Havanı həm təmizləyən, həm də istiliyini nizamlayan xüsusiyyəti ilə dünyanın təqlid edilə bilməyən ən yaxşı “kondisioner sistemi” kimi xarakterizə edilən burundakı dizayn, əlbəttə ki, Allah`ın bənzərsiz sənətinin bir nümunəsidir.
Hafizənizdəki qoxuları yenidən fikirləşin: Təzə çörəyin, yeni biçilmiş otun, yağışdan sonra torpağın, qızardılmış çörəyin, yeni açılmış, şaftalının, cəfərinin, istifadə etdiyiniz sabunun, şampununuzun qoxusunu və buna bənzər bir çox qoxunu hiss edə bilmənizi burnunuzdakı xüsusi quruluşa borclusunuz.
Bir çox insan gün ərzində nə qədər qoxu iylədiyini və bu qoxular sayəsində beyindəki cisimlərin formalaşdığını heç fikirləşmir. Məsələn, yediyiniz yeməkdən zövq almağınızı təmin edən iy bilmə hissiyyatınızdır. Qoxu cisimləri tanımanızdakı əhəmiyyətli faktorlardandır.
Aldığınız hər nəfəsdə cisimlərə aid qoxular burundan içəri girir. İnsan burnu qəbul edən qoxunu 30 saniyə içində analiz edib, təxminən 3.000 fərqli qoxunu bir-birindən fərqləndirə bilir.
Qoxu havada molekul olaraq gəzir. Nəfəs alarkən havadakı oksigenlə yanaşı bu molekullar da burna girir. Hava ilə daşınan "qoxu molekulları" qoxu epitelindəki reseptorlara çatdıqda burada olan hüceyrələr xəbərdar edilir. Xəbərdar edilən hüceyrə beynə elektrik siqnalı göndərir. Beyin qoxu molekulu ilə deyil, yalnız özünə çatan elektrik siqnalı ilə təmasda olur. Beynin elektrik siqnalı şərh etməsini insan qoxu hesab edir.
Burun gözəl qoxulu çiçəklərin, ya da iştah açan yeməklərin qoxularını hiss etməmizi təmin etməklə yanaşı, həm də çox əhəmiyyətli funksiyalar daşıyan bir orqanizmdir. Tənəffüs etdiyimiz hava ilə birlikdə havadan aldığımız oksigeni bədənimizin bütün hüceyrələrinə daşıyan qan arasındakı təməl əlaqə yollarından biridir. Qısacası, burun həm dadbilmə, həm də tənəffüs yollarının başlanğıcı olaraq böyük əhəmiyyət daşıyır. İki hissədən ibarət olan burnun içində "silə" deyilən tükcüklər və mukus adı verilən ifrazat vardır. Hava burundan içəri girdiksə bunlarla qarşılaşır və dərhal analiz edilir. Havadakı molekullar təhlil edilərək araşdırılır və beynə çatdırılaraq qoxunun nə olduğu müəyyən olunur və buna uyğun reaksiya verilir. Bu əməliyyatların hamısı yalnız 30 saniyə kimi çox qısa müddət ərzində reallaşır.
Burnun içində aerodinamik cəhətdən də qüsursuz dizayn mövcuddur. Hava içəri girdikdə birbaşa nəfəs borusuna getmir. Burun, sanki kondisioner kimi xüsusi filtr sistemi ilə çöldən gələn çirkli, isti, soyuq və ya nəmli havanı ağciyərlər üçün əlverişli hala gətirir. Burundakı xüsusi qıvrımlı quruluş sayəsində hava burada dövr edir. Beləliklə, burun çəpərində olan tükcüklərə və damar şəbəkəsinə daha çox təmas edir. Bu qıvrımlı sistem sayəsində burun gündə 15 m3 havanı süzür, təmizləyir, nəmləndirir və istdilədir. Bu miqdar təxminən bir otağının içindəki havaya bərabərdir.
Burada çirkli hava deyilincə ağla yalnız tozlu hava gəlməməlidir. Hava ilə birlikdə gələn tozla yanaşı bakteriya, çiçək tozu və s. kimi təxminən 20 milyard xarici maddənin bədənə girməsi burundakı xüsusi sistem sayəsində qarşısı alınır.
Toz və hər cür zərərli bakteriyalarını burundakı kondisioner sisteminə buraxdıqdan sonra, hava hər burun deşiyindəki üç dənə mövcud olan qıvrımlı hissələrin üstündən keçir. Burundakı tükcüklərə ilişən xarici maddələr bu dəfə də buradakı mukusun anibiotik təsiri ilə zərərsiz hala gətirilir. Hava bu qıvrımlara dəydikcə istiqamət dəyişdirir və burun boşluğunun divarına dəyir. Bura dəydikdə mukus mayesi içində saxlanılır. Havasının xarici cisimlərdən təmizlənməsi çox mürəkkəb və çox həssas əməliyyatlardır. Ən kiçik bir səhvə və səhlənkarlığa yol verilməz. Çünki bir bakteriyanın ya da zərərli bir cisimin ağciyər kimi həssas orqana keçməsi insanın sağlığında mənfi təsirlər meydana gətirər. Bütün bunlara baxmayaraq zərərli cisimlərin burundan keçməyi bacarması ehtimalına qarşı, ikinci müdafiə mexanizmi də vardır. Əgər burun boşluğunu keçə bilən cisimlər olsa, bunlar da tənəffüs yollarında tutulurlar.
Burnun içində təmizlənən və istiliyi nizamlanan hava artıq ciyərlərinizə getməyə hazırdır. Bəs insan bədənindəki, tənəffüs etdiyimiz havanı təmizləyən və istiliyi nizamlayan xüsusiyyəti ilə cüt sistemli kondisionerə bənzəyən burun necə ortaya çıxmışdır? Necə bədənimizə yerləşdirilmişdir? Necə olur hər insanda mükəmmək şəkildə bu sistem mövcuddur?
Bütün bu sualların tək cavabı vardır: Burun da Allah tərəfindən yaradılıb.
Hər hansı texniki alətin meydana gəlməsi üçün bacarıqlı sənətkarın olması, bu sənətkarın bütün hissələri nizamla bir araya gətirməsi və bunun üçün ciddi səy göstərməsi lazımdır. Bunun əksi də mümkün deyil, əlbəttə ki. "Dünyanın təqlid edilə bilməyən ən yaxşı kondisioner sistemi" kimi xarakterizə edilən burundakı dizayn, əlbəttə ki, Allah`ın bənzərsiz yaratma sənətinin əsərlərindən biridir. Allah insanı yaşaması üçün lazımlı olan ən mükəmməl sistemlə birlikdə yaratmışdır. Allah bir ayəsində belə buyurur:
“O, yaradan, yoxdan var edən, surət verən Allah`dır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!(Həşr surəsi, 24)