Allah-Təalanın hz. Mehdiyə necə kömək edəcəyini İmam Rza (ə.s) belə açıqlamışdır:
Allah hz. Mehdiyə qəlb genişliyi bəxş edəcək. Qəlbini həqiqət və hikmətlər bulağına döndərəcək, ona daim elmini ilham edəcək.
Ondan sonra heç bir sualın cavabı qarşısında aciz qalmayacaq, səhih yol göstərən zaman və həqiqətləri açıqlayan zaman heç vaxt çaşmayacaq: (Allahın diləməsilə) xətadan uzaqdır. Daim Allahın yol göstəriciliyi,doğru yola yönəltməsi və dəstəyi onun üzərində olacaq. Səhv etməkdən və yanılmaqdan qorunur. Qullarına höccət və şahid olması üçün Allah onu seçmişdir. Allah bu İlahi lütfünü dilədiyinə verər və Allah böyük lütf sahibidir.
(Usul-u Kafi, c. 1, s. 390)