Kommunist ideologiya Kipr yunanlarından türklərin bölgəsinə qədər yayılmış bir ideologiyadır. Bu ideologiyanın yunanlar arasındakı nümayəndəsi olan Kipr Kommunist Partiyası- AKEL, maraqlıdır ki, eyni zamanda qatı yunan millətçisi, həm də Enozis əsiridir. AKEL-in ideologiyasından təsirlənən bəzi kiprli türklər isə milli şüurlarını itirərək, beynəlmiləlçilik adına, əslində, özləri də bilmədən yunan mənafeyinə xidmət edirlər. AKEL-in (Kipr Yunan Kommunist partiyası) Şimali Kiprdəki davamçıları hesab edilə biləcək bəzi təşkilatlar Türkiyə əleyhinə təbliğat aparırlar. Bir zamanlar Sovet Rusiyası tərəfindən dəstəklənən bu ifrat sol qruplar kommunizmin yıxılmasından sonra Qərbin təsiri altına düşdülər. Xatırladaq ki, Qərb Kipr üzərində türklərin deyil, yunanların suverenliyini dəstəkləyirdi.
Məhz Şimali Kipr Türk Cumhuriyyətinin ləğv edilməsi, Kiprin yunan hakimiyyətinin altında olması kimi fikirləri müdafiə edən bir qisim türklər var ki, onlar sözügedən ifrat sol qrupun üzvləri və ya hər zaman bir qrupun təsirinə düşən insanlardır.
Problemin bu cür fikri və ideoloji aspekti böyük əhəmiyyət daşıyır və məsələnin həllinə yol göstərir.
Kommunizmin əsası: Materializm
Kommunist ideologiya yalnız Kipr türkləri üçün deyil, bütün türk milləti üçün də mühüm məsələdir. Tarixdən məlumdur ki, kommunist ideologiya 1960-70-ci illərdə Türkiyəni böyük terror və anarxiya mühitinə sürükləmişdir. 1980- 90-cı illərdə isə eyni ideologiya qatı etnik millətçiliklə də birləşərək cənub-şərqdə qanlı terror təşkilatını yaratmış və inkişaf etdirmişdir.
Bu gün Sovetlər Birliyinin tarix səhnəsində olmaması və təktərəfli bir dünyada yaşamağımız kommunist ideologiyanın artıq o qədər də təhlükə olmadığını göstərir. Marksist ideologiya hələ bir çox ölkədə dövlətə və cəmiyyət nizamına qarşı çıxan radikal təşkilatlar hazırlamağa və təhlükə qaynağı olmağa davam edir.
Marksizm ilə mübarizə aparmaq kommunizmin söykəndiyi fəlsəfi qaynaqların kökdən çürüdülməsi deməkdir. Bu fəlsəfi qaynaqların başında isə materializm gəlir.
Materializm Marks, Engels, Lenin kimi kommunist ideoloqların ən çox üzərində durduqları mövzudur. Tək maddənin varlığının qəbul edilməsi Allah`ın varlığının və bütün mənəvi dəyər və məfhumların inkar edilməsi deməkdir. Kommunist militanları kommunistləşdirən ən birinci şey onların bu materialist fəlsəfəyə olan inanclarıdır. Materialist fəlsəfənin çürüdülməsi kommunizm təhlükəsinin də tamamilə ləğvinə səbəb olacaq.
Bununla yanaşı, materializmin cəmiyyətlərə gətirdiyi tək zərər kommunizm deyildir. Materialist fəlsəfə insanları bütün mənəvi dəyərlərdən uzaqlaşdırdığı üçün əxlaqi degenerasiyanın yaranmasına da səbəb olur. Materializmin hakim olduğu cəmiyyətdə din, əxlaq, ailə kimi dəyərlər, vətənpərvərlik kimi ülvi anlayışlar tədricən zəifləyir və nəticədə yoxa çıxır. Böyük öndər Atatürk bu həqiqətə "dinsiz millətlərin inkişaf etməsi mümkün deyil" deyərək diqqət çəkmişdir. (http://www.harunyahya.org/Makaleler/darwinizmmateryalizm.html)
Qaçan Yunan Qatarı!
Kipr məsələsi son zamanlar demək olar ki, bütün dünyanın maraqlandığı mövzuya çevrilmişdir. Lakin demək olar ki, bütün dünya yekdilliklə Annan Planının Kipr üçün yeganə həll olduğu iddiasını inadla müdafiə edir. Bu plan BMT-in keçmiş baş katibi Kofi Annanın irəli sürdüyü plan olduğuna görə onun adını daşıyır.
Annan Planı deyərkən, əslində, Şimali Kipr Türk Respublikasında (ŞKTR) yüz min nəfəri yerindən-yurdundan uzaqlaşdıran bir plandan söhbət gedir. Bu insanlara dəyə biləcək zərərlərin aradan qaldırılması üçün isə heç bir şey edilmir və anlaşılmazlıqlara 1 maya qədər (2009) son qoyulması tələb olunur.
Yeganə məqsəd may ayına qədər (2009-cu il) Türkiyənin başını qatmaq və Annan Planını, başqa sözlə, “yunan planını” bütövlükdə qəbul etdirməkdir. Artıq yunan diplomatların özləri belə dilə gətirirlər ki, Annan Planı qəbul edilərsə, 10 il ərzində Kipr tamamilə yunanlaşacaq.
Bu həqiqətlər qarşısında heç kim Kiprin türklərə məxsus hissəsinin məhvinə səbəb ola biləcək plan olan Annan Planının qəbul edilməsini gözləməməlidir. Şimali Kipr Türk Respublikası müzakirələrdə istədiyinə nail olmasa və ən vacib olan məsələləri qəbul etdirə bilməsə, adı hər nə olursa olsun, heç bir planı qəbul etməyəcək. Türkiyəyə danışıqlara başlamaq üçün 1994-cü ilin sonuna qədər vaxt verən Avropa İttifaqı Kipr üçün eyni müddəti vermir və öz ağlına görə həm Türkiyəni, həm də ŞKTR-ni sıxışdırmağa çalışır.
Vəziyyət çox acınacaqlıdır. Belə ki, Şimali Kipr Türk Respublikası güzəştə getməli, güzəşt üçün də torpaq, var-dövlət verməli idi. Türkiyə isə milli mübarizəsindən- Kiprdən imtina edərək hərbi qüvvələrini geri çəkməli idi. 1950-ci illərin sonundan 1974-cü il Sülh hərəkatına qədər yaşanan zülmləri, qaziləri, şəhidləri unutmalı idi. Beləcə Kipr bütöv halda Avropa İttifaqına üzv olacaqdı... Avropa İttifaqı yolunda Türkiyənin davamlı qarşısına gətirilən problem həllini belə tapacaqdı.
Bu problemin həll edilməsi Türkiyənin Avropa İttifaqına daxil olmasına imkan yaradacaqmı, yaratmayacaqmı, dəqiq bilinmir. Amma Şimali Kipr Türk Respublikası demək olar ki, əslində, silah gücü ilə Avropa İttifaqına üzv olmuş olacaq…