Əli ibn-İbrahim atası ibn Əbu Ömər, Mənsurdan, Fazıl əl-Aour Əbu Übeydədən bildirmişdir: “PEYĞƏMBƏRİN ƏHLİ BEYTİNDƏN OLAN QAİM (HZ. MEHDİ (Ə.S.)) GƏLDİYİ ZAMAN DAVUD VƏ SÜLEYMAN PEYĞƏMBƏRİN HÖKÜMDARLIĞINA ƏSASƏN İDARƏ EDƏCƏKDİR.”
Hz. Mehdi (ə.s.) Peyğəmbərimizin (s.ə.v) nəslindən olacaqdır. Bilindiyi kimi Ənam Surəsinin 82 və 87-ci ayələrinin arasında peyğəmbərlərin eyni nəsildən olduqları bildirilmişdir. Yəni, bütün peyğəmbərlər eyni nəsildəndirlər. Bu səbəbdən Hz. Mehdi (ə.s.) də Hz. Musanın (ə.s.), Hz. Süleymanın (a.s.), Hz. Eyyubun (ə.s.) və Hz. Davudun(ə.s.) nəslindən olacaqdır. Hz. Mehdi (ə.s.) zühur etdiyində Kitab əhlinə şəfqət və sevgi ilə yanaşacaq, onları qoruyub, dəstək olacaqdır. Bu səmimi davranışı və ixlaslı münasibəti bəzi musəvilərin müsəlman olmalarına səbəb olacaqdır. Hz. Mehdi (ə.s.) musəvilər arasında Tövratın əsli ilə hökm edəcəkdir.