A9 TV, 22 avqust 2015
(Səlahəddin Dəmirtaş bu gün əhəmiyyətli izahlar verdi və PKK-nın "amma"sız, "ancaq"sız silahlı şiddət hərəkətlərini dayandırması lazımdır, alternativi yoxdur, dedi. Danışığında belə deyir: "AK Partiyanın etdiyi cinayətlərin əvəzini əsgər, polisi öldürərək çıxa bilməzsiniz. Onların hamısı bu ölkənin uşaqlarıdır, bizim uşaqlarımızdır. Biz belə görürük. AK Partiya da etdiyi bütün günahları örtmək üçün Kürd uşaqlarını şəhərlərdə, dağlarda öldürə bilməz. Buna da icazə verməyəcəyik".)
Səlahəddin müəllim şəxsiyyət kimi çox yaxşı gəncdir, amma PKK-nın üstündə heyula kimi dayanır. Yəni çox nəhəng bir təşkilatdır; bir qolu Amerikada, bir qolu İngiltərədə, Avropadadır. Dünyanın hər yerinə yerləşmiş vəziyyətdədirlər. Elə nəhəng bir mafiya təşkilatına qarşı edəcəyi çox ciddi bir şey yoxdur, amma bu tip bildirişlər edir, danışır. Bir də Dəmirtaş üçün "xarici proyekt" deyirlər. Nə əlaqəsi var, fağır insandır. Nə qədər çirkindir. Harada məzlum adam varsa, belə şeylər edirlər. Mənim gördüyüm qədərilə PKK ilə çox da əlaqəsi yoxdur, amma əlbəttə ki, təzyiq, təhdid, bəla hiss edilir. Halbuki PKK özünü ləğv etsə, silahdan təmizləsə, İslam Birliyini istəyən normal demokratik bir təşkilata çevrilsə, yaxşı olar.
PKK-nın təhlükəli tərəfi kommunist-stalinist bir dövlət qurub İslam Birliyini aradan qaldırmağı məqsəd qoymasıdır
PKK Türkiyənin Cənub-Şərqində dövlət qurub İslam Birliyini aradan qaldırmağı məqsəd qoyduğu üçün çox qorxuncdur. Sırf normal bir muxtariyyət istəsə, məsələn, bir qrup vardır, biz muxtar olmaq istəyirik deyər, bütün Türkiyəni muxtar edərik. Dindar, vətənini, millətini sevən normal vətəndaş olsa, yaxşı deyərik, hər yerdə edərik. Amma burada elə bir hadisə yoxdur, Stalinist dövlət qurub arxasınca bütün Türkiyəni alıb İslam Birliyini ortadan qaldırma məqsədi var. Bu canımıza qəsd etməkdən daha başqa bir şeydir. Sən dünyanın ruhunu ortadan qaldıracağam deyirsən, dünyanı şeytana təslim edəcəyəm deyirsən. Və dünyanı dəhşət, iztirab və ağrının içinə qərq edəcəyəm, şeytanın krallığını elan edəcəyəm deyirsən. Ona icazə vermərik. Sizi şəhid edərik, deyir. Onsuz da bizim axtardığımız odur.
(PKK terror təşkilatına mənsub 240 adam 25 iyul 2015-dən bu günə qədər təhlükəsizlik güclərinə təslim oldu. Bunlardan 180-i TSK-nın reallaşdırdığı hava əməliyyatlarından sonra Şam və ətrafındakı düşərgələrdən qaçdı. Digər 60 adam daha əvvəl İraqın şimalına sığınan və təslim olanlardan ibarət oldu. Təslim olan PKK-lılardan biri "Kandilə reaktivlərini Allah göndərdi" dedi.)
Bu uşaqlara da yazıq, günahdır. PKK götürüb dağa aparır, əlinə silahı verir. Sən nəçisən? PKK-lı. Adam istəmir. Əlinə silah verdilər deyə, məcburən PKK-lı olarmı? O uşaqları qurtarmaq lazımdır. Qaçmağın asan yolunu tapmaq lazımdır. Tünd-qırmızı beretli dəstələr yarada bilərlər, oralara yaxın bir yerlərdə dayanıb bir şeylər edə bilərlər. Qaçmaq istəyənlərə kömək edə bilərlər. Mən baxıram, gənc qızdırlar, kommunizmlə-stalinizmlə nə əlaqələri var? Nur kimi qızdırlar. Aydındır ki, təhdidlə, qorxudub dağa aparmışlar. Uşağın əlinə silah verirlər. Bu da sənə PKK-lı. Dövlət bu vəziyyəti da göz önündə saxlayaraq birbaşa xilasetmə əməliyyatı şəklində hadisəni qiymətləndirməlidir. Oradan həqiqi 100 PKK-lı belə çıxmaz. Kandildə 100 ədəd həqiqi PKK-lı tapa bilməzsən. Elə bir şey olmaz, insan fitrətinə ziddir. Amma, əlbəttə ki, hər şeydə bir xeyir vardır.
