Ayədə ifadə edildiyi kimi, son illərdə də yağış yağmasından ümidlərin kəsildiyi bir dövr yaşanmışdır. Bu müddət ərzində elm adamları dünyanın nəhəng bir istixana halına gələcəyi və yağış miqdarının gedərək daha da azalacağı istiqamətində şərhlər də etmişlər.
Qlobal istiləşmə nəzəriyyələrinə görə, dünyada baş verən bu quraqlıq uzun illər davam etdiyinə görə yağış gedərək daha da azalmalı idi. Ancaq belə olmamışdır. Bir müddətdir ara vermədən yağış yağır. Necə ki, Peyğəmbərimiz (s.ə.v) də hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl ilk olaraq quraqlıq olacağını, daha sonra isə bol-bol yağış yağacağını xəbər vermişdir.
Hürriyet, 5 aprel 2009
Habertürk, 7 mart 2009
Habertürk, 5 aprel 2009
Hürriyet, 28 mart 2009
Sabah, 16 mart 2009
Yeni Şafak, 14 mart 2009
Yeni Asya, 26 mart 2009
Önce Vatan, 19 fevral 2009
Bugün, 11 may 2009
Türkiyə, 2 may 2009
Dokuz sütun, 28 aprel 2009
"Hz. Mehdi (ə.s)-ın zühurunda iki quyruqlu bir kometa çıxacaq və elə parlaq olacaq ki, bütöv ay kimi parlayacaq. Bu ulduzun çıxışından sonra elə çox yağış yağacaq ki, böyük ziyan olacaq. Lakin xalq bu yağışları sevinclə qarşılayacaq. Çünki bundan əvvəlki 3 ildə heç yağış yağmamış olacaq." (Murtaza Lakha, R &K Tyrell Mətbəə, London, 1993)
Hədisdə bəhs edilən ulduz, 24 fevral 2009-cu il tarixində dünyaya ən yaxın nöqtədən keçən "Lulin" quyruqlu ulduzudur və yağışların bu quyruqlu ulduzun görülməsinin ardından yağacağına diqqət çəkilmişdir. Eynilə hədisdə ifadə edildiyi kimi, 2009-cu ilin mart ayında Türkiyənin müxtəlif bölgələrində sıx yağışlar görülmüş, hətta bir çox bölgə ziyana uğramışdır. Məsələn, Dim anbarının qapaqları həddindən artıq dolduğuna görə qırılmış və minlərlə insan evlərindən çıxarılmışlar. Hələ də Türkiyənin bir çox bölgəsində sıx yağış yağır, hətta insanların yağışların dayanması üçün dua etdiklərinə və yağışların artması səbəbiylə anbarların dolduğuna və qapaqlarının açılacağına dair mətbuatda xəbərlər var. Bu vəziyyətdə, qlobal istiləşmənin söz mövzusu olmadığı da aydındır.
HZ. MEHDİ (Ə.S) DÖVRÜNDƏ DİNƏ BÖYÜK BİR YÖNƏLMƏ YAŞANACAQ
Axırzamanda yaşanacaq quraqlığın ardınca sıx yağışların görüləcəyini işarələrlə xəbər verən Rum surəsinin 49-cu ayəsinin ardından gələn ayə, yenə Axırzamanda illərlə Quran əxlaqından uzaq şəkildə yaşamış olan insanların, eynilə yağışın ardınca canlanan torpaq kimi, Quran əxlaqıyla həyat tapacaqlarına işarə edir:
Axırzamanda hz. Mehdi (ə.s)-ın vəsiləsiylə dünyada böyük bir dəyişmə yaşanacaq, Allahın izniylə yaxın gələcəkdə din əxlaqı bütün yer üzünə hakim olacaq.