Allah ayənin bu hissəsində din əxlaqının hakim olması, müsəlmanların yaşadığı çətinliklərin, əziyyətlərin sona çatması, dünyanın hüzura və barışa qovuşması üçün kömək və zəfər göndərəcəyini müjdələyir. Peyğəmbərimiz (s.ə.v)-in risaləti ilə birlikdə Allaha iman edən insanlar bütpərəst və hər cür digər dinsiz ideologiyaların cəmiyyətdəki hakimiyyətindən xilas olmuşlar. İslam dini bütün Ərəbistan yarımadasında və sonra isə həm şərqdə, həm də qərbdə yayılmışdır.
Peyğəmbərimiz (s.ə.v) axırzamanda Allahın Ərəbistan yarımadasında vəsiləsiylə din əxlaqını bütün dünyada hakim edəcəyini hədislərində bildirmişdir. Bu istiqamətiylə ayə hz. Mehdi (ə.s)-a da işarə edir. Çünki hədislərdə hz. Mehdi (ə.s)-ın dünyanın dörd bir yerini fikirlə fəth edəcəyini, bütün dünyada dinsiz axınları təsirsiz hala gətirib din əxlaqının hakim olmasına, Allaha iman edən gözəl əxlaqlı bir cəmiyyət meydana gəlməsinə vəsilə olacağı xəbər verilir.
2.
Peyğəmbərimiz (s.ə.v.) dövründə İslam dini həqiqətən də bütün Ərəb yarımadasında yayılmışdır. Peyğəmbərimiz (s.ə.v)-dən sonrakı dövrlərdə də İslam dininin yayılması davam etmişdir. İnsanlar 4 xəlifə dövründə də İslam dininə yönəlməyə davam etmişlər. Ancaq ayə digər bir istiqamətdə hz. Mehdi (ə.s)-ın vəsiləsiylə İslam dininin bütün dünyaya yayılmasına, onun dövründə müsəlman olanların sayının çox sürətli bir şəkildə artmasına da işarə edir. Bilindiyi kimi hz. Mehdi (ə.s)-ın üç vəzifəsi olacaq. Ustad Səid Nursi həzrətləri bu vəzifələrin ən əhəmiyyətlisinin, darvinizm və materializm kimi Allahın varlığını inkar edən fəlsəfələrin fikri sistemini yıxaraq insanların imanını qurtaracağına vəsilə olacağını bildirmişdir:
Hz. Mehdi (ə.s) bu vəzifələrini yerinə yetirdiyində bütün dünya səviyyəsində böyük bir oyanış olacaq və insanlar axın-axın İslam dininə girəcəklər. Ayrıca, yenə axırzamanda nüzul edəcək olan hz. İsa (ə.s)-ın vəsiləsiylə xristianlar da üçləmə inancını tərk edib, İslam dinini qəbul edəcəklər.
Allah Peyğəmbərimiz (s.ə.v)-ə və iman edən hər kəsə, belə böyük bir fəth və imani inkişaf gördüklərində Allaha şükür etmələrini əmr etmişdir. Axırzamanda hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) vəsiləsiylə İslam əxlaqının böyük dünya hakimiyyətinə şahid olanlar: ateizmin, kommunizmin, darvinizmin, materializmin və digər bütün dinsiz axınların tam mənasıyla məğlub olduğunu gördüklərində bunun Allahın vəd etdiyi kömək və zəfər olduğunu anlayacaqlar.