ADNAN OKTARIN KAÇKAR TV-dəki CANLI REPORTAJI (17 DEKABR 2010)
"Onlara bir ayə gətirmədiyin zaman", yəni onların şirk düşüncəsinə uyğun, onların xurafatlarına, onların mənasız inanclarına uyğun, azadlığı, gözəlliyi ortadan qaldıran tələbləri olur müşriklərin, münafiqlərin, bilirsiniz. "Onlara bir ayə gətirmədiyin zaman: "Sən onu (enməyən ayəni) toplasana" deyərlər. Yəni Peyğəmbərimiz (s.ə.v)-ə "sən çıxart, bir şey söylə" deyirlər. Peyğəmbər (s.ə.v) söyləməyincə nə edirlər? Peyğəmbər (s.ə.v)-in adına xurafat çıxarırlar. Çünki Peyğəmbərimiz (s.ə.v) deyir; "mən Qurana uyuram" deyir. "O zaman mən də Peyğəmbər (s.ə.v)-in adına bir şey çıxarım" deyir. "Peyğəmbər dedi ki" deyir. "Eşitdim ki, eşitmişik ki, eşitmişlər ki." Al sənə xurafat ondan sonra. Bax, "Sən onu (enməyən ayəni) yığıb-toplasana" deyərlər. Dedi ki: "Mən, yalnız mənə Rəbbimdən vəhy olunana uyaram." "Qurana uyaram" deyir, Peyğəmbər (s.ə.v). "Bu, Rəbbinizdən olan bəsirətlərdir; iman edəcək bir qövm üçün hidayət və rəhmətdir.
"Quran oxunduğu zaman, dərhal onu dinləyin." Yəni "söhbətə davam etməyin və susun, danışmayın. Diqqətinizi Qurana verin" deyir Allah. "Ümid edilir ki, rəhm edilmiş olarsınız." Quran oxunarkən danışmaq haramdır. Məsələn, məscidlərdə görürəm qışqıra-qışqıra Quran oxuyurlar, yüksək səslə, gözəl. "Həmyerlim necəsən? Nə edirsən? Çoxdan bəri görüşə bilmirik." Məscidin içində söhbət edir. Amma Quran da bir tərəfdən oxunur. Fikir vermirlər. Quran oxunduğunda, dinlənilər, susular. "Rəbbini, səhər axşam, yüksək olmayan bir səslə, öz-özünə, ürpərtiylə" yəni dərin həyəcan, dərin diqqətlə, "yalvara-yalvara və için-için zikr et. Qəflətə qapılanlardan olma." Baxın, bu ayə, çox zəruri bir ayədir. Çox əhəmiyyətlidir. Hər ayə əhəmiyyətlidir, lakin bu ayə də çox əhəmiyyətlidir. Bax, "Rəbbini, səhər-axşam, yüksək olmayan bir səslə, öz-özünə," baxın, diqqət yetirin "ürpərtiylə", dərin diqqətlə, "yalvara-yalvara", dərin diqqətlə, "için-için", içindən gələrək, coşğulu bir dərinliklə, Allah eşqiylə, dərin bir sevgiylə, "haqqıyla Allahdan qorxaraq zikr et. "Qəflətə qapılanlardan olma." Belə bir dua bütün dünyanı dəyişdirər, söyləyim. Çox zəruridir, inşaAllah.