Hicri təqvimi ilə 13-cü əsrin mücəddidi (dini əlavələrdən, bidətlərdən təmizləməyə çalışan və əsl dini təbliğ edənİslam alimi) Bədiüzzaman öz əsərlərində hz. Mehdinin zühuru və İslam əxlaqını bütün dünyaya hakim etməsi haqqında bütün müsəlmanlara yol göstərən kimi vacib izahlar vermişdir. Ancaq bir qrup insan Bədiüzzamanın əsərlərində geniş yer verdiyi "Mehdiyət” mövzusundan ətraflı şəkildə bəhs edilməsinin yanlış və təhlükəli olacağını düşünürlər. Halbuki "Mehdiyyət mövzusu gizlədilməməlidir, əksinə, müjdələnilməli mövzudur". Hz. Mehdinin zühuru şəxsən Peyğəmbərimiz (səv) tərəfindən müjdələnmişdir və Peyğəmbərimizin (səv) bu mövzuda mütəvatir (ardıcıl) olaraq qəbul edilən çox sayda hədisi vardır. Peyğəmbərimiz (səv) bir hədisində

"Hz. Mehdi ilə müjdələnin. O, Qüreyşdən və Əhli Beytimdən biridir.” (Kitab-ul Burhan Fi Alamet-il Ahir zaman, s.13)  sözləri ilə bu məsələnin müsəlmanlar üçün bir müjdə olduğunu bildirmişdir. Bir başqa hədisində isə Peyğəmbərimiz (səv) "Hz. Mehdi zühur edər, hər kəs yalnız  Ondan danışar, Onun sevgisini alar və Ondan başqa bir şeydən bəhs etməz." (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 33)  sözləri ilə hz. Mehdinin zühur edəcəyi dövrdə hər kəsin bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir. Peyğəmbərimizin (səv) bildirdiyi bu hədislər indiki zamanda reallaşmağa başlamışdır və hər kəs hz. Mehdidən bəhs edir. Bədiüzzaman da əsərlərində bu mövzuya geniş yer vermiş, yüzlərlə səhifədə bu mövzunu təfsilatı ilə açıqlamışdır. Çox aydındır ki, əgər bu mövzunun gizlənməsi lazım olduğunu ya da oxunmasının gərəksiz olduğunu düşünsəydi, bu barədə olan izahlarını  risalələrində vurğulamazdı. Necə ki, təhlükəli mövzu olduğunda Bədiüzzaman əsərlərində bunun "məhrəm" olduğunu və yayılmasının lazım olmadığı üçün risalələrdə olmadığını müxtəlif yerlərdə ifadə etmişdir. Bədiüzzamanın bu izahlardan biri belədir: 

"Risalələr isə, o kimi risalələrə məhrəm demişik... yayılmasını qadağan etmişik..." (Bediüzzaman ve Talebelerinin Mahkeme Müdafaları, s.187)

Bədiüzzamanın da söylədiyi kimi, gizli olanlar nəşr olunmaz. Ancaq Mehdiyyət məsələsində isə buna tamamilə əks bir vəziyyət mövcuddur. Bədiüzzaman hz. Mehdinin gəlişini yüzlərlə səhifədə açıqlayaraq bu mövzuya aydınlıq  gətirmiş və bunun gizlədiləcək bir məsələ olmadığını ifadə etmişdir. Necə ki, illərdir risalələrin milyonlarla insan tərəfindən oxunması da bu mövzunun gizli deyil, aşkar olduğunu göstərir.

Ancaq Bədiüzzamanın bu məsələyə dair fikri son dərəcə açıq olduğu halda, bu yanlış düşüncəyə dəstək olaraq Bədiüzzamanın sözlərinə bəzi yanlış mənalar əlavə edirlər. Bu məqsədlə qarşıya qoyulan və yanlış şərh olunan Bədiüzzamanın sözlərindən biri belədir:

“Qardaşlarımın ikinci iltibası (səhvi): Fani (keçici) və çürüdülə bilən bir şəxsiyyəti bəzi cəhətlərlə (tərəfləri ilə) birinci vəzifədə pişdarlık (öndərlik) edən Nur şagirdlərinin (tələbələrinin) mənəvi şəxsi təmsil edən o aciz qardaşına verirlər. Halbuki bu iki iltibas (səhv, qarışdırma) da Risaləyi Nurun həqiqi ixlasına və heç bir şeyə, hətta mənəvi və ührəvi məqama da alət olmamasına bir cəhətdə (tərəfdən) zərər verdiyi kimi, əhli siyasəti də (siyasət əhlini də) yanlış fikirə (yanılmaya, qorxuya, olmayan bir şeyi olar zənni ilə narahatlığa) salıb Risaləyi Nurun nəşrinə (nəşr olunmasına, paylanmasına, eşitdirilməsinə) zərər gəlir. Bu zaman, mənəvi şəxsin zamanı olduğu üçün belə böyük və baqi (əbədi) həqiqətlər fani (keçici) və aciz və xəta edə bilər (qüsur işləyə bilən) şəxsiyyətlərə bina edilməz. Xülasə (nəticə olaraq): O gələcək şəxsin adını vermək-üç vəzifəsi birdən yada gəlir-yanlış olar. Həm heç bir şeyə alət olmayan Nurdakı ixlas zədələnər, avamı möminin (elmi mədəniyyəti az olan möminlərin) nəzərində həqiqətlərin qüvvəti bir dərəcə nöqsanlaşar, yəqiniyəti bürhaniyə (yəqin dərəcəsində bilinən, rədd və inkar üçün etiraz qəbul edilə bilməyəcək surətdə gerçəkləri isbat edən qəti dəlil) də qəzayanı makbulədəki (qəbula məzhər olmuş hökm və iddia, etimad edilər şəxslərin söylədikləri və bu etimada görə qəbul edilən) zənni qalibə inqilab edər (həqiqətə yaxın qüvvətli qənaətə çevrilər), daha muannid dəlalətə (inadçı dəlilə, işarəyə) və inadçı zındıkaya (inadçı, tərsli, qürurlu dinsizliyə) tam qələbəsi (qalibiyyəti, üstünlüyü), mütehayyir (qarışıqlıq içərisindəki) əhli imanda görünməməyə başlar; əhli siyasət yanlış fikrə (yanlışlıq və narahatlığa) və bir qisim xocalar etiraza başlar. Onun üçün Nurlara o adı vermək münasib (uyğun) görülmür. Bəlkə mücəddiddir, onun pişdarıdır (qabaqcılıdır), deyilə bilər. (Sikke-i Tasdik-i Gaybi, s.10)

Bədiüzzamanın bu sözündə izah etdiyi həqiqətlər təhrif edilir və "Hz. Mehdi mövzusundan aşkar şəkildə bəhs edilməsinin son dərəcə zərərli olacağını söylədiyi" ortaya atılır. Halbuki bu düşüncə tamamilə yanlış izah edilmişdir. Çünki Bədiüzzaman bu sözündə izah etdiklərini öz yaşadığı dövrə aid olaraq açıqlamışdır. Bədiüzzaman tələbələrinin özünə  Mehdilik mövzusunda hüsnü-zənn bəslədiklərini ancaq bunun, "qarışıqlıqdan yaranan səhv olduğunu" bildirmişdir. Buna görə də özü üçün, "bu şəkildə söyləməyin, belə bir hz. Mehdilik iddiasında olmayın" demişdir. Ancaq diqqət etsək, Bədiüzzaman burada "Mehdilik mövzusundan bəhs etmənin” deyil,  özünə qarşı hz. Mehdi iddiasında olmağın təhlükəli və zərərli yönlərindən bəhs edir. O dövr üçün Bədiüzzamana qarşı belə yanlış düşüncənin gündəmdə olmasının ixlası zədələyə biləcəyini, bəzi siyasətçilərin narahatlığına səbəb ola biləcəyini, Risaləyi Nurun nəşr edilməsinə zərər verə biləcəyini və Risaləyi Nurun inkar edənlərə qarşı əldə edəcəyi qalibiyyətinin yarıda qalacağını xatırladır. Bədiüzzaman belə yanlış hüsnü zənndə olunmasının Mehdiyət mövzusunda yanlış bir "zənni qalib" (həqiqətə yaxın qüvvətli qənaət) meydana gəlməsinə və beləcə iman əhlinin səhv yönəldilməsinə səbəb olacağını, bu qarışıqlıq nəticəsində də bunun müsəlmanların həqiqi hz. Mehdini tanımalarına  mane ola biləcəyini söyləyir.

Bədiüzzaman bundan başqa burada istifadə etdiyi sözlərlə özünün hz. Mehdi olmadığını da bir neçə dəfə vurğulamışdır. Məsələn, "mən hz. Mehdinin üç vəzifəsini yerinə yetrimədim"deyir. Diqqət yetirilərsə, özünün "yalnız Hz. Mehdinin birinci vəzifəsi olan iman həqiqətləri məsələsində hz. Mehdiyə yalnız zəmin hazırladığını və bunu da yalnız bəzi qismini yerinə yetirdiyini" ifadə edir. "O gələcək şəxsin adını vermək... yanlış olar" sözləri ilə "bu adın hz. Mehdi olmadığı halda özünə verilməsinin yanlış olacağını və ixlasa zərər verəcəyini, bu səbəbdən hz. Mehdi adının özünə deyil, o gələcək şəxsə verilməsini" bildirmişdir. Özü üçün isə "bəlkə mücəddid və hz. Mehdinin öndəri, yənı qabaqcılıdır deyə bilərsiniz" demişdir.

Bütün bunlarla bərabər Bədiüzzamanın hz. Mehdinin çıxışı ilə əlaqədar olaraq verdiyi tarix bilindiyi kimi 2011-ci ildir. Belə bir mühüm hadisənin reallaşmasına bu qədər az müddət qaldığı halda, bu mövzudan hələ bəhs edilməməsi və gizli tutulması, əlbəttə ki, doğru  deyil.

Bədiüzzamanın sözləri son dərəcə açıqdır. Bədiüzzaman risalələrin "avamdan havassa (elmi az olan sıravi bir insandan, Qurana və mənəvi sirlərə və mahiyətinə vaqif olan, elm, ibadət və təqva yolunda yüksəlmiş Evliyaullaha) ya da orta məktəb tələbəsindən  filosofa qədər oxuyan hər kəsin asanlıqla anlaya biləcəyi" (Kastamonu Lahikası, s. 70) (Şualar, s. 549) əsərlər olduğunu ifadə etmişdir. Bədiüzzamanın bu məsələdəki sözlərindən bəziləri belədir:  

... Risaləyi Nur bu vəzifəni ən dəhşətli bir zamanda və ən lazımlı və nəzakətli bir vaxtda, hər kəsin anlayacağı bir tərzdə, həqiqəti- Quraniyə (Quran həqiqətləri) və imaniyənin ən dərin və ən gizlilərini çox qüvvətli bürhanlar (dəlillər) ilə isbat edir. (Şualar, s. 748)

 “... Risaləyi Nuru qadın, kişi, məmur, iş adamı, alim və filosof kimi hər cür xalq təbəqəsi oxuyub anlaya bilir... (Şualar, sf. 549)

Buna baxmayaraq risalələri yalnız xüsusi sirləri bilən, xüsusi təfsir gücü olan və xüsusi qabiliyyətlərə sahib bəzi xüsusi insanların anlaya biləcəyini işarə edərək Bədiüzzamanın sözlərinin aşkar mənasına fərqli izahlar vermək son dərəcə yanlışdır. O zaman istənilən insan Bədiüzzamanın sözlərindən öz düşüncəsinə  görə yanlış izahlar verə bilər. Bu vəziyyətdə risalələr də Bədiüzzamanın həqiqi sözlərini deyil, bu sözləri öz məlumat və düşüncəsi ilə təfsir edən kəslərin düşüncələrini əks etdirən əsərlərə çevriləcək. Belə bir təfsir məntiqinin Bədiüzzamanın yığcam və səmimi dillə qələmə aldığı külliyyatı üzərində necə mənfi təsir edəcəyini dəyərləndirmək lazımdır. 

 

Bədiüzzaman özünə  Mehdilik mövzusunda hüsnü-zənn bəsləyənlərə hz. Mehdi olmadığını dəlilləri ilə birlikdə açıqlamışdır.

Yaşadığı dövrdə tələbələrindən və yaxın ətrafından Bədiüzzamana hz. Mehdi olub olmadığı mövzusunda bəzi suallar verilmişdir. Necə ki tarix boyu belə suallar Bədiüzzamandan əvvəl yaşamış olan mücəddidlərə də verilmiş, tələbələrindən özlərinə Mehdilik iddiası ilə yaxınlaşanlar olmuşdur. Onlar da tələbələrinə hz. Mehdi olmadıqlarını, hz. Mehdinin xüsusiyyətlərinin özləri ilə uyğun gəlmədiyini dəlilləri ilə birlikdə açıqlamışlar. Hz. Mehdinin nə vaxt və harada zühur edəcəyi, nə kimi xüsusiyyətlərə sahib olacağını, mübarizəsini, İslam əxlaqını nə şəkildə hakim edəcəyini detalları ilə təsvir etmişlər. "Mən hz. Mehdi deyiləm, çünki hz. Mehdi bu yaşda olacaq, buradan zühur edəcək, bu xüsusiyyətlərə sahib olacaq, seyid olacaq" kimi Peyğəmbərimizin (səv) hədisləri istiqamətində bəzi şərhlər də vermişlər.

Bədiüzzamanın da bu mövzudakı fikirlərini soruşanlara iki cür cavabı olmuşdur.

1) Açıqca özünün hz. Mehdi olmadığını demiş və özünə Mehdilik iddiası ilə yaxınlaşan insanlara "Hz. Mehdi olmadığını və niyə ola bilməyəcəyini" əsərlərində bildirdiyi  izahlarla açıqlamışdır.  

2) Özünə Mehdilik iddiası ilə yanaşanlara "hüsnü-zənn əzəldən bəri cərəyan edir, buna etiraz etmək olmaz, bu səbəblə mən də hüsnü-zənn bəsləyənlərə fikir verməzdim" deyərək cavab vermiş ancaq bu insanlara da  özünə yönəldilən " Mehdilik iddiasını qəbul etmədiyini" açıqlamışdır.  

1.Bədiüzzaman "Mehdilik iddiasını heç zaman qəbul etmədiyimə bütün qardaşlarım şahidlik edərlər" (Şualar, s. 365) demiş və bunu risalələrdə yüzlərlə səhifədə dəlillərlə açıqlamışdır:

Bir mövzu ilə bağlı sual verildikdə Bədiüzzamanın özü hz. Mehdi olmadığını açıqca söyləmişdir. Bədiüzzaman əsərlərində, "özünün Hz. Mehdi olmadığını" (Emirdağ Lahikası, s. 266), "Hz. Mehdinin özündən bir əsr sonra gələcəyini" (Kastamonu Lahikası, s. 57), "özünün hz. Mehdinin bir əsgəri, adamı və qabaqcılı olduğunu" (Barla Lahikası, s. 162), “əsərləri və etdiyi işlər ilə hz. Mehdiyə zəmin hazırladığını" (Sikkə-i Təsdiqi Qeybi, s. 189) , "özünün hz. Mehdi hesab edilməsinin isə yanlış olduğunu" (Emirdağ Lahikası, s. 266) bildirmişdir.

"Hz. Mehdinin “seyid” olacağını" (Tenvir, Şualar, s. 365), "siyasət, səltənət və din aləmində üç böyük vəzifəni bir arada yerinə yetirəcəyini" (Şualar, s. 456) (Şualar, s. 590) (Emirdağ Lahikası, s. 259-260), "Peyğəmbərimizin (səv) xəlifəsi və bütün müsəlmanların mənəvi lideri adını daşıyaraq İslam əxlaqının əsaslarını yenidən canlandıracağını" (Sikke-i Tasdik-i Gaybi, s. 9),"bütün dünyaya sülh və ədalət gətirəcəyini" (Emirdağ Lahikası, s. 259) (Məktubat, s. 411-412), "Mücəddidi Əkbər” yəni “ən böyük mücəddid” xüsusiyyətini daşıyacağını" (Tılsımlar Mecmuası, s. 168), "İslam birliyini quracağını" (Emirdağ Lahikası, s. 260), "bütün İslam alimlərinin, Peyğəmbərimizin (səv) soyundan gələn seyidlərin və bütün müsəlmanların dəstəyini alacağını" (Emirdağ Lahikası, s. 260), "Xristian dünyası ilə birləşəcəyini" (Sikke-i Tasdik-i Gaybi, s. 9), "Hz. İsa ilə birlikdə namaz qılacağını" (Şualar, s. 493), "Quran əxlaqını bütün dünyaya hakim edəcəyini və bütün insanları doğru yola yönləndirəcəyini" (Sikke-i Tasdik-i Gaybi, s. 9) (Mektubat, s. 473) ətraflı şəkildə izah etmişdir.  

Bədiüzzaman yaşadığı dövrdə "bütün Müsəlmanları bir yerə toplayaraq İslam birliyi yaratmamış, bütün inananların xəlifəsi (mənəvi lideri) xüsusiyyətini daşımamışdır". "Bütün dünyaya ədaləti gətirməmiş", "İslam əxlaqını yer üzünə hakim etməmişdir". "Mücəddidi-əkbər və hakim xüsusiyyətlərinə sahib olmamış", "bütün İslam alimlərinin, Peyğəmbərimizin (səv) soyundan gələn seyidlərin və bütün müsəlmanların dəstəyini almamışdır." Həyatını Quran əxlaqının təbliğinə həsr etmiş, bu yolda hər cür fədakarlıqlar etmiş və çox böyük bir iman xidməti yerinə yetirmişdir. Yaşadığı əsrin mücəddidi olaraq üzərinə götürdüyü vəzifəsini ən şərəfli şəkildə yerinə yetirmişdir. Ancaq onun təbliği qüvvət və hakimiyyət içərisində deyil, maddi və mənəvi olaraq çox çətin şərtlərdə və özünəməxsus çətinliklərlə keçmişdir. Hakim mövqeyində olmamış, əksinə, təzyiq altında olmuş, ömrünü əsarət, maddi çətinliklər və çətinliklər altında keçirmişdir. Deyildiyi kimi, geniş kütlənin dəstəyini almamış, əksinə, müxtəlif haqsızlıqlara uğramış, əziyyətlərə məruz qalmış, həyatının böyük hissəsini həbs və sürgündə davam etdirmişdir. Yuxarıda sayılan imkanların və yerinə yetiriləcək öhdəliklərin isə özündən sonrakı əsrin mücəddidi olaraq hz. Mehdiyə nəsib olacağını bildirmişdir.

2. Bədiüzzaman hz. Mehdi olmadığını dəlillərlə açıqlamış, ancaq özünə hüsnü zənn bəsləyənlərə fikir vermədiyini ifadə etmişdir:

Yaşadığı dövrdə yaxın ətrafından Bədiüzzamana Mehdilik məsələsində hüsnü-zənn bəsləyənlər olmuşdur. Hətta Bədiüzzaman tələbələrinin bu müraciətlərini ifadə edən sözlərini risalələrin müxtəlif hissələrinə əlavə etmişdir.

Ancaq bilindiyi kimi, bir mövzuda bir insana hüsnü-zənn bəslənməsi bu düşüncənin həqiqət olduğunu göstərən dəlil deyil. Necə ki, Bədiüzzaman da risalələrində bunu bildirmişdir . "Özünə hüsnü-zənn bəsləyən insanların olacağını, bunun əvvəldən bəri olduğunu, buna etiraz edilə bilməyəcəyini, ancaq gerçəkdə bunun yanlış olduğunu" bildirmişdir. Bədiüzzamanın bu mövzunu  açıqladığı izahlarından biri belədir:

 “... Risaləyi Nurun mənəvi şəxsini haqlı olaraq bir cür hz. Mehdi kimi dərk edirlər (şəxsi bir görüş olaraq qəbul edirlər). O mənəvi şəxsin də bir müməssili (nümayəndəsi), Nur şagirdlərinin təsanüdündən (tələbələrinin həmrəyliyindən) gələn bir şəxsi mənəvisi və o şəxsi mənəvidə bir cür müməssili (nümayəndəsi) olan biçarə tərcüməçisini zənn etdiklərindən, bəzən o adı (hz. Mehdi adını) ona da verirlər. Hərçənd bu bir iltibas (qarışdırma) və bir yanılmadır, lakin onlar onda məsul deyildirlər. Çünki çox hüsnü-zənn, keçmişdən bəri cərəyan edir və etiraz edilməz. Mən də o qardaşlarımın çox çox hüsnü-zənnlərini bir cür dua və bir xahiş və Nur tələbələrinin kamalı etiqadlarının bir tərəşşuhu (əks olunması) gördüyümdən onlara çox fikir verməzdim. (Emirdağ Lahikası, s. 248)

Bədiüzzaman Risaləyi Nurun mənəvi şəxsinin və bu əsərlərin yazıçısı olaraq özünün bəzən hz. Mehdi ola biləcəyinin düşünüldüyünü, ancaq bunun bir yanılma və yanlışlıq olduğunu ifadə etmişdir. Bu düşüncədə olan insanların iman həqiqətlərini izah etmə məsələsini gördüklərini, ancaq hz. Mehdinin digər iki vəzifəsi olan "İslam birliyinin qurulması, bütün İslam dünyasının lideri olması və İslam əxlaqının dünyaya hakim olmasının özündə görünmədiyinə diqqət etmədiklərini" söyləmişdir. Buna görə də  Risaləyi Nura və özünə edilən Mehdi adlandırılmasının  yalnız bir "zənn"dən ibarət olduğunu ifadə etmişdir.

Bədiüzzaman “Hz. Mehdinin seyid olacağını, özünün isə seyid deyil, Kürd olduğunu” əsərlərində bir neçə dəfə bildirmişdir.  Bədiüzzaman özünün hz. Mehdi olmadığını açıqladığı dəlillərdən birində “Hz. Mehdinin seyid olacağını ancaq özünün seyid olmadığını" ifadə etmişdir. Bədiüzzamanın bu həqiqəti açıqca dilə gətirdiyi sözlərindən bəziləri belədir:

...Həm Mehdilik isnadını heç qəbul etmədiyimə bütün qardaşlarım şahidlik edərlər. Hətta Dənizlidəki əhli vüqüf (məlumat sahibi insanlar) əgər Səid Mehdiliyini ortaya atsa, bütün şagirdləri (tələbələri) qəbul edəcək dediklərinə müqabil (qarşılıq) Səid etiraznaməsində demişdir ki: "mən seyid deyiləm hz. Mehdi seyid olacaq" deyə onlara etiraz etmişdir... (Şualar, s. 365)

Mən özümü seyid (Peyğəmbərimizin (səv) soyundan) hesab etmirəm. Bu zamanda nəsillər bilinmir. Halbuki axırzamanın o böyük şəxsi Əhli-Beytdən (Peyğəmbərimizin (səv) soyundan) olacaq. (Emirdağ Lahikası, s. 247-250)

Bədiüzzaman, bundan əlavə, əsərlərində Peyğəmbərimizin (səv) bir hədisini xatırlatmış, "seyid olan bir insanın seyidliyini gizləməsinin Quran əxlaqına uyğun olmadığını" bildirərək, bu mövzudakı sözünün qəti olaraq doğru olduğunu ifadə etmişdir:

“Seyid olmayan seyidəm və seyid olan “deyiləm” deyənlər, ikisi də günahkar və duhul və huruc (üsyan) haram olduqları kimi... hədis və Quranda da belə, çox və ya nöqsan etmək memnudur (qadağan edilmişdir). (Muhakemat, s. 52)

Əgər Bədiüzzaman seyid olsaydı, bunu gizlətməsi üçün heç bir səbəb yoxdur. Çünki Peyğəmbərimizin (səv) nəslindən olmaq gizlədilməli bir xüsusiyyət deyil, əksinə, müsəlmanlar üçün böyük bir şərəfdir. Dünyada milyonlarla seyid var və hər biri də özlərinə soruşduqda bu gerçəyi açıqca dilə gətirirlər. Bu səbəbdən Bədiüzzaman da əgər seyid olsaydı, özünə belə bir sual verildikdə "Bəli seyidəm, şərifəm, amma hz. Mehdi deyiləm" deyər, özünün Peyğəmbərimizin (səv) soyundan olduğunu ifadə etməkdən böyük qürur hissi duyardı.

Çünki "seyid olduğunu qəbul etməsi hz. Mehdi olduğunu da qəbul etməsini" tələb edən məsələ deyil. Ancaq buna baxmayaraq seyid olmadığını çox açıq şəkildə bir neçə dəfə ifadə etmişdir. Bundan başqa Bədiüzzaman risalələrdə bir neçə dəfə "kürd" olduğunu deyərək bu həqiqət barəsində dəlillər vermişdir (Münazarat, s.84; Tarihçe-i Hayat, s.228; Bediüzzaman ve Talebelerinin Mahkeme Müdafaları, s.18). Eyni zamanda əgər özünün hz.Mehdi olduğuna  bir qənaəti olsaydı, milyonlarla insanın oxuduğu əsərlərində buna tamamilə zidd yüzlərlə səhifədə izah etməz, hz. Mehdinin xüsusiyyətlərinin özü ilə uyğun olmadığını və bu mübarək şəxsin özündən sonrakı dövrdə gələcəyini onlarla dəlillə açıqlamazdı.

Bununla belə “hər seyid olan insan mütləq hz. Mehdi olacaq deyə bir məsələ də yoxdur". Dünyada milyonlarla seyid olan insan var. Bir insanın seyid olması hz. Mehdi olmasını tələb etmədiyi üçün, seyid olan hər insan bu həqiqəti rahatlıqla və iftixarla dilə gətirir. Bundan başqa, Bədiüzzaman "Mənim bu mövzudakı tək əskikliyim seyidliyimdir, əgər seyid olsaydım hz. Mehdi olardım" da deməmişdir. Əksinə “Hz. Mehdinin bütün xüsusiyyətlərini, edəcəyi bənzərsiz fəaliyyətləri uzun-uzun açıqlamış və bunların öz yaşadığı dövrdə hələ reallaşmadığını bildirmişdir".

Hz. Mehdi əleyhdarları olan dəccaliyyət və süfyaniyyətin təsiri Bədiüzzaman həyatda olarkən dövrümüzdəki şiddətli haldakı kimi yaşanmamışdır. Hazırda İslam ölkələrinin və bütün dünya müsəlmanlarının düşdüyü vəziyyət hz. Mehdinin yerinə yetirəcəyi vəzifələrin Bədiüzzamanın dövründə reallaşdırılmamış olduğunu göstərir. Süfyaniyət və dəccaliyətin təsiri müsəlman ölkələr üzərində güclü şəkildə hiss edilir. Dünyanın müxtəlif ölkələrində vicdan azadlığı arzu olunan qaydada yaşanılmır. Bədiüzzaman həyatda olarkən isə müsəlmanların məruz qaldıqları çətinlik və əziyyətlər isə bu dərəcədə şiddətli deyildi. Bu da hz. Mehdi kimi Süfyan və Dəccalın fəaliyyətlərinin də o dövrdə hələ reallaşmamış olduğunu göstərir. Dəccal və Süfyan ilə mübarizə şəraiti yaranmadan hz. Mehdinin vəzifəsini yerinə gətirə bilməsindən bəhs etmək isə heç də doğru deyildir. Bununla belə, hazırda bütün İslam aləmi və müsəlmanlar öz içlərində darmadağındırlar. Bədiüzzaman yaşadığı dövrdə bütün dünya müsəlmanlarının birliyi üçün bir vəzifə yerinə yetirməmişdir. Peyğəmbərimizin (səv) hədislərində bütün müsəlmanları hz. Mehdi birləşdirəcəyi bildirilir. Bədiüzzaman da hz. Mehdinin bu xüsusiyyətini belə bildirmişdir:

“...o şəxs, bütün əhli imanın (iman edənlərin) mənəvi köməkləri ilə və İslam birliyinin muavənəti ilə (İslam birliyinin köməkləşməsi ilə) və bütün üləma və övliyanın (alimlərin və vəlilərin) və xüsusilə Əhli-Beyt nəslindən (Peyğəmbərimizin (səv) soyundan) hər əsrdə qüvvətli və kəsrətli (çox sayda) olan milyonlar fədakar seyidlərin iltihaqları ilə (Peyğəmbər soyundan gələn fədakar kəslərin iştirakları ilə) o vəzifə-i uzmayı (böyük vəzifəni) yerinə yetirməyə başlayacaq. (Emirdağ Lahikası, s. 260) 

Bədiüzzaman bu sözündə hz. Mehdinin üçüncü vəzifəsini açıqlamışdır. Buna görə də hz. Mehdi Quran əxlaqının yaşanmadığı dövrdə insanların yenidən din əxlaqına yönəlməsinə vəsilə olacaq, İslam birliyini quracaq və bütün müsəlmanların birləşərək ittifaq halında hz. Mehdinin bu vəzifədəki köməkçiləri olacağını bildirmişdir. Bütün müsəlmanların rol oynayacağı bu böyük ittifaq və dəstək Bədiüzzamanın dövründə həyata keçmişdir. Bədiüzzamanın da müjdələdiyi kimi, bu geniş kütlənin mənəvi yardımları ancaq axırzamanda hz. Mehdi ilə meydana gələcək və İslam əxlaqının bütün dünyaya hakim olmasında böyük rol oynayacaq.

Bədiüzzaman istənilən məsələdə risalələrdəki izahların kifayət etdiyini söyləmişdir.

Bədiüzzaman “Bir Risaləyi Nur tələbəsi olaraq mən də bunlara riayət edirəm" deyərək həyatda olduğu müddət ərzində əsərlərində yazdıqlarının doğru olduğunu dəfələrlə təsdiq etmişdir. Risalələrin hər biri minlərlə nüsxədən ibarət kitablardır. Buna görə də əsərlərində açıqca "Mən özümü seyid bilmirəm" deyirsə, bəzi insanların "Bədiüzzamanın bu izahları doğru deyil, özü filan gün bizi çağırmış, həm şərif, həm seyid həm də hz. Mehdiyəm demişdir" demələri Bədiüzzaman Səid Nursi Həzrətlərinə qarşı cox pis təhqir, böyük bir zülm və böhtan olar.  Çünki bu, Bədiüzzaman kimi qiymətli və üstün əxlaqlı bir şəxsin bu mövzuda yazdıqlarının "yalan" olduğunu iddia etmək deməkdir. Yüzlərlə səhifədə yazdıqlarının əksinə, Bədiüzzamanın "yalnız iki üç nəfərə bütün yazdıqlarının yalan olduğunu söylədiyi" şəklində bir iddia bu cür iddiaların sahiblərini məzəmmət altında qoyur. "Bədiüzzaman həzrətləri milyonlarla insanı aldatdı, yalan danışdı, lakin bu mövzunun doğrusunu bir neçə  adama açıqladı" şəklində iddia heç cür qəbul edilə bilməz.

Digər tərəfdən Bədiüzzamanın özünün hz. Mehdi olmadığını söyləməsi üçün yalnız “mən hz. Mehdi deyiləm” deməsi kifayətdir. Belə mübarək bir insanın “yüzlərlə səhifə çox əhatəli və ətraflı yalan danışdığını, ümməti aldatdığını, bu yazılanların bir yalan olduğunu” iddia etmək bir axmaqlıqdır. Sevgi adına da olsa belə, belə təhqir edilə bilməz.

Bədiüzzaman kimi dərin imanlı böyük mücəddidin, əsərlərində, düşündüyü və inandığı şeylərin tam tərsinə izahlar verməsi heç bir zaman qəbul edilə bilməz. Buna görə də  Bədiüzzamanın vəfatından illər sonra belə iddia ilə ortaya çıxmaq hər nə qədər yaxşılıq adına, Bədiüzzamanı sevmək adına edilmiş belə olsa, Bədiüzzaman adına çox böyük bir böhtan olar. Onu yalançılıqla ittiham edən və yüzlərlə səhifə ilə ümməti aldatdığını iddia edən belə fikir irəli sürmək isə heç bir vicdanın qəbul etməyəcəyi davranışdır.

