A9 TV, 19 avqust 2015
Şiələr mükəmməl insanlardır
Şiə düşüncəsi də olduqca çox gözəl bir düşüncədir. Sevgiləri gözəldir, dərinlikləri gözəldir. Şiə qardaşlarımız eşq memarıdır. Amma gəsl şiələr; məna sirrinə çatmış, arif olmuş, dərinləşmiş olanlardır. Digərləri hələ yoldadır, inşaAllah.
8-ci İmam, İmam Əli Rzanın hz. Mehdi (ə.s) ilə əlaqədar duası
"Allahım! Onu (Hz. Mehdi (ə.s)-ı), dünyada ədaləti təsis edən elçilərinin tərəfdarlarını çatdırdığın ən yaxşı arzulara çatdır. Ədalətsizliyi onun əliylə yox et. Ədaləti onunla təsis et. Ona uzun ömür verərək yer üzünü bəzə. Dünyanın şərqini və qərbini onun iradəsinə təslim et ki, insan qorxusuyla zərrə qədər də olsa heç bir haqq gizli qalmasın. Onun ədalətinin işığıyla ədalətsizlərin qaranlığı yox olsun və küfr və dinsizlik atəşinin dili sönsün." (Məhəmməd Hakimi, imam Rza (ə.s)-dan hədislər, səh-127, Ferezhayi əz Suhanani İmam Rza (ə.s) 1-ci cild səh-101)
MaşaAllah, Əhli-Beytdəki Mehdi sevgisini görürsünüzmü? Sünni qardaşlarımız belə şeyləri çox ağzına almaz. 12 imamdan, hz. Əli (r.ə)-dən ayda ildə bir dəfə bəhs edərlər. Bu heç ürəkaçan bir şey deyil, bərəkətlərindən istifadə edə bilməzlər. 12 İmamı, hz. Əli (r.ə)-ni sevməyən Peyğəmbər (s.ə.v)-i də sevmir. O söhbəti yaymaq və dillərində, könüllərində davamlı saxlamaq vəziyyətindədirlər. Sünni qardaşlarımızın bir qismini nəzərdə tuturam.
(Siz dəfələrlə prizident rəhbərlik sisteminin xalqa bir referendum ilə soruşulmasını söyləmişdiniz. Səlahəddin Dəmirdaş da: "Başçılıq sistemini xalqdan soruşaq" dedi.)
Referendumda “xeyr” çıxar. Heç bir şəkildə qəbul etməzlər. Əgər qəbulsa onsuz da, Allah göstərməsin, edəcək bir şey yox. Çünki federasiyanı qəbul etmək mənasını verir. Federasiyanı qəbul etdinsə, onsuz da edəcəyin bir şey yox.
(Energetika Nazirimiz cənab Taner Ulduz da, sizin tez-tez ifadə etdiyiniz kimi məqsədinin şəhidlik olduğunu söylədi. "Mənim məqsədim Allah nəsib etsə şəhid olmaqdır. Bunu açıqca söyləyirəm. Dinim, millətim, vətənim üçün" dedi.)
MaşaAllah. Əvvəllər: "Ciyərimiz yandı, içimiz qovruldu, məhv olduq" deyirdilər. İndi elə demirlər. Bu yaxınlarda da yenə bir dövlət vəzifəlisi, Allah şəhidlik versin dedi. Gözəl nümunə oluruq. Danışma üslubunun düzəlməsinə vəsilə oluruq, inşaAllah.
(Respublika başçısımız danışığında PKK-ya qarşı davamlı "alçaq" ifadəsini istifadə etdi. "Aylardır əsgərimizə, polisimizə hücum edənlərin, çörəyinin arxasında olanları öldürənlərin yeri alçaqlıq çuxurunun ən dibidir. Millətimiz bu əxlaqsız qrupa layiq olduğu dərsi mütləq verəcək.")
PKK-nın anlayacağı dil alçaldılmadır. Amma ən əsası elmi mübarizədir. Elmi mübarizə bütün məsələni bitirər.
Terrorla mübarizə qanunu yenidən dəyişdirilsin;
Nəfsi-müdafiədə hər nə olursa olsun nə əsgər, nə polis, nə də vətəndaş məsul olmasın. Terrorist hücumunda, yəni terrorist silahlı bir şəkildə gəldiyində, əlində silah olduğunu gördüyündə əsgər, polis və ya vətəndaş hər nə surətdə olursa olsun özünü müdafiə etməkdə məsul olmasın. Buna təcili olaraq qanunla şəkil verilməlidir. Çünki əsgər diqqətli davranmaq vəziyyətində qalır. Məsələn, adam əlində silahla gəzir, amma bir şey edə bilmir. Deyir ki, məsələn; adam çiyinində avtomat silahla gəzir, adamın sənə nə zərəri var? Sənə nə etdi ki?" Belə olmamalıdır. Vətəndaş da bu qanundan faydalansın.
