Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (15 may 2012, 23:00)
Adnan Oktar: Baxın, məsələn, Allah Bəqərə surəsi, 148-ci ayədə: "Harada olsanız, Allah sizi bir yerə toplayacaq". Bu nə deməkdir? Mehdiyyətdir. Bütün İslam aləmi toplanacaq, bir yerə cəmləşəcək. Bir də Peyğəmbərimiz (s.ə.v): "Bu ayələr" deyir, "Mehdiyə işarə edir" deyir. Bu çox əhəmiyyətlidir. Peyğəmbərimiz (s.ə.v) təfsir edərkən, "bu ayə Mehdini izah edir" deyir. "Kuleyni: "Əbu Cəfər, bu ayənin həmsöhbəti olaraq Qaimin dostları olduğunu ifadə etdiyini bildirir". Əbu Cəfər: "Mən, Peyğəmbərimiz (s.ə.v)-dən belə eşitdim" deyir.
Fussilət surəsi, 53. "Biz ayələrimizi həm afaqda, həm də öz nəfslərində onlara göstərəcəyik, belə ki, onun mütləq haqq olduğu özlərinə açıqca aydın olsun. Hər şeyin üzərində Rəbbinin şahid olması kifayət deyil?" Məsələn, Peyğəmbərimiz (s.ə.v): "Bu ayə də, hz. Mehdi (ə.s)-a işarə edir" deyir.
Məsələn, Sad surəsi 88: "Həqiqətən, onun xəbərini bir zaman sonra öyrənəcəksiniz". Peyğəmbərimiz (s.ə.v) hədisdə: "Bu ayə də, hz. Mehdi (ə.s)-a işarə edir" deyir. Bu cür təfsir edir. "Həqiqətən onun xəbərini bir zaman sonra öyrənəcəksiniz". Nə zaman? Bu zamanlar, inşaAllah.
Məsələn, yenə Peyğəmbərimiz (s.ə.v), Cin surəsi, 24-cü ayənin də hz. Mehdi (ə.s)-a işarə etdiyini söyləyir. Şeytandan Allaha sığınıram: "Sonunda onlar, özlərinə vəd ediləni gördükləri zaman", nə vəd edilir? Hz. Mehdi (ə.s), İslam Birliyi, hz. İsa Məsih (ə.s)-ın enişi, "köməkçi olmaq baxımından kim daha zəifmiş və say baxımından kim daha azmış artıq öyrənmiş olacaqlar". Hz. Mehdi (ə.s)-ın tələbələrinin sayı azdır deyə, söyür, lağ edir. "313 nəfərləmi edəcəklər?" deyir. Bax, Allah ayədə nə deyir?; "Sonunda onlar, özlərinə vəd ediləni gördükləri zaman, köməkçi olmaq baxımından kim daha zəifmiş və say baxımından kim daha azmış artıq öyrənmiş olacaqlar". Vardır ki ha, Allah onlara orada acizliklərini göstərir. Gücsüzlüyünü, acizliyini göstərir.
Məsələn, Peyğəmbərimiz (s.ə.v), Qaf surəsi, 42-ci ayənin işari mənasının yenə hz. Mehdi (ə.s.)-a işarə etdiyini söyləyir: "O gün, o qışqırığı bir həqiqət (gerçək) olaraq eşidərlər. Məhz bu, (dirilib qəbirlərdən) çıxma günüdür". Hz. Mehdi (ə.s)-ın radiolardan, televiziyalardan yüksək səslə qışqırması, Allahı təkbir etməsi inşaAllah. Yəni o səsin eşidilməsi. O çıxma günüdür" deyir. Artıq müsəlmanların xüruc, ortaya çıxma günüdür.
Tövbə surəsi, 33. Şeytandan Allaha sığınıram: "Müşriklər" yəni xurafatçılar. Diqqət edirsinizsə, xurafatçılar hz. Mehdi (ə.s)-ın çıxmasını istəmir, "istəməsə də, O dini (İslamı) bütün dinlərdən üstün etmək üçün, Elçisini hidayət və haqq dinlə göndərən Odur". İşari mənası hz. Mehdi (ə.s)-a işarə edir. Bütün dinlərdən üstün etməsi nə deməkdir? İstənilən cəhətdən hakim etməsi, İslamı dünyaya hakim etməsidir.
Məsələn, Qəsas surəsi 5. Peyğəmbərimiz (s.ə.v) hədislərdə bütün bu ayələrin hz. Mehdi (ə.s)-a işarə etdiyini söyləyir. Şeytandan Allaha sığınıram. Allah: "Biz isə", deyir, "yer üzündə", yəni dünyada, "zəiflədilənlərə", yəni həbs edilib alçaldılanlara, təhqir edilənlərə, "lütf etmək, onları liderlər etmək", yəni dünya hakimi etmək, "və varislər etmək istəyirik". Ayə, məhz hz. Mehdi (ə.s)-a işarə edən ayədir.