Hal-hazırda Mehdiyyət, hz. Mehdi (ə.s)-ın rahat fəaliyyət göstərməsi üçün Allah tərəfindən pərdələnmişdir. Həm hz. Mehdi özünü pərdə ilə örtür; həm də digər alimlər bilərək və ya bilməyərək hz. Mehdini pərdələyir.
Bədiüzzaman Səid Nursi başda olmaqla bütün Əhli Sünnət alimləri və hz. Mehdinin Hicri 1400, yəni Miladi 1980-ci illərdə vəzifəyə başlayacağını, bir şəxs olacağını, ona kömək edən tələbələriylə birlikdə hərəkət edəcəyini, bütün dünyaya həqiqi imanı izah edəcəyini; 40 il sürən fikri mübarizənin ardından da İslamı bütün dünyaya hakim edəcəyini bildirmişlər. İslam əxlaqının hakim olacağı Quranda da müjdələnmişdir və səhih hədislərdə xəbər verilən hz. İsa (ə.s) və hz. Mehdinin gəlişi də bütün “Əhli Sünnət üləmasına görə etiqad məsələsi kimi qəbul edilmişdir”.
Ancaq buna baxmayaraq, hazırda dünyada Mehdiyyətin varlığını və irəliləyişini görə bilənlər çox azdır. Hz. Mehdini anlayıb tanıyanlar isə bundan daha da az. Yalnız çox kiçik sayda mübarək insanlar imanın nuru ilə hz. Mehdini görüb hiss edə bilirlər.
Bəzi alimlər də hz. Mehdinin pərdələnməsinə istiqamətli olaraq xidmət edirlər. Tarixdə heç bu qədər hz. Mehdi gəlməyəcək deyildiyi görünməmişdir. Xüsusilə də, müəyyən tarixə qədər hz. Mehdinin gələcəyini müdafiə edən bəzi təbəqələr, 1980-ci illərdən sonra böyük təlaşla hz. Mehdinin çıxmayacağını söyləməyə başladılar. 1978, 1979 və 1980-ci illərdə nəşr olunan İslami jurnal, kitab, kaset, broşura kimi əsərlərə baxanlar, o dövrdə intensiv olaraq hz. Mehdinin gələcəyindən bəhs edildiyini görəcəkdirlər. Ancaq 1986-87-ci illərdən sonra ani bir dönüşlə bu məsələdən imtina edildiyi, müxtəlif şərhlərlə Mehdilik məsələsinin bağlanılmasının tələb olunduğu görüləcəkdir. Bu tarixdən sonra hz. Mehdinin gəlməyəcəyini iddia edən nəşrlər və ya çıxışlar ani şəkildə intensivləşmişdir.
Həm də bu qədər dəqiq əlamətlər çıxdığı halda. İndi bəziləri 300 il sonra gələcək deyir. Bəziləri mənim şeyximdir, gəldi keçdi deyir. Bəziləri Mehdi gəlməyəcək deyir. Bəziləri şəxsi mənəvi deyir, kimisi isə ruhdur deyir. Ortaq nöqtələri isə, hamısı da təkidlə, müxtəlif şərh və izahlarla hz. Mehdi (ə.s) gəlişini ört basdır etməyə çalışır. Hətta bir qismi “Mehdi mövzusunu açmağın, ondan bəhs etməyin belə fitnə olacağını” söyləyəcək qədər irəli gedir. Qısacası çox böyük təlaş və çaxnaşma yaşanır.
Ancaq burada böyük ziddiyyət ortaya çıxır. Hz. Mehdinin mövcudluğuna, gələcəyinə və edəcəyi fəaliyyətlərə inanmırlarsa, Mehdi məsələsinə bu qədər əhəmiyyət vermələrinə də ehtiyac yoxdur. “Necə olsa, gəlmə ehtimalı yox deyib, keçə bilərlər”. Amma bunu edə bilmirlər; televiziyalardan, radiolardan, qəzetlərdən hər fürsətdə “Mehdinin gəlməyəcəyini” sübut etməyə çalışırlar. Halbuki əgər insan bir şeyin mövcud olduğuna və baş verəcəyinə inanmırsa, bu məsələdə son dərəcə rahat olar. Çünki necə olsa da, nəticə çıxarmayacaqdır; məsələ onsuz da kökdən həll olunmuş vəziyyətdədir. Amma hz. Mehdi əsas məsələ olanda belə rahatlıq görülmür; Əksinə, böyük təşviş və narahatlıq, təlaş və çaxnaşma ilə hz. Mehdi əleyhinə işlər görülür.
