Evdə və ya məktəbdə İslama xidmət üçün çox şey edə bilərsiniz
ucgen

Evdə və ya məktəbdə İslama xidmət üçün çox şey edə bilərsiniz

2002

İslam əxlaqının yaşanmasına xidmət edən kitabların daha çox insan tərəfindən oxunması üçün çox uzun vaxt sərf etməyinizə, çox böyük fədakarlıqlar etməyinizə ehtiyac yoxdur. Evinizdə, məktəbinizdə yoldaşlarınızla oturarkən, ya da dərs oxuyarkən də edə biləcəyiniz çox şey vardır. Gün ərzində bir neçə dəqiqə ayıraraq bir çox insanı İslam əxlaqı barədə məlumatlandıra bilərsiniz:

Əgər şagirdsinizsə;
 
  • Məktəbli avtobuslarında vaxtın daha yaxşı keçməsi üçün İslam əxlaqını və ya Quran möcüzələrdən danışılan səs kasetlərinin dinlənilməsini təmin edə bilərsiniz və ya siz ətrafınızdakı insanların diqqətini çəkən iman həqiqətlərini oxuyub ertəsi gün avtobusda danışa bilərsiniz.
  • Mövzusunu sizin seçəcəyiniz ev tapşırıqlarında Harun Yəhyanın əsərlərindən elmi tapşırıqlar hazırlaya və beləliklə faydalı çalışmalar edə bilərsiniz.
  • Boş vaxtınızda evinizə dostlarınızı çağırıb Harun Yəhyanın əsərlərindən hazırlanan sənədli filmləri izləyə bilərsiniz. 
  • Tənəffüslərdə yoldaşlarınızla Harun Yəhyanın kitablarından öyrəndiyiniz iman həqiqətlərini danışa bilərsiniz. Hətta bunu davamlı edə bilərsiniz. Hər kəs evində 5 iman həqiqəti öyrənər, ertəsi gün gəlib bir-birinə danışar. Bu şəkildə 5 nəfər bir-birinə danışarsa, hər kəs gündə 25 iman həqiqəti öyrənmiş olar. Beləliklə, qısa zaman ərzində özünüzü təkmilləşdirər və İslam əxlaqından bəhs edərkən çox gözəl məlumatlar verə bilərsiniz.
  • İslam dininə daha yaxşı xidmət edə bilmək üçün özünüzü hər yöndə davamlı olaraq təkmilləşdirə bilərsiniz. Kitab oxuyub, kompyuter istifadə etməyi, internetdə axtarış etməyi, internet saytı hazırlamağı öyrənə bilərsiniz. Xarici dil biliyinizi inkişaf etdirib mədəniyyətinizi daima artıra bilərsiniz. Beləliklə, İslam dininin yayılması üçün çox dəyərli işlər görə bilərsiniz.
  • Dostlarınıza oxuduğunuz Harun Yəhyanın bir kitabını hədiyyə edə bilər, ancaq oxuduqdan sonra mütləq başqa birinə hədiyyə etməsini tapşıra bilərsiniz.
  • Məktəbdə, universitetdə divar qəzeti və ya məlumat lövhəsi hazırlaya bilər, bu lövhədə hər həftə yeni, düşündürücü iman həqiqətləri, Quran möcüzələri, gözəl əxlaq örnəkləri yaza bilərsiniz.
  • Bütün yoldaşlarınıza Harun Yəhyanın əsərlərindən hazırlanan internet saytlarını tövsiyə edə, bu saytlara üzv olmalarını təşviq edə bilərsiniz. 
Evdar qadınsınızsa;
  
