20 – Əbdülqədir Qeylani (r.ə): Muhyiddin Əbu Məhəmməd bin Əbu Saleh Musa Cəngi dost İranın Qeylan şəhərində doğulub, (471-ci [m. 1078] ildə), 561-ci [m. 1166] ildə Bağdadda vəfat etmişdir. Atası həzrəti Həsənoğlu Həsəni müsənnanın oğlu Abdullahın soyundandır. Həzrəti Hüseynin qızı Fatimənin Abdullahın anası olduğu “Qisasi-ənbiya”da yazılmışdır. Buna görə, Əbdülqadir Qeylani həm seyid, həm də şərifdir. Anası Fatimə binti Əbu Abdullah seyyidədir. Fiqh və hədis elmlərində müctəhid idi. Əvvəldən Şəfii məzhəbində idi. Hənbəli məzhəbi unudulmaq üzrə olduğundan Hənbəli məzhəbinə keçdi. Beləcə, bu məzhəb yayıldı. Əvvəllər dərs verərdi. Çox məşhur oldu. Sonra təsəvvüflə dərindən məşğul oldu. Cüneydi Bağdadi yolundakı Əbu Səid Əli Məhzumidən feyz aldı.
İnsanı Allahu təalanın sevgisinə qovuşduran iki yol vardır: Biri peyğəmbərlik yolu
olub, əslin əslinə qovuşdurar. Əshabi-kiramın hamısı bu yolla qovuşdular. Sonra gələnlərdən çox az qisim də bu yola nail oldular. BU YOLDA SƏBƏBƏ, VASİTƏYƏ LÜZÛM YOXDUR. BİR KAMİL VƏ MÜKƏMMƏLİN SÖHBƏTİNDƏ KAMALA ÇATDIQDAN SONRA, FEYZİ ƏSLDƏN ALIB İRƏLİLƏYƏRLƏR. İkinci yol vilayət yoludur. Qütblər, Evtad, Nücəba, Büdəla və bütün övliya bu yoldan vasil olmuşdur. Bu yola süluk yolu da deyilir. BU YOLDA VASİTƏÇİ LAZIMDIR. HƏR İKİ YOLUN RƏİSİ VƏ RƏHBƏRİ RƏSULULLAHDIR. Vilayət yolunun imamı feyz qaynağı həzrəti Əlidir. Bu yolda Rəsulullah onu vəkil etmişdir. Həzrəti Fatimə və Həsənlə Hüseyn onunla ortaqdırlar. Bu yolda gedənlərin hamısına hidayət həzrəti Əlinin vasitəçiliyi ilə verilir. Ondan sonra həzrəti Həsən və Hüseyn bu vəzifəni öz üzərlərinə götürdü. Bunlardan sonra, sıra ilə on iki imamın övladına verildi. SONLARI OLAN MƏHƏMMƏD MEHDİDƏN SONRA, BAŞQASINA VERİLMƏDİ. BÜTÜN ÖVLİYAYA FEYZ VƏ HİDAYƏT BUNLARDAN GƏLMƏYƏ DAVAM ETDİ. Əbdülqadir Qeylani kamala çatdıqda bu vəzifə ona verildi. Bundan sonra da heç kimə verilmədiyi görünür. Vəfatından sonra da qiyamətə qədər hər kəsə feyz, rüşd və hidayət, onun ruhaniyyətindən gəlir. Hər əsrdə gələn mücəddidlər onun vəkilləridir. İMAM RƏBBANİ (PEYĞƏMBƏRLİK YOLU) İLƏ ÇATDIĞINDAN VASİTƏYƏ EHTİYACI YOXDUR. Əbu Bəkri Siddiq peyğəmbərlik yolunda Rəsulullahın vəkilidir. (Səadəti-Əbədiyyə, Hüseyn Hilmi İşıq, səh. 1063)