(Axşam qəzetinin xəbərinə görə artan terror hücumlarıyla birlikdə İmralı ziyarətləri təxirə salınan HDP heyətinə Abdullah Öcalanın qarşı çıxdığı və "mənim halımı soruşma görüşmələrinə ehtiyacım yoxdur, hal-əhval üçün ziyarət edəcəksinizsə mənə gəlməyin" mesajını göndərərək heyəti rədd etdiyi ortaya çıxdı.)
Əlbəttə, həbsxana şərtləri çətindir. İnsan qohumlarıyla, tanışlarıyla danışmaq istəyər. O, hər məhkumun haqqıdır. Məhkumu ikinci dəfə cəzalandırma deyə bir mövzu olmaz. Diqqət yetirsəniz, mən heç birinə bir şey demirəm. Məhkum ikinci dəfə cəzalandırılmaz. Adam anasıyla, atasıyla, qohumlarıyla görüşsün, elə şey olmaz. Onsuz da vəkillə görüş ürəkaçan görüş deyil. Qohumları insanı rahatladar. Onsuz da həbsxana əsaslı bir cəza yeridir, adı üstündə həbsxana. Ondan əlavə yeni bir cəza da mən tətbiq edəcəyəm desən, bu olmaz.
Sağ Partiyalar demokratiyaya və sənətə daha çox əhəmiyyət verməlidir
Kim istəsə demokratiya gözəldir. Məsələn, mən solçuların o cəhətini çox təqdir edirəm. Demokratiya, azadlıq, qadın haqları, sülh. Amma həmişə sözdə qalır. Sözdə də qalsa, istəmələri çox gözəldir. Çünki həqiqətən, lap əvvəldən sağ partiyaların demokratiyaya çox da niyyəti olmaz. Mənim bildiyim Türkiyədə həmişə belədir. Məsələn, pul verib onu edər, bunu edər. Çox sənətçisi də olmaz. Halbuki sağın çox yaxşı bir sənət siyasəti izləməlidir. Şəkildə, heykəldə, musiqidə; hər şeydə. Sənətçiləri yığıb yemək yedirtməklə olmaz. Sənətçiyə maaş verəcəksən, təşviq edəcəksən, lazım olsa medal verəcəksən, sənət yarışları keçirəcəksən. Dövlət təşəbbüskar olacaq. Atatürk nə gözəl söyləyir; "əgər bir millətin sənətçisi yoxdursa, həyat damarlarından biri qopmuş deməkdir".
Yaşadığı dövrdə Atatürkə daha yaxşı baxılmalı idi
Atatürk tam mükəmməl dəliqanlı idi, igidmiş. Amerika o zaman da başçılıq sistemini təklif etmiş, dərhal rədd etmişdir. Ayrı dövlət qurmaq istəyirdilər, əsla heç bir şəkildə qəbul etmədi. İgidliyi, qoçaqlığı mükəmməldir. Nəzakətliliyi gözəldir. O zamanlar çox kobud bir sistem var idi, bir çox insan xeyli kobud idi. Bir çoxunun yeməkləri, içməkləri, paltarları, hər şeyi kobud idi. Həm İngilis mədəniyyətini, həm Osmanlı saray mədəniyyətini birləşdirmiş çox əsilzadə dəliqanlı idi.
O insanı Dolmabaxçaya qoyub orada öldürmüşlər, çox təəssüflər. Soyuq, yaş yerə niyə qoyursunuz? İstanbulda başqa yer tapa bilmədiniz? Orada insan yaşayarmı? Dənizin dibində, tam fırtınanın, soyuğun, nəmin ən çox olduğu yerdir. Bu necə bir ağıldır? Həm də narahat olduğunu görürsünüz. Məsələn, siqaret çəkir, içki içir; kimsə "Paşam, sizə zərər verəcək, heç olmasa azaldın" və s. demir. Seyr edirlər, sonuna qədər seyr etmişlər. Diqqət etsəniz həmişə tək buraxmışlar, ətrafında heç kim yox idi. Bu nə cür vicdandır, necə bir ağıldır? Nəysə, qədərdə artıq olub. Təcrübə ola bilər.
BU dəfə PKK mövzusunu Tayyib müəllim bitirsin. Bu gecikmələrdə qalsa, Türkiyənin başına böyük bir bəla olacaq. Bu nəsildən-nəsilə bəla olur. Bu mövzunu bitirək. İslam Birliyi olsun; hər kəs dinc, rahat yaşasın. Hər kəs Allaha ibadət etsin, musiqi dinləyən musiqi dinləsin, əylənən əylənsin. Rahat bir dünya olsun. Cənub-Şərqdə qardaşlarımıza cəhənnəm yaşadırlar. Orada olduğunuzu düşünün, qapının ağzında it sürüsü kimi PKK-lılar. Məscidə gedə bilməzsən, küçəyə çıxa bilməzsən, bir şey danışa bilməzsən.
Cənub-Şərqdəki gənc qızları çox yaxşı qorumaq lazımdır
Cənub-Şərqdə bir də çox acı bir şey var. Böyük bir fəlakət. Gənc qızların bir qismi ataları və ya böyük qardaşları tərəfindən təcavüzə məruz qalır. Təcavüzdən xilas olmaq üçün də PKK-ya qaçan qızlar olur. Bu cür 700-800 qız var. Təhlükəsizlik vahidlərinə sığınıb söyləyir. Buna görə PKK-ya qatıldığını söyləyirlər. Böyük qardaşı və ya atası təcavüz edir. Spirt qəbul edir. PKK-lı adam. Dinsiz, imansız böyüyüb. O da bir fəlakətdir. Xüsusilə, gənc qızları çox yaxşı qorumaq lazımdır. Əfsuslar olsun, günahdır. Gəncləri də elədir.
Əsgərin əməliyyat icazəsi olmalıdır
Əsgərin əməliyyat icazəsi yoxmuş, bu doğrudurmu? Ancaq hücum olsa, əsgər özünü qoruyurmuş. Bu çox qorxunc bir şeydir. Əməliyyat icazəsi olmalıdır. Gedib silah tapacaq, günahkarı gedib tutacaq. Olarmı? Xəbərə görə hərəkət edəcək. Orada bir qəribəlik var. O düzəldilməlidir.
(Mövzuyla əlaqədar Əhməd Takan yazısında bəzi məlumatlar vermişdir. "Bingölün Gənc mahalından üzücü xəbər aldım. Qaynağımın mesajı belə idi: Jandarma komandirliyi keşikçəkmə məntəqəsində acı gözləmə var. Terroristlər mahal mərkəzindədirlər. Təlimata görə müdafiə etməkdəyik. Əməliyyata icazə yoxdur. Daha da ağrısı girdiyimiz qarşıdurmalarda prokurorlar terroristlərə aid boş giliz axtarır. Boş kovan olmadığı təqdirdə ilk gülləni atan əsgərlərə dərhal istintaq açılır")
Bu çox qorxuncdur. Əgər həqiqətdirsə, bir fəlakətdir. Olarmı? Dağ-daş PKK-lıyla doludursa, əlbəttə ki, əsgər özünü qoruyacaq. Adam giliz buraxarmı? Uzun lüləli silahla atəş edir. Orada gilizi haradan tapacaqsan? 1500 metrdən güllə atır. 1 km-dən güllə atır. Giliz haradan tapılacaq? Bu düzəldilməlidir. Belə fəlakət olmaz.
Bizim üçün ən böyük təhlükə PKK-dır. Bizim İŞİD-lə bir problemimiz yoxdur
Bizi IŞİD-ə qarşı qaldıranlara görə adamların üzünə tüpürsünlər. Tərbiyəsizlik etməsinlər. Ən böyük təhlükə PKK-dır. Bizim İŞİD-lə bir problemimiz yoxdur. Alçaqlıq etməsinlər. Edəcəyiksə, fikri mübarizə edərik. Bombalamaq olmaz. Onsuz da İŞİD sahədədir, sən IŞİD-i tapa bilməzsən. Yeraltındadır. Torpağın altını qazır, orada yaşayır. Hərəkət edəcəyi vaxt torpağın üstünə çıxır. Sən deyirsən ki "təsisləri vurdum". Binaların içi yaşlılarla doludur, uşaqlarla doludur. Uşaqlar oralara girirlər, qadınlar oralara girirlər. Sən də gedib onları vurursan. Olmaz! Türkiyə bu mövzuda heç boş durmasın. Belə bir şeyə əsla yanaşmasın.
