Adnan Oktarın 17 Noyabr 2009 Tarixli Kocaeli TV, Ekintürk Tv və Mavi Karadeniz TV Reportajından
ADNAN OKTAR: Əhqaf surəsi "De ki: “Gördünüzmü xəbər verin, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və ona bənzər şeylərdən) nə yaratmışlar? Mənə göstərin". Məsələn darvinistlərə tam sual məhz bu ayə. Baxın "De ki: "Gördünüzmü xəbər verin; Allahdan başqa ibadət etdikləriniz" Yəni atomlara ibadət edirlər: "yer üzündə (yaxud yerdən və ona bənzər şeylərdən) nə yaratmışlar? Mənə göstərin. Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var?!" Necə ki onlar, yadplanetlilər var, onlar yaratdı, etdi deyirlər, bax Quran ona da diqqət çəkir. "Əgər doğru deyirsinizsə, (dediyinizi sübut etmək üçün) mənə bundan (bu Qurandan) əvvəl (Allahdan sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərdən, ümmətlərdən sizə gəlib çatmış) elmdən qalan bir şey (əsər) gətirin!" Yəni bir kitab, yəni bu mövzuda elmi bir əsər, bir elm qalığı, bir qalıq, bir zülalların təsadüfən meydana gələcəyinə dair bir dəlil, bir şey varsa mənə gətirin. Allah peyğəmbərə "De ki" söyləyir, belə de deyir. Biz də nə deyirik? Əgər bir qalıq varsa mənə gətirin sizə 10 trilyon verəcəm deyirəm, dəlil. Yəni bir zülalın təsadüfən meydana gələ bilməsinə dair bir dəliliniz varsa, yenə gətirin ona da 10 trilyon verim, yox gətirə bilməzlər, Quran buna diqqət çəkir. "Allahı qoyub qiyamətədək ona cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların ibadətindən xəbərsizdirlər!". Yəni atom onların ibadət edildiklərindən xəbərsizdir, yadplanetlilərin də, bunların onlara ibadət etdiklərindən xəbəri yoxdur, elə deyilmi? Yəni yadplanetlilər etdi deyə, onu ilah kimi görür, atomu ilah kimi görür, atomun heç bir şeydən xəbəri yoxdur. Görməz, eşitməz, şüuru yoxdur, yəni hər hansı bir maddədir, inşaAllah.