Adnan Oktar: Hilari Klinton PKK-lı terroristləri yox, NATO-nun üzvü olan Türkiyənin təhlükəsizliyini müdafiə etməlidir
ucgen

Adnan Oktar: Hilari Klinton PKK-lı terroristləri yox, NATO-nun üzvü olan Türkiyənin təhlükəsizliyini müdafiə etməlidir

968

8 sentyabr 1952-ci ildən bəri Türkiyə dünyanın ən nüfuzlu və güclü beynəlxalq hərbi ittifaqı olan NATO-nun əsas üzvlərindən biridir. NATO-nun qurulmasında məqsəd üzv ölkələri hərbi yöndən dəstəkləmək və kənar təhlükələrdən qorumaqdır.

NATO-nun “Bir üzvə edilən hücum bütün üzvlərə edilmiş hesab olunur” hökmü daşıyan 5-ci maddəsi ilk dəfə 11 sentyabr 2001-ci ildən sonra tətbiq edildi. Nyu Yorkda həyata keçirilən “11 sentyabr” hadisələrində ümümilikdə 2974 insan həyatını itirdi. Bu hücümlardan sonra Amerika rəhbərliyi terrorizmə qarşı ortaq hərəkat üçün NATO-nu vəzifəyə çağırdı. Bir aydan az bir müddətdə NATO terrorizmə qarşı böyük bir hərəkat başlatdı. Sonradan bu hərəkat İraq və Əfqanıstanın da NATO qüvvələri tərəfindən işğal edilməsinə qədər gedib çıxdı.

Bəs NATO müqaviləsinin terror təhlükəsi ilə bağlı maddələri bütün üzv ölkələri üçün də eyni şəkildə tətbiq olunurmu?

NATO-ya üzv olan Türkiyə də on illərdir ki, marksist leninist terror təşkilatı olan PKK-nın terror hücumlarına məruz qalır. Bu terrorist fəaliyyətlər Amerika Xarici İşlər Nazirliyinin Terrorizm Şöbəsinin ABŞ rəhbərliyinə təqdim etdiyi bir çox hesabatlarda da yer aldı. Sözügedən hesabatlardan biri də Bill Klintonun prezidentliyi dövründə, 1995-ci ildə hazırlandı. Bununla bağlı hesabatda PKK terror təşkilatının “Suriyanın Bekaa Dərəsində məskunlaşaraq terrorist fəaliyyətlərinə davam etdiyi, dövrün Suriya rejimindən güclü məntiqi dəstək aldığı və  Türkiyəyə qarşı hücumlarını buradan təşkil etdiyi” qeyd edilir. Separatçı təşkilatın  İraqda da onlarla terror düşərgəsi var.1

PKK 1984-cü ildən bəri Türkiyənin hərbi polis bölmələrinə hücum edərək əsgərləri şəhid edir. Bu hücumlarda Cənub-şərqi Anadolu bölgəsində təhlükəsizliyi təmin edən mühafizəçilər və polislər də minlərlə silahlı hücuma məruz qalmışdırlar. PKK bu günə qədər həyata keçirdiyi 80 mindən çox terror hücumu ilə 40 min türk vətəndaşının həyatını itirməsinə səbəb olmuşdur. Türkiyə Böyük Millət Məclisi (TBMM) İnsan Hüquqları Komitəsinin 2013-cü il hesabatına əsasən, son 30 ildə 7918 nəfər dövlət işçisi şəhid olmuşdur. Milli Müdafiə Nazirliyinin 2012 məlumatına görə, şəhid olan əsgərlərin sayı 4892, şəhid polislərin sayı 550, şəhid mühafizəçilərin sayı 1500-dür. Bu dövr ərzində veteranların ümumi sayı isə 20 mini keçmişdir.2

Baş verən hadisələr nəticəsində NATO, MDB ve Aİ kimi beynəlxalq qurumlar tərəfindən PKK terror təşkilatı olaraq qəbul edilmişdir. ABŞ Hökuməti də öz “Xarici Terrorist Təşkilatlar” siyahısında PKK təşkilatına yer vermişdir. Hətta ABŞ Xarici İşlər Nazirliyi hansı adla olursa olsun, PKK-nın terror təşkilatı olaraq qəbul edildiyini dəfələrlə açıqlamışdır. ABŞ Xarici İşlər Nazirliyinin eks-spikerlərindən olan Adam Ereli 2003-cü ildə bu yöndə verdiyi açıqlamasında “PKK və ya KADEK hansı adla olursa olsun, terrorist təşkilatdır və heç bir ad dəyişikliyi və ya mətbuat açıqlaması bu həqiqəti dəyişdirə bilməz. PKK/KADEK ilə Amerika qüvvələri və İraqın polisi arasındakı son münaqişə və təşkilatın Türkiyəyə son hücumları bu təşkilatın terrorist təbiətini göz önünə gətirir. İraqda koalisiya qüvvələri PKK/KADEK və ya  KHK-ya terrorist kimi münasibət göstərəcək və təşkilatın rəhbərləri həbs olunacaqdır. ABŞ Prezidenti Corc Buş İraqın terrorist yuvası kimi istifadəsinə mane olmaqda qərarlıdır və bu sözümüzdə duracağıq”,- sözlərini ifadə etmişdir. Eyni şəkildə, ABŞ Xarici İşlər Nazirliyinin eks-spikerlərindən olan Ricard Buş (Richard Bouche) 2005-ci ildə “Türkiyə kimi biz də PKK-nı terrorist təşkilat hesab edirik”,- demişdir. 2008-ci ildə ABŞ Xarici İşlər Nazirliyinin eks-spikerlərindən olan Robert Vud da bənzər bir açıqlama  vermiş,“PKK terror təşkilatıdır. Biz bu təşkilatın yox olduğunu görmək istəyirik”,- demişdir.3  

Hilari Klinton da Xarici İşlər Naziri olduğu dövrdə, 2011-ci ilin iyul ayında İstanbula ziyarəti zamanı PKK terrorunu qınayan açıqlamalar vermişdir. Bu ziyarət PKK-nın 13 türk əsgərini şəhid etdiyi xain hücumun baş verdiyi dövrdə olmuş, Xanım Klinton da “Türkiyənin terrorla mübarizəsini dəstəkləyirik” şəklində açıqlama vermişdir.4

Xanım Klinton 2012-ci ilin avqustunda baş tutan digər ziyarəti zamanı da Tayyib Ərdoğanın “PKK ilə PYD eyni/yaxın təşkilatlardır. PKK PYD bölgəsini baza halına gətirib bizə hücum etsə, bunu müharibə səbəbi kimi qəbul edərik” sözlərinin qarşılığında “Suriya PKK terroristlərinin yatağı olmayacaq”,- deyərək ABŞ-ın bu mövzudakı qərarlılığını dilə gətirmişdir.5 Bu ziyarəti zamanı, həmçinin “Türkiyə və ABŞ PKK-ya qarşı birlikdə ciddi mübarizə aparır” - deyən Klinton 2009-cu ildəki başqa bir çıxışında da “PKK Türkiyə və ABŞ-ın ortaq düşmənidir” - deyə qeyd etmişdir.7

Hilari Klintonun Amerika Xarici İşlər naziri olduğu dövrdə yayımlanan terror hesabatında isə PKK-nın Avropadakı ən qəddar terror təşkilatı olduğu bildirilmişdir.8

Lakin ötən günlərdə Xanım Klinton bu günə qədər söylədiklərinin və bilinənlərin əksinə etdiyi açıqlamalar ilə hər kəsi təəccübləndirmişdir. Corc Taun Universitetində olan  (George Town University) bir iclasdakı çıxışında Klinton PKK-lı qadın terroristləri tərifləmişdir. Kobanidə döyüşən, daha əvvəl minlərlə türk əsgərini şəhid etmiş və cinayət törətməyə hazır olan qadın terroristlər haqqında “Kürd qadınları İŞİD-ə qarşı müharibədə böyük rol oynayır. Qadın döyüşçülərin dəstəklənməsi üçün onlara əlimizdən gələn hər cür dəstək göstərməliyik” - demişdir.

PKK və onun Suriya qolu olan YPG NATO üzvü olan Türkiyənin minlərlə əsgərini şəhid etmiş qatillərdən təşkil olunub. Türkiyə PKK terror təşkilatı ilə mübarizədə NATO-dan dəstək gözlədiyi halda, Klintonun PKK-lıları qəhrəman kimi qələmə verən açıqlamaları, şübhəsiz ki, böyük xətadır. Xanım Klinton bəzi Qərb yayımlarında yer alan təktərəfli təbliğatın təsiri altında qalmayacaq qədər bilikli və təcrübəli bir insandır. Şübhəsiz, “PKK artıq sülh dövrünə girdi, şiddətdən əl çəkdi” - kimi yanılmaların həqiqəti əks etdirmədiyini də çox yaxşı bilir. Belə ki, hələ bir neçə həftə öncə PKK Türkiyədə 3 əsgəri, bir polisi şəhid etmiş, baş verən küçə hadisələrində isə 50 insan ölmüşdür.

Əvvəla, PKK-lıların terror və şiddət tətbiq edən başqa bir terror təşkilatı ilə  müharibə aparması cinayət törətmiş bu insanların təriflənməsi üçün əsaslı səbəb deyil. Qadın və ya kişi olmasından asılı olmayaraq, PKK-lı terroristlər terror fəaliyyətləri ilə cinayətlər törədirlər. Başqa sözlə, terroristi cinsiyyətinə görə təbəqələrə ayırmaq da yanlışdır. Nəticə etibarilə, məqsədi türk əsgərinə hücum etmək olan terroristlərin Xanım Klinton tərəfindən qəhrəman elan edilməsi cəhdi, əlbəttə ki, qəbul edilə bilməz.

Eynilə, amerikalılar mövzu öz əsgərlərinə hücum edərək öldürən qadınlar olsa, “Bu qadınlar qəhrəmandır!” sözünün söylənməsinə əsla razı olmaz. Buna görə də türk əsgərlərinə qarşı cinayətə törətmiş PKK-lı qadınların təriflənməsi  də qəbuledilməzdir.

Bir cinayətkar birliyin Amerikada hər hansı hadisə törətməməsi də o təşkilatın terrorist olduğu həqiqətini inkar etmir. Xarici İşlər Nazirliyinin eks-spikeri Adam Erelinin də bildirdiyi kimi, PKK-nın ölkədən ölkəyə və ya zaman-zaman ad dəyişməsi heç kimi aldatmamalıdır. Təşkilatın stalinist terrora və cinayətlərinə davam etməsi bütün beynəlxalq platformalar üçün  kafi olmalıdır.

Qaynaqlar:

1- http://www.fas.org/irp/threat/terror_95/tersst.htm

2-http://www.haber3.com/toplam-sehit-sayimiz-23-bin-250-oldu-haberi-1390414h.htm

http://www.radikal.com.tr/politika/30_yilin_teror_bilancosu_35_bin_576_olu-1118893

http://blog.milliyet.com.tr/28-yillik-terorun-insani-ve-mali-bilancosu/Blog/?BlogNo=375170

3-http://tr.wikipedia.org/wiki/PKK'y%C4%B1_ter%C3%B6r_%C3%B6rg%C3%BCt%C3%BC_kabul_eden_%C3%BClke_ve_kurulu%C5%9Flar

4-http://www.todayszaman.com/national_turkey-vows-to-stick-to-democratic-reforms-despite-heinous-terror-attacks_250608.html

5- http://edition.cnn.com/2012/08/14/world/meast/syria-kurds/

6-http://www.hurriyetdailynews.com/turkey-us-working-hard-on-fight-against-pkk-clinton.aspx?pageID=238&nID=22684&NewsCatID=359

7- http://en.trend.az/azerbaijan/politics/1436547.html

8- http://www.state.gov/j/ct/rls/crt/2012/209981.htm

http://newsrescue.com/hillary-clinton-espouse-security-turkey-nato-member-pkk-terrorists/#axzz3MHeNXj3F

PAYLAŞIN
logo
logo
logo
logo
logo