

Məhəmməd surəsi; 16 (Münafiq münafiqi anlayar, öz aralarında xüsusi bir dil və baxışdan istifadə edərlər.)

891

ADNAN OKTARIN SAMSUN AKS TV VƏ TV KAYSERİDƏKİ CANLI REPORTAJI (3 OKTYABR 2010)

 "Onlardan bəzisi gəlib səni dinləyər, necə ki yanından çıxıb-getdikləri zaman elm verilənlərə deyərlər ki: O bir az əvvəl nə söylədi? Məhz onlar; Allah, onların ürəklərini möhürləmişdir və onlar öz həva (istək və ehtiras)larına uymuşlar" (Məhəmməd surəsi 16)

Adnan Oktar: Bu münafiqlərin əsas üslublarındandır. Münafiqlər xüsusi bir dildən istifadə edirlər. Məsələn, münafiqlərin bir-birlərinə baxışmaları xüsusidir, gözlə bir-birləriylə razılaşa bilərlər. Baxar, bir-birinə işarə verərlər. Mənfi bir şey olduğunda məsələn, müsəlmanların əleyhinə bir şey olduğunda, məsələn müsəlman danışarkən bir-birlərinə baxarlar və o anda işarə verərlər. Bir də danışmaqla da bu işarəni verərlər, amma gizli. Baxır, amma məsələn o baxışı tutsan "nə mənanı verir?" desən, bir şey çıxara bilməzsən. Amma ondan münafiq anlayar. Münafiq, münafiqdən anlayar. Məsələn, bu danışıqda da "o nə demişdi" deyir. İndi normal olaraq müsəlman deyər ki; "bunları söyləmişdi" deyər. Halbuki onun nəzərdə tutduğu çirkin bir mənadır. Yəni münafiqlər sözləri, cümlələri çirkin istifadə etməyi çox yaxşı bilərlər və xitab şəkillərindəki hörmətə uyğun olmayan üslubdan da aydın olar. Məsələn "o nə demişdi?" "Rəsulullah (s.ə.v) nə demişdi; xatırlayaq, düşünək, danışaq" demək ayrıdır, "o nə demişdi?" ayrıdır. Yəni eyni cümlədir, amma vurğulanması başqadır, birinin vurğulanması fərqlidir. Yəni vurğularının içərisində münafiqlər incə, şeytani vuruşlar və hücum sistemləri inkişaf etdirərlər. Bunlara çox diqqət yetirmək lazımdır, Quran buna diqqət çəkmişdir. Ona görə də münafiq özünü çox ağıllı zənn edir, çox ağıllı zənn edir, özünə çox güvənər. Məsələn, 50 nəfərlik bir birliyin içərisində 3-4 nəfər münafiq varsa, bir-birləriylə əlaqə qurmaq onları şeytani bir qürura, şeytani özündən əminliyə aparar. Yəni özlərindən əmin olarlar; yəni çox istedadlı olduqlarını, müsəlmanları bəyənmirlər, onları ağılsız olaraq görürlər, ayədə də ifadə edilir, onların ağılsızlığına yozarlar. Münafiqlər öz aralarında razılaşmağı da bir üstünlük olaraq görərlər. Halbuki o hərəkətlərindən özlərini cəhənnəmin dibində, çox şiddətli bir iztiraba doğru təslim etmiş olurlar, bunun şüurunda olmazlar. Allah ürəklərini möhürlədiyi üçün ağıllarına gəlmir. Zəki olurlar, lakin ağılsız olurlar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo