Çöl bitkilərinə təqlid qabiliyyətini və çətin şəraitlərdə yaşama xüsusiyyətlərini verən aləmlərin Rəbbi Allah'dır. Çölün quraq mühitinə yaxından baxdığımızda müxtəlif xüsusiyyətlərə sahib bitkilər diqqətimizi çəkir. Bu bitkilər xüsusi dizaynları və fərqli növləri ilə çox çətin şəraitlərdə rahat şəkildə yaşaya bilirlər. Onlar bu iqlim şərtləri üçün xüsusi olaraq yaradılmış bir möcüzədir.
Çöl bitkiləri həddindən artıq isti və susuzluqla mübarizə aparmaq üçün iki yola baş vururlar. Birincisi, sahib olduqları dözümlü quruluşu istifadə etmək, ikincisi də yuxuda qalmaqdır. Maraqlı strukturları və xüsusi dizaynları sayəsində quraq iqlimlərdən zərər görməyən bu bitkilərdə yarpaq həm gövdə, həm fotosintez orqanı, həm qida və su anbarı, həm də qalın strukturu ilə müdafiə etmə orqanıdır.
Bəzi anbar funksiyası yerinə yetirən yarpaqlar isə ətrafda olan qayaları təqlid edən strukturları ilə kamuflyaj mütəxəssisidirlər. Müxtəlif heyvanların kamuflyaj etməsi tez-tez qarşılaşdığımız möcüzələrdən biridir. Ancaq bir bitkinin kamuflyaj etməsi çox vərdiş etmədiyimiz haldır. Ətrafındakı qayaları təqlid edəbilən bir bitkinin hansı xüsusiyyətlərə sahib olmalı olduğunu düşünsək, nə qədər heyrət verici bir hadisə ilə qarşı-qarşıya olduğumuzu daha yaxşı anlaya bilərik. Hər şeydən əvvəl bu bitki çöl mühitini çox yaxşı bilməlidir. Buna görə ətrafdakı bəzi heyvanlardan xilas olmaq və eyni zamanda həddindən artıq istilərdənqorunmaq üçün müəyyən forma və müdafiə etmə sistemi qurmalıdır. Nəticədə qayaların özü üçün ən ideal model olduğuna qərar verməlidir. Özünü qayalara bənzətsə gözə batmayacağını və daş kimi həcmli bir quruluşun anbar vəzifəsini rahatlıqla yerinə yetirə biləcəyini düşünməli və bütün kimyəvi quruluşunu bu qərarına görə dəyişdirməlidir. Heç bir ağıla, şüura, gözə sahib olmayan bitkilərin özləri üçün belə həyati əhəmiyyəti olan qərarlar verə bilməyəcəkləri və bu qərarlarını tətbiq edə bilməyəcəkləri çox açıqdır. Bəs, bitkiləri olduqları mühit üçün ən uyğun quruluşa və formayasalan nədir? Bütün canlıların təsadüflər nəticəsində meydana gəldiyini iddia edən təkamülçülər qaya təqlidi edən çöl bitkilərinin də bu xüsusiyyətə təsadüfən sahib olduqlarını iddia edirlər. Bu iddiaları yuxarıda izah edilən ssenaridən çox daha məntiqsizdir. Təsadüfən meydana gələn hansı hadisə bitkiyə qüsursuz təqlid etmə qabiliyyəti və çöl istisində ən çox ehtiyacı olan su anbarını qazandıra bilər? Bu bitkiləri bütün bu xüsusiyyətləri ilə yaradanın üstün elm və ağıl sahibi olan Allah olduğu çox açıqdır.
Yarpaqlardakı su anbarı
Çöl bitkilərinin su və qida maddələrini depolayacaq şəkildə dizayn edilmişyarpaqları dam koruğu (Sedum) bitkisində olduğu kimi silindir şəklində və ya qayçı otunda (Carpobrotus) olduğu kimi prizma şəklində ola bilir. Quraq bölgələrdə yaşayan bu bitkilər su yığma xüsusiyyətlərinəgörə təzə görünüşə sahibdirlər. Su, gövdə və ya yarpaqlarda geniş, incə divarlı hüceyrələrdə qorunur. Bu yarpaqların qalın üst təbəqəsi su itkisini azaldır. Çöl bitkilərinin qüsursuz dizaynlarının bir başqa xüsusiyyəti isə kürə şəklində olmalarıdır. Çünki kürə ən kiçik səth sahəsinə sahib olduğunagörə ən effektiv su yığma formasıdır. Çöl bitkilərinin qalın gövdələri, kürə formaları, gündüzləri bağlı, gecələri açıq olan məsamələri buxarlaşma ilə su itkisini azaldan struktur meydana gətirir.
Hər bitki suyu fərqli hissələrində depolayır. Məsələn, Yüzil bitkiləri yarpaqlarında, gecə açan Cereus bitkisi yeraltındakı soğanında, kaktus isə iri gövdəsində su toplayır. Səbir otu kimi bitkilər isə nadir olaraq yağan yağışları tutmaq üçün nov formalı yarpaqlarını açıq saxlayırlar. Bunun əksinə olaraq Sarracenia minor kimi yağışlı bölgələrdə olan bitkilərin yarpaqları həddindən artıq yağışdan qorunmaq üçün çətir kimidir. Hər bitkinin olduğu şəraitə uyğun formaya sahib olması Allah'ın qüsursuz yaradışının bir göstəricisidir.
Kaktusların hamısının uzunlamasına xəttləri ya da səthlərində çox sayda tikanlı çıxıntıları var. Bu bitkilərin xətli səthləri içlərində toplanan suyun miqdarına görə daralma və boşalma xüsusiyyətinə malikdir. Kaktus istiliyi yaya bilən, su ilə dolu gövdəsini heyvanlardan qoruyan və dikləşən iynələrə malikdir. Mumlu üst təbəqə istinin bitkinin içinə daxil olmasını azaldaraq bitkini qoruyur. Həmçinin bu bitkilərin rəngləri solğun və parlaqdır. Bu şəkildə üzərlərinə düşən şüanın çoxunu əks etdirirlər. Bəziləri də günəş işığını əks etdirəcək ağ tüklərlə örtülmüşdür. Hər insan mütləq bir kaktus görüb. Ancaq kaktusa aid xüsusiyyətlərin gözəllikdən əlavə, bir çox məqsədə xidmət etmək üçün yaradılmış olması böyük möcüzədir. Kaktusun tikanlarından üzərindəki ağ tüklərə qədər hər bir parçasında bir plan, dizayn və məqsəd var. Bütün bunlar kaktusların təsadüfən meydana gəlmiş bitkilər ola bilməyəcəyini, üstün ağıl tərəfindən hazırlanaraq yaradıldıqlarını göstərən əhəmiyyətli dəlillərdir.
Bu bitkilərin bəzi növləri, xüsusilə "pəncərə yarpağı" bitkisi bütün gövdəsini torpağın altına basdırır və yalnız yarpaq uclarını xarici səthə çıxarıb göstərir. Yarpaq ucları şəffafdır, ancaq yarpaq uclarının bir az içəri tərəfində fotosintez edən hüceyrələr olur. İncə xəttlər şəklində düzülən bu hüceyrələr pəncərə deyilən yarpaq uclarından girən işığı tutub fotosintez əməliyyatı üçün istifadə edirlər. Bu xüsusi dizaynları nəticəsində su itkisini böyük miqdarda azaldan və torpağın altında qalaraq qızmar günəşdən xilas olan bitki bir çox canlının qısa müddət belə dözə bilmədiyi çöl istilərində heç bir çətinlik çəkmədən yaşayır. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)