Adnan Oktarın 27 fevral 2011 Tv Kayseridəki canlı söhbətindən
ADNAN OKTAR: "(Firon) dedi ki: "And olsun, məndən başqa bir ilaha tapınsan, səni mütləq həbsə atacağam."" Dəccaliyyətin öz rəsmi ideologiyası var, ideologiyası olmadığında hüququ işlədər, insanı həbsə salar. Mütləq dəccalın fikrini, dəccalın düşüncəsini müdafiə edəcəksən. Yoxsa həbs. Ən yüngülü. "(Musa) Dedi ki: "Sənə açıq-aşkar bir şey gətirmiş olsamda mı?"" Qəti dəlil gətirsəmdə mi? Yenə də fironda bir demokratiya anlayışı var. İndiki fironlarda o da yoxdur. "(Firon) Dedi ki: "Əgər doğru sözlüsənsə, onu gətir."" "Gətir dəlili, görüm" deyir. "Bundan sonra əsasını atdı, bir də (nə görsünlər) o, açıqca bir əjdaha oldu. Əlini də çəkib çıxardı," belə sinəsinin içinə salır, "bir də (nə görsün) o, baxanlar üçün "parlayıb işıqlanmışdır". (Firon,) Ətrafındakı liderlərə: "Bu" dedi, "Doğrusu məlumatlı bir cadugərdir."" Başqa şərhi yoxdur, o möcüzəni görüncə bu, cadugərdir deyir. "Cadusuyla sizi yurdunuzdan sürüb çıxarmaq istəyir; nə buyurursunuz?" Dərhal vətən xaini kimi göstərməyə çalışır.