"Samsunda bir baş komissar terroristə yumruq atıb burnunu qırdığı üçün istintaqa cəlb olundu"
Məsələn, özünü müdafiə etdiyi üçün günahkar vəziyyətə düşür. Buna bir həll tapılması lazımdır. Ucsuz-bucaqsız səlahiyyət verilməlidir. Terrorist əgər polisə hücum etdisə, hər nə meydana gəlirsə gəlsin, hər nə hadisə baş verirsə versin polisin heç bir məsuliyyəti olmamalıdır. Hətta ifadəsinin alınmasına da ehtiyac olmamalıdır. Yalnız bir polis ifadəsi verib çıxması lazımdır. Bir polis bölməsi ifadəsi və yaxud orada bir polis protokolu tərtib edilib bitəcək. Prokurorluğa da ifadə verməyə getməsinə gərək qalmamalıdır. Dərhal məclis toplansın, lazım olanı da edilsin.
PKK-ya qarşı ancaq məlumatla, ağılla cavab verilsə nəticə alınar
Stalinist kommunist bir qiyam var və adamlar orada bir kommunist dövlət qurmaq üçün qərarlıdırlar. Bunların ideologiyasına zərbəni endirək. Darvinizmin məktəblərdə oxudulması hələlik genişləndirilsin, lakin çox əhatəli cavabını verək. Kommunizm izah edilsin, etibarsızlığı da izah edilsin. Ancaq məlumatla, ağılla cavab versək nəticə alınar. Bu tərzdə "necə olsa da xalq bilmir, qurdalamayaq" məntiqi olmaz. Xalq mütləq bir gün öyrənər və öyrənir.
Günlərdir PKK təbliğatı edilir;
"Fəryadlar göylərə çıxdı, atəşlər bacanı bürüdü, evin üstünə atəş düşdü" . Nə zamandan bəri şəhidlik evin üstünə düşən atəş oldu? Bu necə bir sözdür? Belə "fəryad göylərə yüksəldi, atəş evin üstünə düşdü, iztirab ürəyimizi dağladı" bunlar söz deyil. Bunlar PKK-ya dəstək olacaq sözlər olar. Bunu bilmədən səhvən edirlər. Bundan əl çəksinlər. Belə bir üslub olmaz. Biz 80 milyonuq. "Barmaqla sayılmarıq, qırmağınla tükənmərik" deyir. İstədiyi qədər şəhid etsinlər, bu alçaqlara bir santimetr belə torpaq vermərik. Səfərbərlik elan edilsin, olduqca çox əsgər götürək. Məsələn, hələlik 4 milyon əsgər götürək, ən çox 6 ayda bitirərik. İki, üç götürsək 4 milyon olur.
Bütün evlərin hamısı axtarılmalıdır;
Hinlər belə axtarılmalıdır, quyular, hər yer axtarılsın. PKK-ya nəfəs almağa imkan verilməməlidir. Xüsusi olaraq bir gün çölə çıxma qadağanı elan edilsin, əsgər hər evə girsin. Vətəndaş da köməkçi olsun. Hər yer nəzakətlə didik-didik axtarılsın. Axurlar, bağçalar hər yer axtarılsın. Heç bir yerdə silah, sursat buraxmayaq. Hamısına ordu nəzarət etsin. Basdırmağa ehtiyac yoxdur. Ordumuz alıb lazım olsa PKK-ya qarşı istifadə edər. Məsələn, adamların əlində minalar var, daşındırıcı güc olaraq bu minaları alıb düşmənə qarşı istifadə edək. Adamların evlərində minlərlə rus malı minalar var, get basqın et, götür.
(30 gün içində əməliyyatlarda təxminən 2700 adam nəzarətə alınmış vəziyyətdədir. Bunların 650-si məhkəmələr tərəfindən həbs olunmuş, 600 adam da ədli idarə şərtiylə sərbəst buraxılmışdır.)
Bax, qanunu dəyişdirsinlər, bu məhkəmə idarəsi filan, terrorda bu olmaz. Bunlar normal həyat axışının içərisində tətbiq olunacaq qanunlardır. Terror hadisələri üçün ayrı xüsusi qanun çıxarılması lazımdır. Terrorun qanunu tamamilə ayrı olması lazımdır. Bu normal vətəndaş üçündür. Bunlar terrorist, əxlaqsız, pislik həriflərdir. Bir də terror təhlükəsi var. Fərz edək ki, adam PKK-ya kömək, yataqlıq edir, silahla təmin edir; bu da çox böyük bir cinayətdir. Biz burada güzəştə gedə bilmərik. Adam buraxdığında lazım olanı edər. Əlbəttə, biz qanuna, hüquqa hörmət bəsləyirik, buraxdısa hal-hazırda buna bir şey dəmərik. Hüquq necə işləyirsə onu qəbul edərik. Amma mən məclis toplansın, qanun dəyişdirilsin deyirəm.
PKK və KCK-lilərin həbs müddətlərinin uzadılması lazımdır
Bir dəfə ehtiyat həbsi lazımdır. Məsələn adam PKK-lıdır, PKK-ya kömək edəcəyi müəyyəndir, sabitləşmiş; məhkəmənin belə bir qənaəti varsa, adamın mütləq böyük bir hərəkət etməsi lazım deyil. PKK-ya dəstək olmağa davam edəcəyinə qənaəti varsa, həbs müddətini uzatsın. Türkiyədəki bu bəla, pislik ortadan qalxana qədər, adamın məhbus qalmasının zərurətini meydana gətirmək üçün qanunda dəyişiklik edilməsi lazımdır. PKK-lının buraxılmaması lazımdır. Buraxmadığın halda ara sakitləşər.
Bir terrorist hücumunda vətəndaş özünü rahat qoruya bilməsi lazımdır. Ən böyük zərbə də, darvinizmə qarşı dövlətin vəziyyət almasıdır. O zaman bütün dünyada ən böyük zərbəni vurmuş olarıq.
Bədiüzzaman zamanında Amerikaya, Avropaya şirinlik edən dinsiz yazarlar vardı. Terroristləri dəstəkləyən belə yaltaqlıq, yağçılıq edən yazarlar vardı. Bədiüzzaman onlara öz yaşadığı zamanında deyir: "Laübalilər yaxşı bilsinlər ki, dinsizliklə özlərini heç bir əcnəbiyə sevdirə bilməzlər. Çünki məsləksizliklərini göstərmiş olarlar. Məsləksizlik, anarxiyalıq sevilməz" deyir. Əslində Bədiüzzamanın "Ağılsızlar yaxşı bilsinlər ki" deyə başlaması lazımdır, amma nəzakətli olduğu üçün bu qədər demiş. "Məsləksizlik" demək xaraktersizlik deməkdir.
Cənnət başdan sona qədər sənət qalereyasıdır
Cənnətdə hər yerdə bir sənət var. Allah ayədə; "Orada möhtəşəm bir mülk görərsən" deyir. Ucsuz, bucaqsız bir mülk. Tam bir sənət qalereyasıdır. Allah ən böyük Sənətçidir. Cənnətdə hər yeri sənət əsərləri ilə təchiz edir. Niyə? Sevgini yaşayaq deyə. Sənət bərabərdir sevgi, sevgi bərabərdir sənət.
Musiqi dinləməyi qadağan edən uydurma hədislərdən nümunələr
" Mahnı oxuyan şeytandır"- Şeytan mahnıdan nə anlayar? Şeytan ağılsızın biridir.
"Allah, zurna, klarnet, ud, dəf və bütün çalğı alətlərini aradan qaldırmamı əmr etdi. "deyir. Bəzi yerlərdə dəfə də icazə yoxdur deyə verirlər. Bu bir uydurmadır.
"Mələklər zəng olan yerə girməz"- Qoyunlara da zınqırov taxırlar. Bu ağla baxın. Ağılalmaz uydurma hədislər var və bunlara inanırlar. Haramı halal edirlər. Halalı da haram edirlər.
Biz İŞİD-ə qarşı heç bir əməliyyat etməməliyik. Bizim hədəfimiz birbaşa PKK-dır. Həmçinin bizim düşmənimizin düşməni İŞİD-dir. İŞİD PKK-ya düşməndir. Bizim İŞİD-lə nə işimiz olar? İŞİD, PKK-lıları daha əvvəl oradan hamısını qovmuşdu. Türkiyə də İŞİD-ə vəziyyət alınca, PKK, İŞİD-in çəkildiyi yerlərin hamısına yerləşdi.
Əsgərin, polisin əli bağlıdır. Qanunu-hüququ genişləndirsinlər. Terrorist silahla təhdid etdiyində, hücum etdiyində xalq özünü qoruya bilməlidir.
