Ədalət dedikdə insanlar arasındakı anlaşılmazlıqlar həll edilən zaman haqlı olan şəxsə tərəfsiz bir şəkildə haqqının verilməsi başa düşülür. Ancaq Quran əxlaqını yaşamayan insanlar tam və qəti ədalət anlayışı ilə hərəkət etməzlər. Qərar verərkən bir çox xarici faktor onların qərarlarına müsbət və ya mənfi istiqamətdə təsir edə bilər. Məsələn, haqqında qərar verəcəyi insanlardan özünə daha yaxın gördüyü adamın lehinə qərar verə bilər. Yaxud mənfəətinə uyğun hesab etdiyi və özünə fayda verəcəyini düşündüyü şəkildə hökm verər, yəni hər cür şəxsi mənfəəti üçün qərarında ədalətli olmaya bilər.
Ancaq insanların ədalətsizlikləri ən çox kin saxladıqları insanlara qarşı olan rəftarlarında ortaya çıxır. Nəfsi ələ keçirən bir kin duyğusu olan şəxs qarşısındakı insan haqqında müsbət bir qərara gəlməkdə çətinlik çəkər. Keçmişdən bəri içində saxladığı bir kin, qarşı tərəf haqlı belə olsa, bu haqlılığı ortaya çıxarmasına icazə verməyə bilər ya da kin saxladığı adamların haqqına təcavüz etdirə bilər.
Buna görə də, Allah bir Quran ayəsində kinin ədalətə mane olduğunu xüsusilə bildirmiş və müsəlmanları bu mövzuda xəbərdar etmişdir.
Ayənin əmrinə görə, müsəlmanlar yaxınlıq, mənfəət, qohumluq əlaqəsi ya da kin saxlamaq səbəbi ilə heç bir zaman qarşılarındakı insana ədalətsizlik etməzlər. Qarşılarındakı adamın inancı, düşüncəsi, fəlsəfəsi nə olursa olsun, müsəlmanların öz inanclarına zidd olsa belə, bu, onların doğru qərar vermələrinə mane olmaz.
Quran əxlaqını yaşayan insanlar heç bir zaman duyğularına qapılaraq hərəkət etməz və ağıllı düşünməkdən uzaqlaşmazlar. Verəcəkləri hökm öz əleyhlərinə olsa belə, doğrunu gizlətməz və ədaləti qoruyarlar.