”Ərəbcə bilən müsəlman mükəmməldir, bilməyən nöqsanlıdır” məntiqi yanlışdır
ucgen

”Ərəbcə bilən müsəlman mükəmməldir, bilməyən nöqsanlıdır” məntiqi yanlışdır

722

Saleh müsəlman olmağın ən mühüm şərtlərindən biri səmimiyyətdir. Təqva sahibi mömin olmaq üçün ərəbcə bilmək və ya bilməmək mühüm deyil, Allahı çox sevmək, Allahdan çox qorxmaq, Allahın razılığının ən çoxunu axtarmağı məqsədə çevirmək önəmlidir. Hər ərəbcə bilənin yaxşı müsəlman olduğu və ya ərəbcə bilməyənin də təqvalı müsəlman olmadığı kimi anlayışdan da söhbət gedə bilməz. Dünyada təxminən 280 milyon insan ərəbcə danışır. Bu insanlar ərəb dilinin qrammatikasını, cümlə quruluşunu, sözlərin tələffüzünü çox yaxşı bilirlər. Amma bu insanların böyük əksəriyyəti bəzən ateist olur, materializmi müdafiə edir və ya kommunizm, faşizm kimi din əxlaqına uyğun olmayan ideologiyaları mənimsəyirlər. İraqda, Misirdə, Liviyada, Suriyada, Əlcəzairdə, Mərakeşdə, Tunisdə müsəlmanları təzyiqlərə məruz qoyan, çox sayda müsəlmanın həbsxanalarda pis şəraitlərdə saxlanılmasına, öldürülməsinə səbəb olanlar da çox yaxşı ərəbcə bilirlər.

 Bir çox ərəbcə təhsil verən universitetlərin fəlsəfə fakültələrində öz bəsit məntiqləri ilə İslamı, Quranı, Peyğəmbərimizi (s.ə.v.) tənqid edən (İslamı, Quranı və Peyğəmbərimizi (s.ə.v.) tənzih edirik) dərslər keçirilir. Dünyanın bir çox ölkəsində və universitetlərində ərəb dili və ədəbiyyatı fakültələri var, bu fakültələrdən minlərlə insan məzun olur. Amma bu insanların əksəriyyəti bəzən materialist, kommunist, hətta dinsiz olurlar. Ərəbcə çox yaxşı bilən, amma Peyğəmbərimizi (s.ə.v.) öz cahil məntiqləri ilə təhqir etməyə   cürət edən (Peyğəmbərimizi (s.ə.v.) tənzih edirik) insanların sayı olduqca çoxdur. Ərəbcə çox yaxşı və düzgün oxuyan insanlar da var. “Fatihə” surəsini çox düzgün tələffüz edərək oxuyan masonlar, kommunistlər, faşistlər də var. Elə bu səbəblərə görə, “ərəbcə bilən yaxşı müsəlmandır” məntiqi yanlışdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr