Bizi biz edən mənliyimiz əslində xatirələrimiz və keçmişimizdən ibarətdir. Hər səhər oyananda eyni insan olaraq oyanırıq. Allah bizi hər gün yenidən yaradıb şüur verərkən, kim olduğumuz, harada yaşadığımız, bütün keçmişimiz və xatirələrimizi hafizəmizdə təkrar canlandırır. Tanıdığımız insanlar, ailəmiz, işimiz, mühitimiz, xatirələrimiz hər zaman eynidir. Ətrafımızda gördüyümüz insanlara, yaşadığımız evə uyğunlaşmaqda heç bir çətinlik çəkmirik.
Bir gün yuxudan oyandıqda hafizənizin tamamilə silindiyini, kim olduğunuzu unutduğunuzu düşünək. Yaşadığınız evin harada olduğunu, qarşınızdakı insanların kim olduqlarını, “Mən sənin həyat yoldaşınam” və ya “Ana, məni tanımadınmı?” deyən şəxslərin sizin üçün heç bir məna ifadə etmədiyini, doğulduğunuz zamanı, oxuduğunuz məktəblərin adlarını, öyrəndiyiniz dərsləri, dostlarınızı, onlarla yaşadığınız bir çox hadisəni, xəstəliklərinizi, qohumlarınızı, bunun kimi milyonlarla hafizənizdə olan məlumatın itdiyini fərz edək. Əlbəttə keçmişə dair yaşadığınız bir çox hadisənin hafizənizdən silinməsi sizin üçün başlı-başlına bir imtahan olacaq. Belə düşünüldükdə, indiki sağlamlığınıza şükür edəcək, aradakı müqayisə ilə necə böyük nemətə sahib olduğunuzu bir daha anlayacaqsınız.
Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (Bəqərə surəsi, 32)
İnsanlar ümumilikdə hafizənin bir möcüzə olduğunu bilmədən yaşayırlar. Yuxudan sonra, bir növ ölümün ardınca diriliş yaşadıqlarını və bu dirilişlə bədənlərinin, beyinlərinin və hafizələrinin tamamilə yenidən yaradıldığının fərqində olmurlar. Halbuki, Allah hər insanda hər hüceyrəni və hər məlumatı yeni başdan yaradır.
Əgər hafizə deyə bir şey olmasaydı, nə olardı, heç düşündünüzmü? Həyatımız alt-üst olar, zamanla təcrübə ilə öyrəndiyimiz məlumatlar hafizəmizə alınmadığı üçün hər dəfə eynilə yeni doğmuş bir uşaq kimi hər məlumatı təkrar-təkrar öyrənmək məcburiyyətində qalardıq.
Əslində qısa və ya uzun müddətli olaraq hafizəsini itirmiş insanlar bunun ən açıq nümunəsidir. Qısa müddətli hafizəsini itirən və ya hər beş dəqiqədə bir hafizəsini itirən insanlar evə hər gün eyni yanlış yoldan gələrlər. Mədələrində narahatçılıq yaradan yeməyin özlərinə verdiyi zərəri xatırlamadıqlarından, eyni yeməyi yenidən yeyər və yenə xəstələnərlər. Sevdikləri ilə bağlı xırdalıqları, illərlə paylaşdıqları gözəllikləri, təcrübə ilə əldə etdikləri məlumatları bir gün sonra xatırlamazlar. Bunlar bəlkə bu şəxslərin yaşaya biləcəkləri ən yaxşı ehtimallardır. Hafizələrində saxlaya bilmədikləri üçün təhlükələri hiss edə bilməzlər. Dolayısı ilə bunlardan çəkinməzlər. Allah hafizə kimi böyük nemət verərək insanları qoruyur.
Əslində Rəbbimiz çox asan bir qanunla insanların hafizələrini istifadə etməsinə icazə vermişdir. İnsanlar əksərən hiss etmədən hafizə nemətindən həyatın hər sahəsində faydalanırlar. İnsan üçün hafizənin sosial həyat qədər təhsil və iş həyatında da əhəmiyyəti böyükdür. Hafizə olmasaydı, insanlar ən təməl məlumat olan əlifba və vurma cədvəlini belə hər ehtiyac duyanda təkrar-təkrar öyrənmək məcburiyyətində qalardılar.
İş həyatı başlananda isə məktəb illərində öyrənilən dərsləri dəfələrlə başda öyrənmək lazım olacaqdı. Məsələn, bir vəkil qanun maddələrini, bir həkim tibb ilə bağlı bütün məlumatları, bir kimyaçı kimya qanunlarını, bir fizikaçı isə bütün fizika qanunlarını hər dəfə yenidən öyrənəcəkdi. Texniki məktəbdə oxuyan bir insan aldığı təhsil və zamanla təcrübə əldə edərək qazandığı məlumat və bacarıqlarını istifadə edəcəyi zaman hafizəsində olmadığı üçün çətinlik çəkəcək, hər dəfə yaşadığı təcrübələri təkrar yaşamağa, əldə etdiyi məlumatları təkrar öyrənməyə ehtiyac duyacaqdı.
Adnan Oktarın Gulf Today ve RIYADH Visionda yayımlanan məqaləsi:
http://gulftoday.ae/portal/40ee4ea0-330b-4eaa-a4bb-a66d41c09f83.aspx