ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. 61-ci ayədə Allah deyir ki; "əgər Allah, insanları zülmlərinə görə sorğuya çəkəcək olsaydı, dünyada (yer üzündə) canlılardan heç bir şey buraxmazdı." Yəni; "insanlar o qədər çox səhv edirlər, o qədər çox günaha girirlər ki" deyir Allah, "əgər belə bir vəziyyətdə cəza verilməsi gərəksəydi, dünyanı yerlə bir edərdim" deyir Allah. "Ancaq onları müəyyən bir müddətə qədər təxirə salır. Onların əcəlləri gəlincə nə bir saat təxirə salına bilərlər, nə də tezləşdirilə bilərlər." Yəni; "qədərdə nədirsə, o olar" deyir Allah. "Onlar, Allaha, xoşlarına gəlməyən şeyləri layiq hesab edərlər, dilləri də yalan olaraq ən gözəl olanın "özlərinin olduğunu" deyir." Yəni; "öz xurafatçı, öz nalayiq düşüncələrinin ən gözəl olduğunu düşünürlər" deyir. "Heç şübhəsiz, atəş onlar üçündür və heç şübhəsiz onlar, (cəhənnəmdə) öndə gedənlərdir." Yəni cəhənnəmdə əzab çəkəcəklərini ifadə edir, Allah. "And olsun Allaha, səndən əvvəlki ümmətlərə də (elçilər) göndərdik." Hər dövrdə Mehdilər var. Yəni boş olan heç bir dövr yoxdur. "Lakin şeytan onlara etdiklərini bəzəkli göstərmişdir; bu gün də onların vəlisi odur və onlar üçün ağrılı bir əzab vardır." Yəni məsələn, darvinizmi və materializmi onlara bəzəkli göstərir. Anormal bir şey olduqda bəzəkli göstərir. Qumarı, zülmü, ağrıları bəzəkli göstərir. "Bu gün də onların vəlisi odur" yəni şeytandır "və onlar üçün ağrılı bir əzab vardır. Biz Kitabı ancaq, haqqında ixtilafa düşdükləri şeyi onlara izah etməyin" bax,"ixtilafa düşdükləri şeyi onlara izah etməyin"; istər Tövratda, istər İncildə, istərsə xurafatçıların ortaya çıxardıqları düşüncələrdə "ixtilafa düşdükləri şeyi onlara izah etməyin və inanan bir qövmə rəhmət və hidayət olması xaricində (başqa məqsədlə) endirmədik." Yəni; "azğın olan inancları ortadan qaldırmaq üçün endirdik" deyir Allah. Məsələn, təslis inancı insanların çox canını yandıran bir şeydir. Allah doğrusunu söyləyir. Amma heyrət vericidir, böyük insanların, ağılı başında insanların… Yəni hz. İsa (ə.s)-ın peyğəmbər olduğu açıqca müəyyəndir. İnsan; yeyir, içir, yatır. Adamlara baxırıq; "hz. İsa (ə.s) kimdir?" deyirik, böyük adamlar "Allahdır" deyir. Və yüz milyonlarla adam bunu söyləyir. Kabus kimidir. Gözlərinə inanmıram. Yatır, yemək yeyir, Allaha dua edir, Allahın birliyindən bəhs edir. Adam deyir ki; "Allahdır" deyir, "hz. İsa (ə.s)" deyir. Yəni belə bir dünya var, belə bir qəribə mühit var. Allah, bunları düzəltmək üçün Kitabın endirildiyini, eyni zamanda Kitabın bir istiqamətinin də bu olduğunu söyləyir, bu anormallığı aradan qaldırmaq üçün olduğunu söyləyir. "Allah göydən su endirdi, ölümündən sonra yeri onunla diriltdi; eşidə bilən bir birlik üçün bunda həqiqətən, bir ayə vardır." Yəni; "eşidəbilən bir birlik üçün bunda həqiqətən, bir ayə vardır." "Mən bunda bir işarə qoydum" deyir Allah, "bu şərhdə." Bu ayənin zahiri mənası budur; yağışla ölü torpaq dirilər. Amma hədisdə bu ayə üçün, hz. Mehdi (ə.s)-ın nüzulu ilə Allah, ölümündən sonra yeri hz. Mehdi (ə.s)-ın vəsiləsi ilə dirildəcəyinə işarə etdiyini söyləyir.
ALTUĞ BERKER: Hocam, Əbu Məhəmməd Baqir; "birbaşa hz. Mehdi (ə.s) üçün nazil olmuşdur" deyir, "bu ayə." "Nüzul səbəbidir" deyir, "hz.Mehdi (ə.s)."