Məhz burada Allahın, möhtəşəm yaratma sənətinin əhəmiyyətli nümunəsi ortaya çıxır. Allah taledə “Hz. Mehdinin gəlişinin, kimliyinin, edəcəyi fəaliyyətlərin və fəaliyyət sahələrinin pərdələnməsini” istəyir. Çünki Peyğəmbərimiz (s.ə.v), hz. Mehdinin edəcəyi fəaliyyətlərin uzun illərə yayılacağını və ancaq bütün bu işləri nəticəsində, addım-addım İslam əxlaqının hakimiyyətinə çatacağını bildirir. Məhz bu uzun proses içərisində əgər hz. Mehdinin adı, yeri, fəaliyyəti və fəaliyyət sahələri tam olaraq məlum olmuş olsa, əlbəttə ki, bütün pis niyyətli kütlələrin hədəfi halına gələrdi. Zərər vermək, işlərini dayandırmaq istəyən insanların tələlərinə, maneələrinə və hücumlarına açıq şərait yaranardı. Amma İslamın dünya hakimiyyəti və hz. Mehdinin zəfəri Allahın qəti olaraq vədi olduğu üçün Allah buna mane ola biləcək hər şeyi dayandıracaq sistem yaratmışdır. Bax, “Mehdi gəlməyəcək” deyən insanların fərqində olmadıqları vəzifələri də, “Hz. Mehdini pərdələyərək Allahın bu təqdirinə zəmin hazırlamaq”dır.
“İstəsə də istəməsə də Allahın əmri ilə bütün dünya Mehdiyyətə xidmət edir”
Beləliklə, inkar edənlər də, münafiqlər və müşriklər də, Quran əxlaqı əleyhinə bir fikri mənimsəyənlər də, hz. Mehdiyə düşmən olanlar da, hər nə qədər istəməsələr də, - Allahın diləməsi ilə bilərək, ya da bilməyərək hz. Mehdiyə və İslam əxlaqının bütün dünyada yayılmasına böyük dəstək verirlər.
“Mehdi gəlməyəcək” deyənlərin, hər nə edirlərsə etsinlər, hz. Mehdiyə xidmət etməkdən yaxa qurtara bilməmələri möcüzədir. Mehdi əleyhinə yönəlmiş hər təşəbbüs, bu mübarək şəxsin təsirinin getdikcə daha da artmasına kömək edəcəkdir. “Mən hz. Mehdiyə inanmıram” deyən hər şəxs, Mehdi əleyhinə apardığı hər iş ilə bu mübarək şəxsə xidmət etmiş olacaqdır.
Ayrıca bunu da xatırlamaqda fayda var: Hz. Məhəmməd (s.ə.v)-in gəlişi də qarşısı alınmaq istənmiş ancaq bu səylər, nəticəni dəyişməmişdir. Dövrün müşrikləri də böyük təlaş yaşamış, amma Peyğəmbərimiz (s.ə.v)-in inkişafını dayandıra bilməmişdirlər. Hz. Məhəmməd (s.ə.v), taledə yaradıldığı şəkildə gəlib, Allahın taleyində təqdir etdiyi sözləri söyləmiş və missiyasını tamamlamışdır. Eyni şəkildə tarix boyu heç bir elçi, nəbi ya da peyğəmbərin gəlişi mane olmaqla, qarşısını almaqla dayandırılamamışdır.
Ayrıca, hz. Mehdi əleyhdarlarının fərqində olmadan yerinə yetirdikləri çox mühüm vəzifə də var; hz. Mehdinin ən qəti çıxış əlamətlərindən birinin reallaşmasını təmin edirlər. Çünki “Mehdi gəlməyəcək nidaları”, hz. Mehdinin gəlişinin çox yaxınlaşdığının əlamətidir:
“İNSANLARIN ümidsiz olduğu və “HEÇ MEHDİ FİLAN YOX İMİŞ” DEDİYİ BİR ANDA ALLAH HZ. MEHDİNİ GÖNDƏRƏR...”
Əli ibn Husaməddin əl-Muttaki, Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 55
“...HZ. MEHDİ, Rəsulullah (s.ə.v)-ın bayrağı ilə, insanların başlarına bəla üzərinə bəla yağdığı və ÇIXIŞINDAN ÜMİD KƏSİLDİYİ BİR ZAMANDA ÇIXAR...”
Əli ibn Husaməddin əl-Muttaki, Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 55
Hər kəs bilməlidir ki hz. Mehdinin hədislərdə bildirilən bütün əlamətləri möcüzəvi şəkildə baş tutdu. Hz. İsa da, hz. Mehdi də çox yaxında bütün bəşəriyyətin görəcəyi şəkildə zühur edəcək inşaAllah.