Marksist-Leninist fəlsəfəyə qarşı dövlət elmi müdafiə etməlidir
Biz dövləti gizli də dəstəkləyə bilərik. Professorlar çıxıb izah etsinlər. Marksizmin, Leninizmin, Stalinizmin etibarsızlığını, PKK-nın ideologiyasının yanlışlığını. Adam ideoloji təbliğat edirmi, etmirmi? Edir. İllərlə edir. Sən buna cavab verirsənmi? Vermirsən. Bu harada görülmüşdür? Bir söz belə demirsən. Lazımi elmi metodlarla səhv yoldasınız deməyiniz lazımdır. Darvinizmin etibarsızlığından başlayaraq fəlsəfəsini izah etməlisən. Sən məktəblərdə Darvinizmi, materializmi izah edirsən, müdafiə edirsən. Orta məktəb, lisey, universitet, demək olar ki, bütün dərslərdə darvinist, materialist təbliğ edilir. Allah, Kitab yoxdur deyilir. Belə olmaz. O zaman bu bəla üstümüzdən qalxmaz. Bu fəlakət qalxmaz, Allah əsirgəsin. Bir birlik varsa, bu birliyin bir fəlsəfəsi vardır.
(Baş qərargah dünən Kandil və Uludərədə edilən əsgəri əməliyyatda 41 terroristin öldürüldüyünü açıqladı.)
Öldürməklə həll olmaz. Təhsil, elm. Adamlar öyrədilərək Stalinist olduğuna görə öyrədərək doğru yola çatdırarsan. Əsgər necə öyrədilir? Məktəbdə öyrədilmirmi? O öyrədilincə əsgər olur. PKK-lı da öyrədilincə Stalinist olur. Sən adama Stalinistliyin səhvini izah etsən, adamı ondan qurtararsan. Bu qədər sadədir.
Sənətçi eşq insanıdır. Eşq insanı da sevgiylə bəslənər. Sən ona sevgi göstərməsən, sənətçi ölər. Sənət də göstərə bilməz. Sən onu alqışlayacaqsan, təşviq edəcəksən, kompliment deyəcəksən, medal verəcəksən, könlünü alacaqsan. Sevildiyini biləcək ki, ürəyi açılsın.
(Prezident spikeri İbrahim Qalın, Daily Səhər qəzetində qələmə aldığı ingiliscə məqalədə PKK-nın çirkli bir döyüşü olduğunu yazdı və Qərb mətbuatının PKK-ya verdiyi dəstəyi tənqid etdi.)
Nəzakətli şəkildə izah etməklə olmaz. İdeologiyasıyla mübarizə et bax, ideologiyasına elmi cavab ver, mövzu bitəcək. İdeologiyasından qorxursan, ideologiyasını məğlub edə bilməyəcəyinə inanırsan. Bunu qaldır. Qorxma asanlıqla məğlub edərsən. Sən məğlub edə bilmirsənsə, məğlub edəcək adamlar var. Onlara köməkçi ol, onların yolunu aç. "O yox, bu yox" ancaq tənqid edir. Qardaşım, adam Stalinist olduğuna görə, bu bir inancdır; Leninist olduğuna görə, bu bir inancdır, bir elmdir. Marksizm bir elmdir. Azğın bir inancdır, saxta bir elmdir, amma elmdir. Sən bu azğın elm anlayışına gerçək elmlə cavab verəcəksən. Cavab verməsən, məğlub olarsan, uzatmağa ehtiyac yoxdur. Qorxursansa, məğlub olarsan.
(Diyarbakırın Mərkəz Sur mahalında Xəndək qazıb barrikada quraraq yol bağlayan PKK-nın gənclik təşkilatı YDG-H-yə qarşı polis qrupları tərəfindən gecə yarısı əməliyyat təşkil edildi. Polis qruplarına terroristlərin atəşinə görə çıxan qarşıdurmada, üzərindən Suriya şəxsiyyəti çıxan bir PKK-lı ölü ələ keçirilərkən, 4 bələdiyyə işçisi nəzarətə alındı. Bölgədə aparılan axtarışda silah, partlayıcı istehsalında istifadə edilən vəsaitlər və roketatarlar ələ keçirildi.)
Qardaşım, bir dəfə minlərlə roketatar, zenit, minaatan gülləsi və s; adamlar olduqca yığmışlar, işi-gücü buraxmışlar. Bunların hamısını dövlət yığsın. Gözləməyə ehtiyac yoxdur. Hadisə gözləyirlər. Hadisə olunca müdaxilə edirlər. Hadisə olduğunda əsgər, polis vurulur, şəhid olurlar. Hadisə olmadan yığaq.