Planktonlarla qidalanan növlərindən başqa bir çox köpək balığının çox iti və kəsici dişləri var. Uca Allah köpək balıqlarının diş və çənə quruluşlarını xüsusi olaraq ovçuluq etmələri üçün yaratmışdır. Köpək balıqlarının dişləri çənələrindəki elastik toxumaların içində yerləşir. Çənələrdə dişlərin düzüldüyü bir çox diş sırası var. Köpək balığı növlərinin çoxunda çənənin önündə yerləşən bir və ya iki diş sırası funksionaldır və ov zamanı bu dişlərdən istifadə edilir. Çənələrdəki iki ön sıra istisna olmaqla funksional olmayan digər dişlər ehtiyat və ya dəyişən dişlər adlanır. Funksional dişlər qırıldıqda və ya kütləşdikdə arxa sıradakı ehtiyat dişlərlə əvəz edilir.
Yeni ehtiyat diş köhnə funksional dişin yerinə keçmək üçün irəliyə doğru hərəkət edir. Bu zaman digər ehtiyat dişlər də bir sıra qabağa gəlirlər. Bu dəyişmə bir neçə günlə bir neçə həftə arasında baş verir. İrəliləmə hərəkəti nəticəsində çənədə diş yaradan toxumalar xəbərdar edilir və boş olan ən arxa sırada yeni diş əmələ gəlir. Köpək balığı nə qədər yaşayırsa, onun dişlərinin yenilənməsi də o qədər davam edir. Köpək balıqlarının çənələri də çox möhkəm olur.
Uca Allahın yaratdığı bu canlılar həm üst, həm də alt çənələrini hərəkət etdirərək hər kv.sm -ə 43.9 kq təzyiq tətbiq edir və dişləmə əməliyyatını çox asanlıqla yerinə yetirirlər. Uca Allah köpək balıqlarına yaşamaları üçün bu xüsusiyyətləri bəxş etmişdir.