Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (10 dekabr 2011, 21:00)
Adnan Oktar: İndi Qurandan bir səhifə açaq. Bismillah, şeytandan Allaha sığınırıq. Hud surəsi, 102, şeytandan Allaha sığınıram. "Onları, zülm etdikləri zaman", yəni müsəlmanlara qarşı əxlaqsızlıq etdikləri, müşriklik etdikləri, fırıldaqlıq etdikləri, fahişəlik etdikləri, pislik etdikləri, İslamın mənfəətinə olan şeylərə mane olmağa çalışdıqları, tələ qurduqları zaman, "ölkələri (və ya nəsilləri) yaxaladığı zaman", yəni bəlalarını verdiyi zaman, "Rəbbinin yaxalaması məhz belədir" deyir Allah, belə yaxalayaram deyir Allah. "Həqiqətən, Onun yaxalaması çox acı, çox şiddətlidir". Əlhamdulillah. Müşriklərə, münafiqlərə, murdarlara Allah təhdid olaraq bunu bildirir. Allah: “Əhədinizi belə kəsərəm” deyir. Baxın: "Həqiqətən, Onun yaxalaması çox acı, çox şiddətlidir" deyir.