Xüsusi Hərəkatdan şanlı şəhidlərimizə buradan salam edirik. Bütün şəhidlərə salam çatdırsınlar. Onların mövqeyinə müdhiş qibtə edirik. Allah bizə də o şəhidlik mövqeyini versin və qibtə edirik. Allah ürəklərinə sevinc, gözəllik versin. Nuruyla bürüsün. Onların ziyarətinə gələnlər olacaq, inşaAllah.
(Leytenant Hubeyib Turan, Diyarbəkirdəki qarşıdurmada qəhrəmanca şavaşdı və ağır yaralı olaraq qaldırıldığı xəstəxanada şəhid oldu.)
Məhz səhabələr onu çağırmış, o da getmiş. Nə xoşbəxt ona. Bizi də çağırsınlar, biz də gedək, inşaAllah.
Xüsusi Hərəkatçı aslanlarıma Allah hər cür köməyi etsin. Ürəklərinə hidayət, ürəklərinə güc, bədənlərinə qüvvət versin. Allah ruhlarını gücləndirsin. Düşmənin ruhuna, ürəyinə qorxu salsın. Möminlərin ürəyinə Allah güc qüvvət salsın. Allah müzəffər etsin. Allah nüsrətlə kömək etsin. Mələklər köməkçiləri olsun.
CHP, MHP, AK Partiya vətən müdafiə etməsi mövzusunda birləşsinlər. Səfərbərlik elan edilsin
2 və ya 4 milyon əsgər vəzifəyə çağırılsın. Çoxlu sayda əsgərlə dövrəyə girək. Çünki məsələn; komando olaraq vəzifə yerinə yetirmiş, tünd-qırmızı papaqlı geyimində vəzifə yerinə yetirmiş çox əsgərimiz var. Yenidən əsgərə çağırsaq komandanın sayı iki mislinə çıxacaq. Bir daha çağırsaq üç mislinə çıxacaq. Bir daha çağırsaq dörd mislinə çıxacaq. Bunu 48 saatda yığa bilərlər. Bu düşmənə qorxu salar. Dostlara güvən verər. Məclis də tətildə olmağı buraxsın. Məclis vəzifəyə başlasın.
TSK-ə yayınladığı başsağlığılarda şəhidlik mövqeyini tərifləyən və şəhidlərimizi təbrik edən bir üslub istifadə edilməsi yaraşar
TSK-nin şəhid xəbərlərində istifadə etdiyi sabit bir cümlə var; "Bizləri dərin acı və kədərə boğan bu mənfur hücumda həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, şəhidlərimizin qiymətli ailələrinə, yaxınlarına, TSK mənsublarına və uca Türk millətinə baş sağlığı və səbir diləyirik". Bax "dərin acı və kədər" bu sözün işlədilməməlidir. Şəhidlərimizə bir namərdlər hücum etmişlər. Amma şəhidlik mövqeyini tərifləyərək və şəhidlərimizi təbrik edərək bir danışıq olmalıdır. Bu, şəhidlik mövqeyinə uyğun bir danışıq deyil.
Seçki Hökumətində HDP-ə Nazirlik verilməməsi lazımdır
HDP-dən nazir seçərlərsə, bu çox qorxunc və çox ürküdücü olar. Əsla buna yanaşmasanlar. Buna bir yol tapsınlar, belə olmaz. Fəlakət üstünə fəlakət olar. HDP-in nazirliklərə kimləri yerləşdirəcəyi müəyyəndir. Qısa müddətdə on minlərlə nəzir təyin edə bilərlər. Nə qədər PKK sızması olacağını da bilməyirik?
(Muxtar rəhbərlik elanları və buna qarşı icra edilən əməliyyatlara bağlı sualı cavablandıran Dəmirdaş: "Bu modeli müdafiə etdiklərini və partiya proqramına da qoyduqlarını" söylədi.)
"Mən elan etdim haydı keçmiş olsun" məntiqi olmaz.
Peyğəmbərimiz (s.ə.v)-in İŞİD-ə işarə edən hədislərindən biri;
Bu İŞİD-in PKK-nı doğraması, bir də Ezidi qadınları da əsir götürdüyünü bilirsiniz. Peyğəmbərimiz (s.ə.v) buyurur ki;
"Firat ilə Dəclə arasında Zevra (Bağdad) deyilən bir şəhər olacaq. Orada böyük bir döyüş (mübarizə) olacaq. Qadınlar əsir ediləcək, kişilər isə, qoyun kəsilən kimi boğazlanılacaq" (Kenzul Ummal, Kitab-ul qiyamə qism-ul efal, 5-ci cild, səh-38, Əl Muttaki)