Bununla belə, heç bir dəlili olmayan  bu iddianın dəstəklənməsi üçün hz. İsa ilə əlaqədar həqiqi olmayan bəzi əlavələr edilmişdir. Bilindiyi kimi, Peyğəmbərimizin (səv) hədislərində hz. Mehdi dövründə hz. İsanın ikinci dəfə yer üzünə gələcəyi bildirilmişdir. Hz. Mehdinin imamlığı zamanı hz. İsa və hz. Mehdi birlikdə namaz qılacaq, yeddi il yer üzündə birlikdə hökm sürəcəklər.

Ancaq bu hadisələrin heç biri Bədiüzzaman həyatda olarkən reallaşmamışdır. Bədiüzzaman hz. İsa ilə bir yerdə olmamışdır. Bu vəziyyət də müxtəlif şəkillərdə şərh edilməyə çalışılır, hz. İsanın yalnız bir ruh olaraq gəldiyi və ya Bədiüzzaman həyatda olarkən gəldiyi və vəfat edib basdırıldığı kimi əsassız fikirlər ortaya atılır. Halbuki Bədiüzzaman əsərlərində çox açıq bir dillə və bir çox dəfə hz. İsanın cismani bədənlə "bir şəxs" olaraq yer üzünə gələcəyini bildirmişdir. Hz. İsanın "Xristian ruhaniləri ilə ittifaq quracağını, Dəccalla mübarizə apararaq onu ideoloji mübarizə ilə təsirsiz hala gətirəcəyini" bildirmişdir. Bu sözlərindən birində Bədiüzzaman hz. İsanın mənəvi şəxs olaraq deyil, bir cismani şəxs olduğunu belə ifadə edir:

 “... aləmi səmavatda (göylər aləmində) cismi bəşərisi ilə (insani cismi ilə) olan şəxsi İsa əleyhissalam, o dini haqq cərəyanının (Haqq dinin) başına keçəcəyini....” (Mektubat, sf. 60)

Bununla belə  Bədiüzzaman hz. İsanın Dəccal ilə olan mübarizəsini izah etdiyi sözlərində də bir mənəvi şəxslə mənəvi şəxs arasında yaşanacaq məsələdən deyil, hz. İsanın birbaşa şəxsi ilə Dəccalın şəxsinə qarşı aparacağı mübarizədən bəhs edir:

 “... Əlcavap: Hədisi səhihdə (doğru olduğu qəti olan hədisdə) rəvayət edilən: "Həzrəti İsa Əleyhissalamın gələcəyini və şəriəti İslamiyə ilə əməl edəcəyini, Dəccalı öldürəcəyini" imanı zaif (zəif) olanlar istibad edirlər (ehtimal etmirlər, uzaq görürlər, olmayacaq sanırlar). Onun həqiqəti izah edilsə, heç istibad (uzaq görünəcək) yeri qalmaz. (Mektubat, s. 58-59)

Başqa bir sözündə isə Bədiüzzaman Dəccalın təsirinin ancaq möcüzə sahibi bir peyğəmbər tərəfindən ortadan qaldırıla biləcəyini bəyan edərək hz. İsanın mənəvi şəxs deyil, möcüzələr göstərəcək xüsusiyyətlərə sahib bir şəxs olacağını bir daha açıqca ifadə etmişdir:

 “... ancaq möcüzə və mucizatlı (möcüzələr sahibi) və ümuminin məqbulu(ümuminin qəbul etdiyi) bir şəxs ola bilər ki: o şəxs, ən çox əlaqədar və əksər (bir çox) insanların peyğəmbəri olan hz.İsa əleyhissalamdır....” (Şualar, sf. 463)

Bədiüzzamanın hz. İsa və hz. Mehdinin gəlişi ilə əlaqədar belə açıq sözlərinə baxmayaraq, xüsusi söhbətlər dəlil göstərilərək irəli sürülən belə iddialar belə qiymətli  mücəddidin qələmə aldığı risalələrin hamısını şübhəli hala gətirəcək təhlükəli cəhdlərdir. Bunun kimi bir çox insan bir-birindən fərqli iddialarla ortaya çıxıb "Bədiüzzaman Səid Nursi burada belə demişdir, amma bunların hamısı bir taktikadır, yalandır, doğrusunu bizə söylədi" desə bu nə qədər etibarlı olacaq? Belə vəziyyətdə bir müddət sonra Risaləyi Nurda mövcud olan hər mövzu üçün bir şey deyilə bilər və Bədiüzzamanın əsərləri həqiqi mənasından və hikmətindən getdikcə uzaqlaşar. Belə bir təhlükənin qarşısını almaq isə Bədiüzzaman kimi dəyərli İslam aliminin şəxsən yazıb təsdiq etdiyi aşkar sözlərini qorumaqla mümkün olacaq. Necə ki, Bədiüzzaman da əsərlərində hər mövzuda olduğu kimi, bu mövzuda da ən doğru izahların risalələrdə olduğunu demiş, risalələrdə yazılanlar oxunduğunda sanki özü ilə görüşülmüş kimi ən doğru məlumatlar əldə edilə  biləcəyini ifadə etmişdir.