  • Qonşularınızı və rəfiqələrinizi söhbət etmək üçün evə çağırdığınız zaman sənədli film izləyə bilər, İslam əxlaqını və ya Allah`ın yaratma sənətindən bəhs edən kitablardan öyrəndiklərinizi onlara danışa bilərsiniz.
  • Uşaqlarınıza İslam əxlaqını, Allah`ın kainatdakı yaradılış dəlillərini, Harun Yəhyanın uşaqlar üçün hazırlanmış əsərlərindən faydalanaraq danışa bilərsiniz. Onlara Harun Yəhyanın sənədli filmlərini izlətdirə bilər, uşaq kitabları ilə öyrənərkən eyni zamanda əylənmələrini də təmin edə bilərsiniz. Uşaqların bu əxlaqla tərbiyələndirilmələri onların böyüdükçə milli və mənəvi dəyərlərinə bağlı, xeyirxah insanlar olmasına vəsilə ola bilər.
  • Əgər uşaqlarınızın yaşları kiçikdirsə, uşaq kitablarından alıb onlara gecələr yatmazdan əvvəl bir neçə səhifə oxuya bilərsiniz. Onlara yuxuya getməzdən əvvəl Allah`ı zikr etmələri və Ona dua etmələrini xatırladıb bunu onlara aşılaya bilərsiniz.
  • Uşaqlarınızı mənfi təsirlərdən və zərərli mühitlərdən qorumaq üçün onları məlumatlandırmalısınız. Harun Yəhyanın zərərli qrupları izah edən “Satanizm təhlükəsi” kimi əsərlərini oxumalarına və bu təhlükənin nə olduğunu başa düşmələrinə kömək edə bilərsiniz.
  • Uşaqlarınıza və rəfiqələrinizə iman həqiqətləri, İslam əxlaqı, peyğəmbərlərin həyatlarından bəhs edən sənədli filmləri izləmək üçün şərait yarada bilərsiniz. Həftə sonları çay saatı təşkil edib, müxtəlif yeməklər hazırlayıb sənədli filmlər izlətdirə bilərsiniz.
  • Evinizdə kompyuter və internetiniz varsa, evinizə gələnlərə İslam əxlaqının, Quran möcüzələrinin və Allah`ın yaradılış dəlillərinin izah edildiyi internet saytlarını, kitabları və s. göstərə bilərsiniz.
  • Tanıdığınız yaşlı şəxslərə, onlarla yaşayan nənə və babalara İslam əxlaqını izah edən səs kasetlərini dinləyə biləcəkləri bir şərait yarada bilərsiniz.
  • Evinizdə bir kitabxana yaradıb, Harun Yəhya külliyyatını nümayiş etdirə və qonaqlarınıza kitabları göstərib əsərlərlə tanış olmalarını təmin edə bilərsiniz.
  • Yaxınlığınızdakı məktəb və ya universitetlərin kitabxanalarına oxuduğunuz kitabları və sənədli filmləri hədiyyə edə bilərsiniz.
  • Yaxınlığınızdakı qocalar evinə, uşaq evlərinə gedib kitab oxuya, birlikdə film izləyə bilərsiniz. Bir neçə saatınızı belə bir xidmətə ayıraraq onlarla insanı Allah`ı düşünməyə təşviq edə bilərsiniz.
  • Evdə israf etməmək və pulun boş yerə xərclənməsinin qarşısını almaq üçün lazımsız xərclərdən çəkinərək qənaət etdiyiniz pulla İslam əxlaqını izah edən kitab və jurnallar ala bilərsiniz.
  • Yemək bişirərkən Harun Yəhya kitablarının səs kasetlərini dinləyər, sonra onları rəfiqələrinizə danışar, dinləmələri üçün onlara verə bilərsiniz.
  • Xüsusi günlərdə hədiyyə alarkən uşaq və ya yaşlı, hər yaşdan insana uyğun kitablar və ya CD-lər, səs kasetləri seçə bilərsiniz. Bu hədiyyələr sayəsində yaxınlarınızın, dostlarınızın Allah`a imanlarının güclənməsinə vəsilə ola bilərsiniz.
  • Tanıdıqlarınıza qonaq gedərkən çiçək, tort və s. yerinə kitab ala bilərsiniz. Bu vərdişin məntiqini bütün dostlarınıza və yaxınlarınıza izah edər, onların da eyni cür davranmasını xahiş edə bilərsiniz.
  • Harun Yəhya məqalələrinin yayımlandığı qəzetləri əldən-ələ gəzdirərək çox sayda insanın oxumasını təmin edə bilərsiniz.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr