Argentinadan Kanadaya, Koreyadan Türkiyəyə qədər bir çox ölkədə siyasət partiyalar vasitəsilə icra edilir. Siyasi partiyalar müasir siyasət və demokratiyanın ən vacib ünsürləridir. İstər demokratiyanın əsas vasitəsi, istərsə də zülmün mənbəyi olsun, partiyalar dövlətlə cəmiyyətlərin arasında körpü rolu oynayır. Yəməndə bu körpünü ayaqda saxlayan partiyaların bəziləri bunlardır:
Ümummilli Xalq Konqresi, Yəmən İslah Partiyası, Yəmən Sosialist Partiyası, Ərəb Sosialist BƏƏS Partiyası, Yəmənlilər Birliyi Partiyası, Respublika Partiyası, Demokratik Partiya və Milliyətçi Tənzimləmə Partiyası.
Bu partiyaların bir qismi Yəməndə liberal siyasəti və ya islamyönümlü bir anlayışı müdafiə edirlər. Yəməndə İraq və Suriyada olan BƏƏS Partiyasına bənzər ərəb milli siyasətini həll yolu olaraq irəli sürən partiyalar da var.
Partiyalar cəmiyyətin istəklərini həyata keçirməyi vəd edərək seçkiləri qazanmağı və beləcə iqtidarı ələ keçirməyi hədəfləyirlər. Lakin bəzi partiyalar cəmiyyətin istəklərini həyata keçirməkdə, xalqın problemlərini həll etməkdə, hətta problemləri müəyyənləşdirməkdə belə uğursuzdurlar.
BƏƏS rejiminin ərəb ölkələrində meydana gətirdiyi zülm səhnəsi açıq-aşkar göründüyü halda, sosialist və ya nasirçi siyasətlə Yəmənin daha gözəl bir gələcəyi olacağını iddia edən partiyalar da mövcuddur.
Son zamanlarda İraq və Suriyada fəaliyyət göstərən BƏƏS partiyalarının uğursuzluqları ölkələrini böyük bir fəlakətə sürüklədi. Misirdə Müsəlman Qardaşların Azadlıq və Ədalət Partiyası devrildi, çünki partiyanın onu müdafiə etməyənləri kənarlaşdıracağına, hətta despotik bir rəhbərlik quracağına şübhələr vardı. Misirdə hazırda Suriyadakı kimi vətəndaş müharibəsi yoxdur, ancaq ölkədə demokratiya də yoxdur. Hər an qarışıqlıq, şiddət halları meydana gələ bilər.
Bu mənfi nümunələrə baxmayaraq, Yəməndə aktiv bir demokratiya vardır. Partiyalar arasında nə qədər böyük fikir ayrılıqları olsa da, demokratiyanın işləməyə davam etməsi çox əhəmiyyətlidir. Bunun üçün Yəməndə partiyalar minimum əsaslarla razılığa gələ bilərlər.
Bu minimum əsasları partiyaların ideologiyalarına dəyişiklik və ya məhdudlaşdırma etmədən yaratmaq da mümkündür. Yəməndə milli bütövlüyün qorunması və demokratik həyatın davam etməsi üçün bütün partiyaların üzərində razılığa gəlmələri vacib olan əsas məsələlər bunlar ola bilər:
Bu sadalananlardan əlavə, sonuncu və ən əhəmiyyətli olan isə Yəməndəki bütün partiyaların demokratiyaya olan bağlılıqlarının aşkar və qəti şəkildə dilə gətirmələridir. Ölkədə demokratiyanın qorunmasında ən böyük öhdəlik Yəmən müsəlmanlarının üzərinə düşür. Çünki İslamın təməlində müasir demokratiyaya xas olan fikir, söz və vicdan azadlığı vardır.
Bəzi insanlar demokratiyanın bəşər tarixində ilk dəfə antik Yunanıstanda yarandığını iddia edirlər. Halbuki insanlara demokratiyanı öyrədən Allah’dır. Hz. Adəmdən başlayaraq bütün peyğəmbərlər azadlığın, azad düşüncənin, fikirlərə hörmətin əsl nümayəndələridir. Demokratiya deyəndə insanların ağlına gələn azadlıq, ədalət, heç kimə təzyiq edilməməsi, insanlara hörmət edilməsi, etimad göstərilməsi, insanların düşüncələrinə görə mühakimə edilməməsi kimi bütün anlayışlar din əxlaqında mövcuddur. İnsanlar bunları tarix boyunca Allah’ın endirdiyi haqq dinlər vəsiləsi ilə öyrənmiş və ən gözəl nümunələrinə də haqq dinlərin yaşandığı dövrlərdə şahid olmuşlar.
Bütün peyğəmbərlər kimi hz. Muhəmmədin (s.ə.v) peyğəmbərliyi dövründə də demokratiyaya nümunə olan bir çox hadisə yaşandı. Peyğəmbərimizin (s.ə.v) yaşadığı ərazidə dini, dili, irqi və tayfası müxtəlif olan bir çox insan birlikdə yaşayırdı. Bu cəmiyyətlərin birlikdə dinc şəraitdə və güvən içərisində yaşamaları, aralarına nifaq salmağa çalışanların cavab verilmədən buraxılmaları çox çətin idi. Ən kiçik bir sözə və ya rəftarına görə bir qrup digərinə dərhal qəzəblənib hücum edə bilərdi. Ancaq Peyğəmbərimizin (s.ə.v) demokratiya anlayışı, ədalətlə hökm verməsi, müsəlmanlarla bərabər bu birliklər üçün də dinclik və zəmanət qaynağı olmuşdur. Əsri-Səadət dövründə Ərəbistan yarımadasında xristian, yəhudi, bütpərəstlər arasında ayrı-seçkilik edilmədən hər kəsə ədalətlə davranılırdı. Peyğəmbərimiz (s.ə.v.) Allah’ın "Dində məcburiyyət (zorakılıq) yoxdur ..." (Bəqərə surəsi, 256) ayəsinə itaət edərək, hər kəsə din əxlaqını izah etmiş, ancaq seçim etməkdə hər kəsi sərbəst buraxmışdır.
Uca Allah`ın buyurduğu haqq din O`nun əmr etdiyi şəkildə yaşandığında insanların həsrətində olduqları həqiqi ədalət, demokratiya, hörmət və sevgi yaşanar. Allah’ın izni ilə ən yaxın zamanda demokratiya, qardaşlıq, sevgi, dostluq, sülh tarixdə misli görülməmiş bir şəkildə və yalnız Yəməndə deyil, bütün dünyada hakim olacaq, insanlar imanın sevincini, rahatlığını, bərəkətini bol-bol yaşayacaqlar.
Adnan Oktarın "National Yemen"də yayımlanan məqaləsi:
http://nationalyemen.com/2014/05/03/lowest-common-denominators-the-parties-in-yemen-can-agree-on/