Adnan Oktarın 25 may 2011 A9 Tv və Kaçkar Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Əraf surəsi, 143 "Musa təyin edilən müddətdə gəlincə və Rəbbi onunla danışınca: "Rəbbim, mənə göstər, Səni görüm" dedi. (Allah:) "Məni əsla görə bilməzsən" deyir. Əsla, heç bir zaman Zatını görə bilməyəcəyik. Nə cənnətdə, nə dünyada Zatını görə bilmərik. "Amma bu dağa bax; əgər o yerində dayana bilsə," o dağ orada qala bilsə, "sən də Məni görəcəksən." Rəbbi dağa təcəlli edincə, onu parça-parça etdi." deyir Allah, sırf təcəllisindən. "Musa huşunu itirərək yerə düşdü." Hadisənin şiddətindən, o da nə şirin Peyğəmbərdir, maşaAllah. Çox həyəcanlıdır, onsuz da heç qaldıra bilməz elə bir şeyi. Onsuz da Allah onu huşunu itirib yerə yıxılacaq şəkildə yaradır. "Özünə gələndə: "Sən nə Ucasan (Rəbbim). Sənə tövbə etdim və mən iman edənlərin ilkiyəm" dedi." MaşaAllah, Hakkəl yakin, inşaAllah. "(Allah:) "Ey Musa" dedi. "Sənə verdiyim risalətimlə (peyğəmbərliyimlə) və səninlə danışmağımla səni insanlardan üstün etdim." Kəlimətullah, "səninlə danışdım" deyir Allah, kolda, Allah təcəlli edir. "Sənə verdiklərimi al və şükür edənlərdən ol." Əlhəmdülillah. "Biz ona Lövhələrdə hər şeydən bir öyüd və hər şeyin kafi bir şərhini yazdıq." Yəni xurafata ehtiyac yoxdur. Musəvi qardaşlarımız da bunu yaxşı biləcəklər. Bax, nə deyir; "Biz ona Lövhələrdə hər şeydən bir öyüd və hər şeyin kafi şərhini yazdıq." Əlavə olan nədir? Xurafatdır. Bu Lövhələrdə nə varsa, odur. "İndi bunlardan möhkəm yapış" Tövrat-ı Şərifə, orijinalına, "və qövmünə də əmr et ki, ən gözəliylə sarılsınlar." "Allahın Kitabından möhkəm yapışın" deyir. "Sizə fasiqlərin yurdunu çox yaxında göstərəcəyəm" (dedik)." "Küfrü məhv edəcəyəm" deyir Allah. "Yer üzündə haqsız yerə təkəbbür göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar hər ayəni görsələr belə, ona inanmazlar; doğru yolu (rüşd yolunu) da görsələr, yol olaraq mənimsəməzlər, azğınlıq yolunu gördüklərində isə onu yol olaraq mənimsəyərlər. Bu, onların ayələrimizi yalanlamaları və onlardan qafil olmalarına görədir" deyir, Allah.