Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (27 iyul 2012, 23:00)
Adnan Oktar: "İnkar edənlər, rəsullarına belə dedilər". Allah, inkar edən demir, "edənlər" deyir. Çünki xəstədirlər, mütləq edirlər. "Sizi mütləq öz torpağımızdan sürgün edəcəyik". Bu məhəllədə oturtmarıq, bu yerdə oturtmarıq. Necə edər? Böhtan atar, təhqir edər, narahat edər, təhdid edər, "orada dayanmağıyı istəmirik" deyərlər. "Yaxud dinimizə geri qayıdacaqsınız". Yəni onların din anlayışına qayıdacaqsan. O cəmiyyətin din anlayışı nədirsə, ona qaytarmağa çalışarlar. "Beləliklə, Rəbbi onlara belə vəhy etdi: "Şübhəsiz ki, Biz, zülm edənləri həlak edəcəyik"". O zaman, Qəddafi niyə gedir? Bu ilahi hökmə əsasən gedir. Suriyada Bəşər Əsad nəyə əsasən gedəcək? Bu ilahi hökmə əsasən gedəcək. Səddam nəyə əsasən getdi? Allahın bu hökmünə əsasən getdi. Mussolini, Hitler, Stalin, Lenin, Allahın bu hökmünə əsasən getdilər. Allah da onları bu hökmüylə yaxaladı. Taleləri belə idi.