ADNAN OKTAR: Bəli, "nüzul səbəbidir" deyir, "hz. Mehdi (ə.s). Əsbab-ı nüzul odur" deyir. "Sizin üçün heyvanlarda da, əlbəttə ibrətlər vardır." Məsələn, heyvanları göstəririk; hər kəs sıxılır sevə bilmədiyi üçün. Əcaib şirindirlər. Biri o birisindən şirindir, o birisi o birindən şirindirlər. İnsanın ilk ağlına gələn; "bir qucaqlasam bunu. Bir mıncıqlasam belə sevsəm, bir öpsəm." Yəni insan nə edəcəyini bilmir; əcaib şirindirlər. Saf-saf da insana baxırlar. "Sizə qarınlarındakı fers (yarı həzm edilmiş qidalar) ilə qan arasından, içənlərin boğazından asanlıqla keçən duru bir süd içiririk." Yəni "qan" deyir, "orqanizmindəki qandan" Allah "və oqranizmindəki həzm edilən qidalardan dümağ, xoş ətirli süd meydana gətirirəm" deyir Allah. İndi orada istifadə edilən vəsaitlərlə süd çox ziddir; bədənindəki həzm edilən qida ilə qan; və yaranan şey xoş ətirli süddür. Südə baxırıq; yüksək nisbətdə kalsium, yüksək nisbətdə maqnezium. Bədənin skeletində istifadə edilən əsas minerallardır. Yüksək miqdarda D vitamini, A vitamini, B vitamini komplekslərinin hamısı, C vitamini, içində digər orqanizmə faydalı olan maddələr, zülal, ən keyfiyyətli zülal, yəni orqanizmin rahat həzm edə biləcəyi zülal və nəfis bir qoxu, karbohidrat, şəkər, süd şəkəri; hamısı onun içərisindədir, amma orqanizmin ehtiyacı olan hər şey, kükürdə çatana qədər, yəni saçlar üçün lazım olan, əzələlər üçün lazım olan, dırnaq üçün lazım olan, orqanizmin bütün orqanları üçün lazım olan hər cür vəsait ən uyğun miqdarda və ən keyfiyyətli şəkildə südün içərisində var. Vəsait nədir? Yarı həzm edilmiş qidalar və qan. "Onun içərisindən" Allah, "çıxarıram" deyir, "südü." Ki onsuz da pendir, süd və s. naharlarda, yeməklərdə, yoqurt təməl qidalardan. Məsələn, yoqurtun ləzzəti çox gözəldir. Pendirlər elədir, növbənöv pendirlər, yoqurtlar, ayranlar, hamısı bir-birindən ləzzətlidirlər.
"Xurmalıqların və üzümlüklərin meyvələrindən qurduqları çardaqlarda həm sərxoşedici içki, həm gözəl bir ruzi əldə edirsiniz." Xurmalıqların və üzümlüklərin meyvələrindən". Xurmalarda, məsələn, xurmanı alırıq belə xüsusi paxlava kimi, xüsusi edilmiş kimi. Yəni çox sıx şəkər var. Qatılaşmış cem kimidir. Çox gözəldir. "Üzümlüklərin meyvələrindən". Məsələn, qurudulmuş üzüm də çox ləzzətlidir, yaş üzüm də çox ləzzətlidir. "Çardaqlarda həm sərxoşedici içki". Quranda "sərxoşedici içki" deyə keçirmi o ayə? Ona bir baxaq.
ALTUĞ BERKER: İnşaAllah, hocam.
ADNAN OKTAR: Bəli, tam qarşılığına baxaq. "Həm gözəl bir ruzi əldə edirsiniz." Bəhməz düzəldilir, sirkə düzəldilir, üzüm suyu düzəldilir, lavaşa düzəldilir, hamısı düzəldilir. "Şübhəsiz, ağılını istifadə edə bilən bir birlik üçün, həqiqətən bunda bir ayə vardır." Yəni; "əgər diqqətli düşünsələr, tədqiq etsələr, araşdırsalar çoxlu hikmət var" deyir Allah. "Xurmalıqlar və üzümlər". Yenə şəkərli şirin yeməklərdən sonra da bala keçir Allah. "Rəbbin bal arısına vəhy etdi: Dağlarda, ağaclarda və onların qurduqları çardaqlarda özünə yuva qur." Bal arısına vəhy edir. "Dağlarda, ağaclarda və onların qurduqları çardaqlarda özünə yuva qur."