Afrika qitəsi başda olmaqla, bütün dünyadakı ən böyük problemlərdən biri yoxsulluq və səfalət içində yaşayan insanların varlığıdır.
Yoxsulluqla bağlı aparılan çalışmalara, nəşr olunan yazılara baxanda qarşımıza bir neçə statistik məlumat, ölkələr və cəmiyyətlər arasında aparılan müqayisə, varlı və kasıb ölkələrin siyahısı və bunun kimi məlumatlar çıxır. Problemin mahiyyətinin aydın olması üçün bu məlumatlar, əlbəttə ki, vacibdir, ancaq əsl vacib olan bu rəqəmlərin, tez-tez qarşımıza çıxan bu sayların bizlərə nələr düşündürdüyüdür.
Görəsən, hansımız o rəqəmlər qarşısında kədərlənməkdən başqa bir addım ata bilərik? Problemi kökdən həll edəcək çarə tapmaq mümkündürmü?
Dünya miqyasındakı bu problemin böyüklüyünü anlamaq üçün gəlin o rəqəmlərə bir də baxaq:
Hər dəqiqə 18 nəfər aclıqdan həyatını itirir. Həmin müddət ərzində dünyaya gələn 250 körpədən 11-i ac olaraq aramıza qoşulur. Bu o deməkdir ki, siz bu cümlələri oxuyub üzərində düşünərkən, 18 insan aclıqdan öldü, yeni doğulan 11 körpə isə hər an aclıqdan həyatını itirə bilər! Problemə ümumi nəzər salanda hadisənin dəhşəti daha da diqqət çəkir. Çünki dünya əhalisinin 46%-inin, yəni 2.800.000.000 insanın yoxsulluq həddindən də aşağı yaşadığı həqiqəti ilə qarşılaşırıq.
Aclıq təhlükəsinin dünyadakı hər bir problem kimi ən çox uşaqlara təsir etdiyinin bir sübutu da hər gün 34.000-i 5 yaşdan aşağı uşaqlar olmaqla, 50.000 insanın yoxsulluğa görə həyatını itirməsidir.
Rəqəmlər hər bir insana təsir edir, çünki bunlar həqiqətdir. Hesablanmışdır və sübut edilmişdir. Bu rəqəmləri görən vicdanı həssas olan insanlar öz həyat standartları ilə bu şərtləri müqayisə etməlidirlər. Bəlkə də biz soyuducunu açıb bəyəndiyimiz bir marka məhsulu görməyəndə və buna heyiflənərkən bu vaxt dünyanın fərqli yerlərində 18 nəfər ən əsas qida maddələrini tapa bilmədiyi üçün həyatını itirir. Ya da bir restoranda qalan kilolarla çörək israf edilərək zibilə atılarkən, o çörəyə möhtac vəziyyətdə həyatını davam etdirmək üçün 11 körpə dünyaya gəlir.
Yoxsulluq içində yaşayan insanların əksəriyyəti Afrika ölkələrində yaşayır: Malavi, Toqo, Sierra adaları, Mərkəzi Afrika Respublikası, Nigeriya, Eritreya, Liberiya, Konqo, Brundi, Sudan və daha onlarla ölkə... Bu ölkələrin çox kasıb olmaları ilə yanaşı, digər ortaq xüsusiyyətləri də vardır. Məsələn: etnik münaqişələrin, qəbilə müharibələrinin bu ölkələrdə heç bitməməsi, ölkədaxili çaxnaşma, sülhməramlı qüvvələrin müdaxiləsinin kifayət etməməsi. Bir sözlə, bu ölkələrin ən əsas ortaq xüsusiyyəti yaşadıqları çətinlik və zülmə tərk edilmələridir. Oxşar vəziyyətlər Əfqanıstanda, Pakistanda, İraqda, Suriyada, Fələstində mühasirə altında yaşayan, siyasi və iqtisadi təzyiqlərə görə heç cür rahatlıq tapa bilməmiş bir çox Yaxın Şərq ölkəsinə də aiddir.
