İnsan qar dənəciklərini müşahidə etsə, onların çox fərqli dizaynının olduğuna şahid ola bilər. 1m3 qarda təxminən 350 milyon qar dənəciyi olur. Onların hamısı altıbucaqlı, kristal formada və hər biri də bir-birindən fərqlidir. Bu formaların necə yarandığını, hər birinin necə bir-birindən fərqləndiyini, simmetriyanın necə təmin edildiyi kimi suallara alimlər uzun illərdir ki, cavab axtarmağa çalışırlar. Əldə edilən hər məlumat isə qar dənəciklərindəki möhtəşəm sənəti aşkar edir. Qar dənəciklərinin altıbucaqlı quruluşlarındakı fərqlilik və qüsursuzluq Allah`ın Bədi (örnəksiz yaradan) isminin bir təzahürüdür. Allah hər şeyi ən gözəl şəkildə yaradır. Qar dənəciklərinin quruluşu tədqiq edildikdə Allah`ın sonsuz sənətinin fərqli bir cəhəti aşkar olunur.
İncə və kiçik təbəqələr, çoxşaxəli ulduzlara bənzəyən qar dənəciklərinin quruluşu olduqca heyrətamizdir. Qar kristallarının qüsursuz və nizamlı quruluşları çox uzun illərdir ki, insanların diqqətini çəkir. Kristallarda bu ən son formanı, yəni bu möhtəşəm dizaynı yaradan amillərin nələr olduğunu aşkar etmək etmək üçün 1945-ci ildən bəri tədqiqatlar davam edir. Bir qar dənəciyi iki yüzdən çox buz kristalından ibarət kristallar birləşməsidir. Qar kristalları əslində mükəmməl dizaynla formalaşdırılmış su molekullarından əmələ gəlir. Şah əsər kimi qiymətləndirilən qar kristalları su buxarının buludlardan keçərkən soyuması ilə yaranır. Bu proses belə baş verir:
Su molekulları su buxarının içərisində nizamsız və dağınıq formada buludlardan keçərkən temperaturun düşməsinı görə öz hərəkətliliklərini itirirlər. Yavaş hərəkət edən su molekulları bir müddət sonra qruplaşmağa başlayır və nəticədə qatılaşırlar. Ancaq qruplaşmalarında əsla bir nizamsızlıq olmur, əksinə, hər zaman birbirinə bənzəyən mikroskopik altıbucaqlılar kimi birləşirlər.
Nəyə görə bütün qar dənəciklərində altıbucaqlı simmetriya var və nəyə görə hər biri digərlərindən fərqlidir? Nəyə görə kənarları düz deyil, bucaqlı formadadır? Alimlər bu kimi sualların cavabını hələ də tapmağa çalışırlar. Ancaq ortada aşkar həqiqət var: Allah yaratmada heç bir şəriki olmayan, sonsuz güc sahibi olan və hər şeyi bənzərsiz şəkildə yaradandır.