Risaləyi Nurun hər bir kitabı bir Səiddir. Siz hansı kitaba baxsanız, mənimlə qarşı-qarşıya görüşməkdən on dəfə çox həm faydalanar, həm həqiqi bir surətdə mənimlə görüşmüş olarsınız. Risaləyi Nur mənə heç bir ehtiyac buraxmır. (Emirdağ Lahikası, s. 159)

 … Çünki deyir: "Mənimlə görüşmək istəyən, əgər axirət üçün, Risaləyi Nur üçün isə, Risaləyi Nur mənə qətiyyən ehtiyac hiss etdirmir. Milyonlar nüsxəsi hər birisi on Səid qədər fayda verir… Əgər Risaləyi Nurun xidmətinə, intişarına (yayılmasına) aid olsa, mənə xidmət edən həqiqi fədakar tələbələrim və mənəvi övladlarım və qardaşlarım mənim əvəzimə görüşmələri kafi, mənə heç ehtiyac yox… (Emirdağ Lahikası-2, s. 214)

Bədiüzzaman əsərlərində eyni həqiqəti dilə gətirən tələbələrinin sözlərinə də yer vermişdir. Bunlardan bəziləri belədir

“Ey xocalar və əhli-qəlb! Verilən sualların cavablarını Risaləyi Nurda tapa bilərsiniz. Əhli kəşf (gözlə görülməyən qeybi həqiqətləri Allahın lütfü ilə kəşf edib bilən övliyalar) və qəlbdən biri mənim kimi aciz bir insandan hz. Mehdini soruşur. "Nə vaxt gələcək..." Daha hz. Mehdini anlamamış. Dabbetül Ərz kimlər olduğunu bilmir. Bunlara dair risalələrdə bir bəhs (söz, şərh) vardır. Hər müşkül sualın (çətin problemin) cavabını o risalələrdən axtarın, taparsınız. (Mustafa Hulusi, Barla Lahikası, s. 143)

 “…bu barədə bildirim ki, ustadımız Bədiüzzaman bir Nur tələbəsinə Risaləyi Nurdan bəzən oxumaq lütfünü bəxş edərkən izah etmir, deyir ki: "Risaləyi Nur, imani məsələləri lazımi dərəcəsində izah etmiş. Risaləyi Nurun müəllimi Risaləyi Nurdur. Risaləyi Nur başqalarından dərs almağa ehtiyac yaratmır. (Sözler, s. 772)

Hz. Mehdinin gəlişi

Şəxsən Peyğəmbərimiz hz. Məhəmməd (səv) tərəfindən müjdələnilmişdir. Peyğəmbərimizin (səv) axırzamanla əlaqədar hədislərində hz. Mehdi ilə əlaqədar mütəvatir qəbul edilən bir çox hədisi vardır. Peyğəmbərimiz (səv) bir hədisində "Hz. Mehdi ilə müjdələnin. O, Qüreyşdən və Əhli- Beytimdən biridir." (Kitab-ul Burhan Fi Alamət-el Ahır zaman, s. 13) sözləri ilə bu mövzunun müsəlmanlar üçün bir müjdə olduğunu bildirmişdir. Başqa bir hədisində isə Peyğəmbərimiz (səv) "Hz. Mehdi zühur edər, hər kəs yalnız ondan danışar, Onun sevgisini hiss edər və Ondan başqa bir şeydən bəhs etməzlər." (Kitab-ül BurhanFi Alamət-el Mehdiyy-il Ahır Zaman, s. 33) sözləri ilə hz. Mehdinin ortaya çıxacağı dövrdə hər kəsin bu mübarək şəxsdən  bəhs edəcəyini xəbər vermişdir.  

Bədiüzzaman da Hz.Mehdini müjdələmişdir

Bədiüzzamanın şəxsiyyətində olan və bütün həyatına hakim olan dürüstlük, açıqlıq və dəqiqlik əsərləri olan Risaləyi Nurlara da əks olunmuşdur.

Bədiüzzaman Səid Nursi əsərlərində Mehdiyət mövzusuna geniş yer vermiş, yüzlərlə səhifə bu mövzunu təfsilatı ilə açıqlamışdır. Aydındır ki, əgər bu mövzunun gizlənməsi lazım olduğunu, ya da oxunmasının gərəksiz olduğunu düşünsəydi, bu barədəki şərhlərini risalələrdə qeyd etməzdi.

 Bədiüzzaman izahlarla bu mövzuya aydınlıq gətirmiş və bunun gizlənəcək bir mövzu olmadığını açıq şəkildə ifadə etmişdir. Necə ki, illərdir risalələrin milyonlarla insan tərəfindən oxunması da bu mövzunun gizli deyil, aşkar  mövzu olduğunu açıqca ortaya qoyur.

Risaləyi Nur əsərləri keçdiyimiz əsrin mücəddidi Bədiüzzaman Səid Nursi həzrətlərinin qəlbindən, dilindən çıxan həqiqətləri qələmə aldığı son dərəcə qiymətli bir külliyyatdır. 

Bədiüzzaman özünün Hz. Mehdi olmadığını (Emirdağ Lahikası, s. 266), 

Hz. Mehdinin özündən bir əsr sonra gələcəyini (Kastamonu Lahikası, s. 57),

 Özünün hz. Mehdinin bir əsgəri, adamı və qabaqcılı olduğunu (Barla Lahikası, s. 162),

 Əsərləri və etdiyi işlərlə də hz. Mehdiyə zəmin hazırladığını (Sikkes(n)i Təsdiqi Qeybi, s. 189),

özünün və Risaləyi Nurların hz. Mehdi sanılmasının isə bir yanlışlıq olduğunu (Emirdağ Lahikası, s. 266)  açıqca bəyan etmişdir.