Ağıl və şüura sahib olan hər insan bu məqamda özünə bu sualı verməlidir:
Necə olur ki, bütün bu əzablar dünyanın gözləri qarşısında baş verərkən insanların böyük əksəriyyəti dərin bir səssizlik içində qala bilir?
İnsanlar səfalət içində yaşayarkən, həyatlarını itirərkən dünyanın böyük bir hissəsi sanki baş verənlər normalmış kimi həyatlarına davam edə bilir?
Edilən humanitar yardımlar, beynəlxalq yardım təşkilatlarının səyləri, əlbəttə ki, çox dəyərlidir və bu səylərlə müvəqqəti həll yolları əldə edilir. Amma vacib olan şey problemi müvəqqəti deyil, tamamilə həll etmək deyilmi? O insanların ölümlərini gecikdirmək deyil, həyatlarını tamamilə xilas etmək daha doğru olmazmı?
Bu vaxta qədər bu ölkələrə edilən maliyyə yardımlarının bu bəlaya çarə ola bilmədiyini görürük. Bəlkə də kimsə problemin əsl səbəbini görə bilmədi və ya tam olaraq adlandıra bilmədi. Yaşanılan yoxsulluq və qırğınların ən böyük səbəbi sevgisizliyin bütün dünyanı bürüməsidir. İnsanlar yaşadıqları sevgisizlik nəticəsində eqoist olmağa çalışırlar və yoxsulluğu yalnız maddi yardımlarla, kampaniyalar təşkil edərək, pul yığaraq həll etməyə çalışırlar. Edilən yardımlar vəzifə düşüncəsi ilə edilərsə, müvəqqəti çarələr əldə edilər. Halbuki "mənim qardaşım, mənim atam, mənim uşağım, mənim qohumum bu an aclıqla mübarizə aparır və hər an həyatını itirə bilər" deyərək sahiblənmək lazımdır.
Aranızda yalnız bir metr məsafə olan qapı qonşunuzun hal-hazırda aclıqdan ölmək üzrə olduğunu bilsəniz, nə qədər rahat ola bilərsiniz? Əminik ki, heç biriniz başınızı yastığa qoyub rahatca yata bilməz. Bu vəziyyətdə olan insanların bizdən kilometrlərlə uzaqda olması və ya başqa ölkələrdə, fərqli qitələrdə yaşaması üzərimizdəki məsuliyyəti azaltmır.
Afrika qitəsi başda olmaqla, dünyanın böyük hissəsini cənginə alan aclıq təhlükəsinin kökdən həlli problemə Allah eşqi ilə, sevgi ilə və ədalətlə yaxınlaşmaqdır. Allah qorxusuna bağlı olan güclü sevgi bütün dünyaya yayılanda yaşanan bütün bu əzablar sona çatacaq. Bu səbəbdən çarə axtarışında olan bütün səmimi insanlar İslam ölkələrini birləşməyə, insanları sevgiyə və qardaşlığa dəvət etməlidirlər. Sevgisiz və laqeyd yanaşmalarla yığılan pulların yalnız problemləri müvəqqəti olaraq həll etdiyini artıq hər kəs başa düşməli və dünyanı sevgisizlikdən xilas etmək üçün cəhd etməlidir. Bunu unutmayaq ki, gözəl yaşamaq, Allah’ın dünyaya verdiyi nemətlərdən faydalanmaq, səhiyyə xidmətlərindən istifadə etmək, sağlam qidalanmaq, xoşbəxt və dinc bir həyat yaşamaq dünyadakı bütün uşaqların haqqıdır. Səmimi imana əsaslanan bir sevgi birliyi dünyamızı xilas edəcək.
Cənab Adnan Oktarın Weekly Blitz-də yayımlanan məqaləsi: