Saleh bir Müsəlman olmağın ən əhəmiyyətli şərtlərindən biri səmimiyyətdir. Təqva sahibi bir mömin olmaq üçün əhəmiyyətli olan ərəbcə bilmək və ya bilməmək deyil, Allahı çox sevmək, Allahdan çox qorxmaq, Allahın razılığının ən çoxunu axtarmağı məqsəd qoymaqdır. Hər ərəbcə bilənin yaxşı müsəlman olacağı və ya ərəbcə bilməyənin də müsəlman ola bilməyəcəyi kimi bir mövzudan söhbət gedə bilməz. Dünyada təxminən 280 milyon insan ərəbcə danışır. Bu insanlar, ərəbcənin qrammatikasını, söz quruluşunu, düzgün oxunmasını çox yaxşı bilirlər. Amma bu insanların böyük bir qismi ateist olur, materializmi müdafiə edir ya da kommunizm, faşizm kimi din əxlaqına uyğun olmayan ideologiyaları mənimsəyir. İraqda, Misirdə, Liviyada, Suriyada, Əlcəzairdə, Fasda, Tunisdə keçmişdə müsəlmanlara təzyiq tətbiq edən, çox sayda müsəlmanın həbsxanalarda ağır şərtlərdə tutulmasına səbəb olanlar da çox yaxşı ərəbcə bilirlər.
Bir çox ərəbcə təhsil verən universitetlərin fəlsəfə kürsülərində, az ağılları ilə İslamı tənqid edən, Quranı tənqid edən, Peyğəmbər Əfəndimizi (s.ə.v.) tənqid edən dərslər keçilir. Dünyanın bir çox ölkəsində və bir çox universitetlərdə Ərəb Dili və Ədəbiyyatı fakültəsi var, bu fakültədən minlərlə insan məzun olur. Amma bu insanların böyük bir qismi materialist, kommunist və hətta dinsizdirlər. Ərəbcə çox yaxşı bilən, amma Peyğəmbərimizə (s.ə.v.) öz cahil məntiqləri ilə təhqir etməyə cürət edən kəslərin sayı olduqca çoxdur. Ərəbcə çox yaxşı və düzgün oxuyan insanlar da var. Fatihəni çox yaxşı oxuyan masonlar, kommunistlər, faşistlər də vardır. Bu səbəbdən, ərəbcə bilən yaxşı müsəlmandır deyə bir məntiq səhvdir. 70 milyon əhalisi olan Türkiyədə ərəbcə bilənlərin sayı çox deyil, amma İslam dini mükəmməl yaşanır.
Müsəlmanların Quranı və fiqh elmini öyrənmək üçün müraciət edəcəkləri qaynaq, bəzi cahil müəllimlərin şərhləri deyil. Müsəlmanların etibar edəcəkləri qaynaqlar böyük İslam alimlərinin hazırlamış olduğu təfsirlər və elmi əsərlərdir. Bu əsərlərdə bir müsəlmanın ehtiyac duyacağı hər cür məlumat mükəmməl olaraq açıqlanmışdır. Etibar ediləcək olan “Mən daha yaxşı açıqlayaram” deyən bir kimsənin sözləri deyil, Əhli Sünnə alimlərinin əsərləridir. Müsəlmanlar bu əsərləri oxuyaraq məlumat əldə edərlər. Məsələn, Quran öyrənmək istəyən bir müsəlman, Almalılı Həmdi Yazarın Qurani Kərim Təfsirini oxuyaraq tam mənasıyla məlumat sahibi olar. Fiqh elmini öyrənmək istəyən bir müsəlman da Ömər Nəsuhi Bilmənin Böyük İslam Elmihalını oxuyar. Daha əhatəli məlumat əldə etmək istəyirsə “Dürrul-Muhtar” və haşiyəsi “Rəddül-Muxtar” əsərlərini oxuyar. Müsəlmanlar məlumatlarını artırmaq üçün cahil müəllimlərin izahatlarına müraciət etməz, İmam Rəbbaninin “Məktubat”nı, İmam Qəzalinin “Əhya”sını, Mənsur Əli Nasifin “Tac Tərcüməsini”, “Neməti İslamı” oxuyarlar, ehtiyacları olan bütün məlumatları əldə edərlər. İslamı doğru öyrənmənin yolu da budur.