Azad fikir olmadıqda
ucgen

Azad fikir olmadıqda

1590

Azad fikir olmadığı zaman insanlar inkişaf edə bilməz, yeni fikirlər eşidə bilməz, şərh verə bilməz, doğrunu yanlışdan ayırd edəcək təfəkkürə malik ola bilməzlər. Azad fikir olmadıqda insanlar təzyiq altında olar. Asanlıqla qəzəblənər, xoşbəxt olmaz, hər təşəbbüsü üsyan və nifrətlə qarşılayarlar. Çünki fikirləri ilə həbs olunmuş hissi keçirirlər. Bu səbəbdən bədbin, donuq, narahat cəmiyyətlər müstəqilliyi tam mənada yaşaya bilməyən cəmiyyətlərdir.

Allah hüzuru və sülhü sevir. Bu səbəbdən Allah cəmiyyətlərin rifah içində yaşayacaqları bir sistemi Quranda təsvir etmişdir. Bu sistem demokratiyadır. Dinindən və milliyətindən asılı olmayaraq bütün insanlığın təhlükəsizliyini və xoşbəxtliyini zəmanət altına alır. Bu  əsas prinsip Quran əxlaqını rəhbər götürərək ən müasir idarəçilik formasını təsis edir.

Demokratiyanın birinci şərti «Dində məcburiyyət yoxdur» (Bəqərə surəsi, 256) ayəsində bildirildiyi kimi, hər cür təzyiqin rədd edilməsi, «Sizin öz dininiz var, mənim öz dinim» (Kafirun surəsi, 6) ayəsində bildirildiyi kimi, hər fikrin, hər inancın müstəqil olması, “Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim deyilsən!” (Ğaşiyə surəsi, 21-22) ayəsində bildirildiyi kimi, sülhyönümlü və azad olmaqdır. “Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun (Nisa surəsi, 135) ayəsində bildirildiyi kimi, öz əleyhində olsa belə ədaləti qorumaqdır.

Qurandakı demokratiya hər dindən, hər fikirdən insanı əhatə edir və fərdi müstəqilliyə, hüquqlara və inanclara hücumu qadağan edir. Eyni zamanda cəmiyyətdə nizamın və ədalətin hakim olması üçün istişarə etmək, tövsiyələri dinləmək, qorxub çəkinmək və gözəl əxlaqa uyğun hərəkət etmək lazımdır. Təxribatın qarşısı bu zaman alına bilər, bütün problemlər yaxşı idarəçilik, ağıl və vicdanla həll edildiyi üçün hər hansı bir qiyam olmaz.

Peyğəmbərimiz (səv) bu modeli mükəmməl şəkildə tətbiq etmiş və tarixdə ilk dəfə demokratiyanın tətbiq olunduğu «Mədinə vəsiqəsi» ilə musəvilər, xristianlar və bütpərəstlərin bütün hüquqlarını qorumuşdur.

Quran ayələri və Peyğəmbərimizin (səv) etdikləri ortada olduğu halda, «demokratiya və İslam üst-üstə düşmür» kimi yanlış fikirlər irəli sürənlər xurafat dininə görə danışırlar.

Mənbəyi Quran olmayan, xarafatlardan ibarət saxta dinin bu gün bəzi İslam cəmiyyətlərinə gətirdiyi kabus göz qabağındadır. Demokratiyanı aradan qaldıraraq, zorakılıq və təzyiqi metod olaraq istifadə edən, sülh əvəzinə kin və nifrətə üstünlük verən əsl İslamdan uzaq, qorxunc bir din ortaya çıxarıblar. Düzgün bildikləri  fikri yaymağın tək yolunun qarşı tərəfi susdurmaq, hətta yox etmək olduğunu zənn edən bir dindir bu. Xurafat dininin cahilliklə düz mütənasib olaraq inkişaf etməsi də bu səbəbdəndir.

Əgər hər hansı bir müsəlman cəmiyyəti inkişaf etmək istəyirsə, Quranın bildirdiyi sistemi, yəni demokratiyanı əsas götürməlidir. İdarəçilik hər kəsə eyni məsafədə olmalı, o cəmiyyət içində hər dindən, hər fikirdən insan rahat şəkildə yaşaya bilməli, fikirlərini müstəqil şəkildə ifadə edə bilməlidir. Demokratiyanın rahat şəkildə tətbiq edilməsi üçün iki önəmli şərt var. Birincisi, cəmiyyətdə həqiqi dindarlığın, dolayısilə gözəl əxlaqın yayılması, ikincisi isə ədalət mühakiməsinin güclü və ədalətli fəaliyyət göstərə bilməsidir. Çünki demokratiyanı iki amil qoruyur: əxlaq anlayışı və qanunlar. Bu iki qoruyucu güc fikir azadlığını təhqirdən, azadlıqları isə hücum və təzyiqlərdən qorumaq üçün mövcuddur.

Hazırda bir qisim İslam ölkələrinin demokratiyaya möhtac, bir qisminin isə demoratiyaları tam inkişaf etməmiş ölkələr olması məntiqli deyil. Burada bəzi şeylərin yanlış tətbiq edildiyi açıqdır. Xurafat dininin təsiri altında olanlar bu ölkələrdə daima həqiqi demokratiya anlayışının inkişaf etməsinə mane olacaq güc funksiyasını yerinə yetiriblər.

Əslində demokratiyanın ən mükəmməl, ən sülhsevər və ən azad yaşandığı ölkələr İslam ölkələri olmalıdır. Peyğəmbərimizin (səv) «Mədinə vəsiqəsi» ilə bir araya gətirdiyi din və millətlərin yaşadığı mükəmməl demokratiya formasını sonradan heç bir ölkənin əldə edə bilmədiyini qeyd etmək lazımdır. Deməli, müsəlmanlar xurafat dininə qarşı gələrək Allah’ın Quranda bildirdiyi əsl azadlıq anlayışını tətbiq edə bilsələr, həm xoşbəxt cəmiyyətlər olacaq, həm də dünyada dindar, eyni zamanda demokrat olan mükəmməl azadlıq formasının öncülüyünü edəcəklər. Bu eyni zamanda dünya sülhünün təsis edilməsi və ölkələrin qardaş kimi bir araya gələ bilmələri üçün tək yoldur. Çünki hazırkı Avropa cəmiyyətlərinin radikalizm təhlükəsinə görə bu azadlıq çətiri altında İslam ölkələrini birləşdirmələri mümkün deyil. Buna, ancaq Qurandakı azadlığı tətbiq edə bilən İslam ölkələri nail olmalı və insan hüquqları, humanizm və sevgi məsələsində bir çox əskikliyi olan bir qisim qərb cəmiyyətlərinə bu məsələdə də nümunə olmalı, onları da qucaqlayacaq bir sistemi gətirməlidirlər. İslamın sevgi dolu olduğunu, gözəlliyini, birləşdiriciliyini dünyaya göstərərək.

http://bakisesi.com/kose/1380-azad-fikir-olmadiqda.html

http://aim.az/2015/06/azad-fikir-olmadiqda/

http://newsbaku.info/post/12158-azad-fikir-olmadiqda.html

http://gundelik.info/index.php?newsid=2313

http://edebiyyat-az.com/azad-fikir-olmadiqda/

http://koseyazilarimiz.com/index.php?newsid=161

http://wsemir.com/xeberler/din/37933-azad-fikir-olmadiqda.html

Adnan Oktarın «New Straits Times» və «Daily Mail»də nəşr olunan məqaləsi:

http://www.nst.com.my/node/85055

http://dailymailnews.com/2015/05/25/democracy-comes-naturally-with-islam/

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr