XƏBƏRDARLIQ
OXUYACAĞINIZ BU MÖVZUDA HƏYATIN ÇOX ƏHƏMİYYƏTLİ SİRRİNDƏN BƏHS EDİLİR. BU MÖVZU MADDİ DÜNYAYA BAXIŞINIZI TAMAMİLƏ DƏYİŞDİRƏCƏK, ONA GÖRƏ DƏ DİQQƏTLƏ, BAŞA DÜŞƏCƏYİNİZ ŞƏKİLDƏ OXUMALISINIZ.
BURADA İZAH EDİLƏNLƏR SADƏCƏ DÜNYAGÖRÜŞ, FƏRQLİ YANAŞMA VƏ YA HƏR HANSI FƏLSƏFİ DÜŞÜNCƏ DEYİL, DİNƏ İNANAN VƏ YA İNANMAYAN HƏR KƏSİN QƏBUL EDƏCƏYİ, BU GÜN ELMİN DƏ SÜBUT ETDİYİ QƏTİ HƏQİQƏTDİR.
MADDƏNİN ARDINDAKI SİRR
HARUN YƏHYA
Ətrafına ağıl və vicdanla baxan insan kainatdakı canlı – cansız hər şeyin yaradıldığını görə bilər. Bəs bütün bunlar kim tərəfindən yaradılıb?
Məlumdur ki, kainatın hər nöqtəsində mövcud olan "yaradılış" kainatın özünün məhsulu ola bilməz. Məsələn, bir böcək öz – özünü yaratmayıb. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər özlərini yaratmayıblar. Bütün bunların "təsadüfən" yaranmaları da mümkün deyil.
Beləliklə, belə nəticəyə gələ bilərik ki, gözümüzlə gördüyümüz hər şey yaradılıb. Lakin gördüklərimizin heç biri "Yaradıcı" deyil. Deməli, Yaradıcı gördüyümüz hər şeydən fərqli və üstün varlıqdır. Özü görünmür, lakin yaratdığı hər şeydə varlığını və üstünlüyünü göstərir.
Allah`ın varlığını qəbul etməyənlərin gəldiyi nəticə də budur. Bu şəxslər Allah`ı gözləri ilə görmədikləri üçün Onun varlığına iman gətirmirlər. Buna görə də kainatın hər yerində aydın görünən "yaradılış" həqiqətini gizlətməyə, kainatın və canlıların yaradılmadığını iddia etməyə məcbur olublar. Öz iddialarını təsdiqlətmək üçün də yalanlara əl atıblar. Bu yalanlara ən bariz nümunə təkamül nəzəriyyəsidir.
İnkar edənlərin bu nəzəriyyəsi Allah`ın varlığını inkar etməyən, lakin yanlış Allah inancına sahib olan şəxslər tərəfindən də təbliğ olunur. Cəmiyyətin böyük hissəsini təşkil edən bu şəxslər yaradılışı rədd etmirlər, sadəcə Allah`ın "harda" olduğuna aid batil inanclara sahibdirlər. Əksəriyyəti Allah`ın "göydə" olduğunu düşünür. Şüuraltı düşüncəyə görə: Allah uzaq planetlərin birinin arxasındadır və nadir hallarda "dünya işlərinə" müdaxilə edir və ya heç etmir, kainatı yaradıb və kənara çəkilib, insanlar öz qədərlərini yaşayırlar.
Bəziləri də Quranın Allah`ın "hər yerdə" olduğuna aid ayələrinə fikir vermir və bunun mənasını tam olaraq anlamırlar. Şüuraltı batil düşüncələrinə görə Allah radio dalğaları və ya görünməz, hiss edilməz qaz kimi (Allah`I tənzih edirik) ətrafı əhatə edir.
Halbuki Allah`ın "harda" olduğunu heç cür anlamayan (bəlkə də buna görə O’nu inkar edən) insanlar ortaq yanlış nəticəyə gəlirlər. Əsası olmayan ön mühakiməni qəbul edir, daha sonra Allah ilə bağlı yanlış fikrə düşürlər.
Bu ön mühakimə nədir?
Bu ön mühakimə maddənin varlığı və xüsusiyyəti ilə bağlıdır. Maddənin varlığına özümüzü elə inandırmışıq ki, görəsən həqiqətən mövcud olduğu, yoxsa yalnız kölgə olduğu haqqında heç düşünməmişik. Halbuki müasir elm bu ön mühakiməni də dağıdaraq, əhəmiyyətli və təsirli həqiqəti ortaya çıxardı. Növbəti səhifələrdə Quranda da bildirilən bu böyük həqiqəti açıqlayacağıq.
Maddə həqiqətini anlayan insan dünyadan dərhal əl çəkər, qəti iman gətirər, münafiqlik də etməz, ruh sahibidirsə, mükəmməl müsəlman olar.
ELEKTRİK SİQNALLARINDAN İBARƏT DÜNYA
Yaşadığımız dünyaya aid bütün məlumatlar bizə beş duyğu orqanımız vasitəsilə çatdırılır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi dünyanı tanıyırıq. Doğulduğumuzdan etibarən bu hisslərə bağlı olduğumuz üçün xarici aləmin hisslərimizin bizə tanıtdığından fərqli olacağını heç düşünməmişik.
Halbuki bu gün bir çox elm sahəsində aparılan müşahidələr nəticəsində tamamilə fərqli anlayış ortaya çıxdı, beləliklə, hisslərimiz və yaşadığımız dünyaya aid ciddi şübhələr yarandı.
Bu, bizim xarici aləm hesab etdiyimiz hər şeyin yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdən ibarət olduğu anlayışıdır. Almanın qırmızılığı, taxtanın sərtliyi, ananız, atanız, ailəniz, sahibi olduğunuz bütün mallar, eviniz, işiniz və bu sətirlər sadəcə beyninizdəki elektrik siqnallarından ibarətdir.
Fridrik Vester bu mövzuda öz fikrini belə izah edir:
Bəzi mütəfəkkirlərin 'insan bir xəyaldır, əslində bütün baş verənlər keçici və aldadıcıdır, bu kainat bir kölgədir' kimi sözləri hal – hazırda elm tərəfindən sübut edilib.1
Məşhur filosof Corc Berkeley bu təəccüblü həqiqətlə bağlı belə bildirib: “Özlərini gördüyümüz və toxunduğumuz üçün, bizə hiss etdirdikləri üçün cisimlərin varlığına inanırıq. Halbuki hisslərimiz yalnız zehnimizdə olan fikirlərdir. Beləliklə, hisslər vasitəsilə tanıdığımız cisimlər fikirdən başqa bir şey deyil və bu fikirlər beynimizdən kənarda olmurlar. Madam ki, bütün bunlar yalnız beyindədir, onda kainatın və cisimlərin beyinin xaricində olduğunu düşünməklə səhv edirik. Deməli, bizi əhatə edənlərin heç birinin bizim beynimizin xaricində varlığı yoxdur.2
Mövzunu tam açıqlamaq üçün əvvəlcə xarici aləm haqqında bizə məlumat verən duyğularımızdan danışaq.
Necə görürük, eşidirik, dadırıq?
Görmə hadisəsi mərhələli şəkildə reallaşır. Görmə zamanı hər hansı bir cisimdən gələn işıq göz büllurundan qırılaraq keçir və gözün arxasında torlu qişada tərsinə düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə sinirləri beynin arxasındakı görmə mərkəzinə çatır və burada görüntü yaradır. Yəni görmə hadisəsi, əslində beynin arxasındakı kiçik, işığın heç cür girə bilmədiyi, qapqaranlıq nöqtədə baş verir.
Bir cisimdən gələn məlumat elektrik siqnalına çevrilərək beyində təsir meydana gətirir. Görürəm deyərkən, əslində, zehnimizdəki elektrik siqnallarının təsirini seyr edirik.
Həyatımız boyu gördüyümüz hər görüntü bir neçə kub sm-lik görmə mərkəzində meydana gəlir. Oxuduğunuz bu sətirlər də, qarşınızdakı ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə meydana gəlir. Nəzərdən qaçırılmamalı vacib cəhət də var: beyin işığı içəri keçirmir, yəni beynin içi qapqaranlıqdır, ona görə də beynin işığın özü ilə təmasda olması əsla mümkün deyil.
Buradakı maraqlı vəziyyəti bir nümunə ilə açıqlayaq. Qarşımızda şam olduğunu düşünək. Bu şamın qarşısına keçib onu uzun müddət izləyə bilərik. Amma bu müddət ərzində beynimiz şama aid işığın əsli ilə heç vaxt təmasda olmaz. Şamın işığını gördüyümüz anda belə, başımızın və beynimizin içi qapqaranlıqdır. Qapqaranlıq beynimizin içində aydın, parıltılı və rəngarəng dünyanı seyr edirik.
R. L. Qriqori bizim çox təbii qarşıladığımız görmə hadisəsindəki möcüzəvi vəziyyəti belə ifadə edir:
Görmə hadisəsinə o qədər öyrənmişik ki, ortada tapmalı olduğumuz sualların varlığından xəbərsizik. Lakin buna diqqət edin. Gözlərimizə kiçik, başı aşağı görüntülər verilir və biz ətrafımızda bunları sağlam cisim kimi görürük. Torlu qişanın üzərindəki siqnallar nəticəsində cisimlər dünyasını qavrayırıq və əslində, bunun möcüzədən bir fərqi yoxdur.3
Bu vəziyyət digər duyğu üzvlərinə də aiddir. Səs, toxunma, dad və qoxu da elektrik siqnalı olaraq beynə çatır və aid olduqları mərkəzlərdə qəbul edilirlər. Eşitmə hadisəsi də belədir: Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı ilə toplayaraq orta qulağa ötürür. Orta qulaq isə qəbul etdiyi səs titrəmələrini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq da bu titrəmələri elektrik siqnallarına çevirərək beyinə göndərir. Eyni görmədə olduğu kimi, eşitmə prosesi də beyindəki eşitmə mərkəzində reallaşır. Beyin işığı keçirmədiyi kimi, səsi də keçirmir. Buna görə də ətraf nə qədər gurultulu olsa da, beynin içi tamamilə səssizdir.
Buna baxmayaraq, ən dəqiq səslər beyində yaranır. Bu o qədər aydındır ki, sağlam insan qulağı heç bir xışıltı olmadan hər şeyi eşidir. Səs keçirməyən beyninizdə orkestrin simfoniyalarını dinləyirsiniz, şəhərin səs – küyünü eşidirsiniz, yarpağın xışıltısından reaktiv təyyarələrinin səs - küyünə qədər böyük tezlikli bütün səsləri qavraya bilirsiniz. Amma o anda dəqiq bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada dərin səssizliyin olduğu görüləcək.
Qoxu hissimizin funksiyası da buna bənzəyir. Vanil və ya gül qoxusu kimi uçucu molekullar burunun epiteli adlanan hissəsindəki titrək tüklərdəki reseptorlara çatır və burada qarşılıqlı əlaqəyə girir. Bu qarşılıqlı əlaqə beynimizə elektrik siqnalı olaraq çatdırılır və qoxu kimi şərh edilir. Nəticədə bizim xoş və ya pis adlandırdığımız qoxuların hamısı uçucu molekulların qarşılıqlı təsirinin elektrik siqnalına çevrilməsindən sonra beyindəki şərhindən başqa bir şey deyil. Ətri, çiçəyi, sevdiyiniz yeməyi, dəniz qoxusunu, xoşunuza gələn - gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Əslində, qoxu molekulları beynə heç vaxt çatmır. Səs və görüntüdə olduğu kimi, beyninizə çatan yalnız elektrik siqnallarıdır. Bir sözlə, doğulduğunuz andan etibarən çöldəki cisimlərə aid olaraq bildiyiniz qoxular duyğu orqanlarınızla hiss etdiyiniz elektrik siqnallarıdır.
İnsan dilinin ön tərəfində dörd fərqli reseptor var. Bunlar duzlu, şirin, turş və acı dadları hiss edir. Dad reseptorları ardıcıl proseslərdən sonra bu hissləri elektrik siqnallarına çevirir və beyinə ötürür. Bu siqnallar da beyin tərəfindən dad kimi şərh edilir. Şokoladı və ya sevdiyiniz meyvəni yeyəndə hiss etdiyiniz dad elektrik siqnallarının beyin tərəfindən şərhidir. Xarici aləmdəki cisimlə əsla təmasda ola bilməzsiniz. Şokoladın özünü görməz, qoxulaya və dada bilməzsiniz. Məsələn, beyninizə gedən dadbilmə sinirləri kəsilsə, o anda yediyiniz hər hansı bir şeyin dadı beyninizə çata bilməz, dad duyğunuzu tamamilə itirərsiniz.
Bu an belə bir həqiqətlə qarşılaşırıq: bir yeməkdən aldığımız dad başqasının o yeməkdən aldığı dadla və ya eşitdiyimiz səsin başqasının eşitdiyi səslə eyni olduğundan əmin ola bilmərik. Bu barədə Linkoln Barnet belə bildirir:
Heç kim özünün qırmızını və ya do notu hissinin başqasınınkı ilə eyni olub - olmadığını bilə bilməz.4
Toxunma hissimizdə də fərqli bir şey yoxdur. Bir cismə toxunanda xarici dünyanı və obyektləri tanımağımıza kömək edən siqnallar dəridəki duyğu sinirləri vasitəsilə beyinə çatdırılır. Toxunma hissi beynimizdə meydana gəlir. Bilindiyi kimi, toxunma hissini qəbul edən barmaq uclarımız və ya dərimiz deyil, yenə beynimizdəki toxunma mərkəzidir. Biz cisimlərdən gələn elektrik siqnallarının beynimizdə şərhi nəticəsində sərtlik və ya yumşaqlıq, istilik və ya soyuqluq kimi hisslərdən xəbərdar oluruq. Hətta bir cismi tanış edən hər cür xırdalığı bu siqnallar nəticəsində əldə edirik. Bu mövzu ilə bağlı B. Rusel və L. Vitgenşteyn kimi məşhur filosofların fikirləri belədir:
Bir limonun həqiqətən varlığı və hansı müddətə yarandığını soruşmaq və araşdırmaq mümkün deyil. Limon yalnız dillə aydın olan dad, burunla hiss edilən qoxu, gözlə görünən rəng və formadan ibarətdir və təkcə bu xüsusiyyətləri elmi müşahidənin və mühakimənin mövzusu ola bilər. Elm obyektiv dünyanı əsla bilmir.5
Yəni maddi dünyaya çatmağımız qeyri-mümkündür. Təmasda olduğumuz bütün cisimlər görmə, eşitmə, toxunma kimi hisslərin cəmindən ibarətdir. Beyin mərkəzlərindəki siqnalları şərh edən isə beynimizdir. Həyatımız boyu maddənin bizim xaricimizdəki əsli ilə deyil, beynimizdəki kopyaları ilə təmasda oluruq. Biz isə bu kopyaların xaricimizdəki əsl maddə olduğunu düşünərək səhv edirik.
BEYNİMİZİN İÇİNDƏKİ "XARİCİ ALƏM"
Bura qədər izah edilənlərdən aydin olur ki, bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına "maddə", "dünya" və ya "kainat" dediyimiz anlayışlar, sadəcə beynimizdə yaranan elektrik siqnallarıdır.
Məsələn, meyvə yeyən biri, əslində, meyvənin beynindəki görüntüsü ilə təmasdadır, əsli ilə deyil. İnsanın "meyvə" deyə xarakterizə etdiyi şey meyvənin forma, dad, qoxu və sərtliyinə aid elektrik siqnallarının beyindəki şərhindən ibarətdir. Əgər beynə gedən görmə sinirini kəssəniz, meyvənin görüntüsü də yox olar və ya burundakı sinirlər zədələnərsə, qoxu qəbulunuz tamamilə itər. Çünki meyvə bir sıra elektrik siqnallarının beyindəki şərhindən başqa bir şey deyil.
Diqqət etməli olduğumuz başqa mövzu uzaqlıq hissidir. Uzaqlıq, məsələn, bu kitabla aranızdakı məsafə yalnız beyninizdə meydana gələn boşluq hissidir. Bir insanın özündən çox uzaqda düşündüyü maddələr, əslində, beyninin içindədir. Məsələn, insan göyə baxıb ulduzları seyr edir və bunların milyonlarla işıq ili uzaqlığında olduğunu düşünür. Halbuki ulduzlar onun beynindəki görüntü mərkəzindədirlər. Bu yazıları oxuyarkən içində oturduğunuzu düşündüyünüz otağın, əslində, içində deyilsiniz, əksinə otaq sizin içinizdədir. Bədəninizi görməyiniz sizi otağın içində olduğunuza inandırır. Lakin bunu unutmayın ki, bədəniniz də beyninizdəki görüntüdür.
Dar otaq görüntüsü də, mənzərə görüntüsü də beyindəki kiçik sahənin içərisindədir. O halda bizim gördüyümüz, xarici aləmdə olan əsl böyüklük deyil, yalnız beynimizin qəbul etdiyi böyüklükdür.
Bu hal digər hisslərə də aiddir. Məsələn, siz qonşu otaqdakı televizorun səsini eşitdiyinizi düşünürsünüz, əslində isə beyninizdəki səslə təmasdasınız. Nə yanda otaq olduğunu, nə də o otaqdakı televizordan səs gəldiyini sübut edə bilərsiniz. Uzaqdan gəldiyini düşündüyünüz səs də beyninizdəki səsdir. Beyin mərkəzinin xaricində sağ, sol, ön, arxa kimi anlayış yoxdur. Yəni səs sağdan, soldan və ya havadan sizə çatmır, səsin gəldiyi istiqamət yoxdur.
Hiss etdiyiniz qoxular da belədir. Heç biri uzaq məsafədən sizə çatmır. Qoxu mərkəzinizdəki təsirləri çöldəki maddələrin qoxusu zənn edirsiniz. Necə ki, gülün görüntüsü görmə mərkəzindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu mərkəzindədir, çöldə nə gül var, nə də ona aid qoxu...
Normal insan eyni gülü rəngli olaraq gördüyü halda, rəng koru olan biri eyni gülü boz rəngdə görür. Bəs hansı "həqiqət"dir?
Çünki hisslərimizin bizə tanış etdiyi xarici aləm eyni anda beynimizə çatan "elektrik siqnalları"ndan başqa bir şey deyil. Beynimiz həyatımız boyu bu siqnalları şərh edir. Biz də bunları maddənin "xaricdəki" əsli bilərək səhv etdiyimizi düşünmədən həyatımızı davam etdiririk.
Xarici aləm bildiyimiz siqnalları şərh edib mənalı hala gətirən də yenə bizim beynimizdir. Məsələn, eşitmə orqanımızı düşünək. Qulağımızın içinə gələn səs dalğalarını şərh edərək onu simfoniyaya çevirən beynimizdir. Yəni musiqi beynimizin meydana gətirdiyi qavrayışdır. Rənglərə baxanda gözümüzə çatan yalnız işığın fərqli dalğa ölçüləridir. Bu fərqli dalğa ölçülərini rənglərə çevirən yenə beynimizdir. Xarici aləmdə rəng yoxdur. Nə alma qırmızı, nə səma mavi, nə də ağaclar yaşıldır. Onlar yalnız o cür qəbul etdiyimiz üçün elədirlər. Xarici aləm tamamilə qəbul edənə bağlıdır.
Belə ki, gözdəki torlu qişada yaranan kiçik qüsur rəng korluğuna səbəb olur. Bəzisi mavini yaşıl, bəzisi qırmızını mavi, bəzisi də rəngləri boz şəklində görür. Bundan sonra xaricdəki cismin hansı rəngdə olmasının bir əhəmiyyəti qalmır.
Məşhur mütəfəkkir Berkeley bu həqiqətə aşağıdakı sözləri ilə diqqət çəkir:
Əvvəlcə rənglərin, qoxuların və digər hisslərin "həqiqətən var olduğu" düşünüldü, amma daha sonra bu fikir rədd edildi və aydın oldu ki, bunlar duyğularımız sayəsində mövcuddur.6
Biz cisimləri onlar rəngli olduğu üçün və ya çöldə maddi varlıq olduqları üçün rəngli görmürük. Çünki bunlara aid etdiyimiz bütün xüsusiyyətlər xarici aləmdə deyil, daxilimizdədir. Bəs onda xarici aləmdə nə var?
Müasir fizika da maddi kainatın hisslərdən ibarət olduğunu göstərir. 30 yanvar 1999 – cu ildə məşhur amerikan elmi jurnalı “New Scientist”- in üz qabığında bu sual verilir:
"Həqiqətin xaricində: Kainat siqnalın bir rəqsidir və maddə yalnız xəyaldan ibarətdir?"
Xarici aləmin varlığı şərtdir?
İndiyə qədər həm xarici aləmdən, həm də bizim gördüyümüz və beynimizdə yaranan hisslərdən danışdıq. Amma xarici aləmə heç vaxt qovuşa bilməyəcəyimizə görə bu dünyanın həqiqətən mövcud olduğunu necə bilərik? Əlbəttə ki, bilmərik. Əksinə hər obyekt yalnız hisslərdən ibarətdir, hisslər də yalnız beyində olduqları üçün, deməli, dünya yalnız hisslər dünyasıdır. Qısası, bu dünya beynimizdə yaranan dünyadır və bizim varlığından əmin ola biləcəyimiz tək dünya da budur.
Süni olaraq yaradılan hisslər nəticəsində çöldə hər hansı maddi varlıq olmadığı halda, beynimizdə əsli qədər gerçək və canlı maddi dünya meydana gələ bilər. Verilən süni hisslər nəticəsində insan həqiqətdə evində oturduğu halda, avtomobil sürdüyünü zənn edə bilər.
Beynimizdə seyr etdiyimiz hisslərin maddi əvəzi olduğunu isə əsla sübut edə bilmərik. Bu hisslər çox yaxşı "süni" qaynaqdan gələ bilər.
Bunu bir nümunə ilə beynimizdə canlandıraq:
Əvvəl beynimizi bədənimizin xaricinə çıxarıb, şüşə balonun içində süni olaraq yaşatdığımızı düşünək. Bir də bunun yanına hər cür elektrik siqnalının çıxdığı kompyüter yerləşdirək. Sonra hər hansı bir mühitə aid görüntü, səs, qoxu siqnallarını süni olaraq bu kompüterdə çıxaraq və yazaq. Bu kompyüteri elektrik kabelləri ilə beynimizdəki mərkəzlərə bağlayaq və burada qeyd edilən siqnalları beynimizə göndərək. Bu siqnalları qəbul etdikcə beynimiz (başqa bir ifadə ilə "biz"), bunların əvəzi olan mühiti görəcək və yaşayacaq.
Bu kompyüterdən beynimizə öz görüntümüzə aid elektrik siqnalları da göndərə bilərik. Məsələn, masada oturduğumuz halda, qəbul etdiyimiz bütün görmə, eşitmə, toxunma kimi hisslərin elektrik əvəzlərini beynimizə göndərəndə, beynimiz özünü kabinetində oturan işçi kimi görəcək. Kompyüterdən gələn siqnallar davam etdikcə də bu xəyali dünya davam edəcək. Yalnız beyindən ibarət olduğunu isə heç cür başa düşməyəcək. Çünki beynin içində dünya meydana gəlməsi üçün beyindəki mərkəzlərə lazımlı siqnalların çatmağı kifayətdir. Bu siqnallar süni qaynaqdan, məsələn, bir qeyd cihazından və ya daha fərqli qəbuledicidən gələ bilər. Məşhur filosof Bertrand Russell bu mövzuda bunları söyləyir:
…Barmaqlarımızla masaya əl vurduğumuz andakı toxunma hissi barmaq uclarındakı elektron və protonlar üzərindəki elektrik təsiridir. Müasir fizikaya görə masadakı elektron və protonların yaxınlığından meydana gəlib. Əgər barmaq uclarımızdakı eyni təsir başqa yolla ortaya çıxsaydı, heç masa olmamasına baxmayaraq, eyni şeyi hiss edəcəkdik.7
Bəli, maddi əvəzləri olmayan hisslərin real olduğuna aldanmağımız çox asandır. Belə ki, bu həqiqəti yuxularımızda tez-tez yaşayırıq. Yuxuda tamamilə reallıqdakı kimi hadisələr yaşayırıq, insanlar, cisimlər, mühitlər görürük. Amma hamısı sinirdən başqa bir şey deyil. Yuxu ilə "real dünya" arasında isə fərq yoxdur; hər ikisi də beyində yaranır.
BÜTÜN BUNLARI YAŞAYAN KİMDİR?
Bura qədər aydın olduğu kimi, içində yaşadığımızı düşündüyümüz və xarici aləm adlandırdığımız maddi dünyanın beynimizdə yarandığına şübhə yoxdur. Amma əsas sual burada ortaya çıxır: bildiyimiz bütün maddi varlıqlar real aləmdə siqnaldırsa, onda beynimiz nədir? Qolumuz, ayağımız və ya başqa cisimlər maddi dünyanın hissələri olduğu üçün beynimiz də digər maddələr kimi siqnal olmalıdır.
Yuxuya aid nümunə ilə mövzunu daha yaxşı başa düşmək olar. Yuxu gördüyümüzü düşünək. Yuxuda xəyali bədənimiz olacaq; xəyali qollarımız, ayaqlarımız, gözümüz və beynimiz. Yuxu zamanı bizə "harada görürsən?" sualı verilsə, cavabımız "beynimdə görürəm" olacaq. Amma ortada həqiqi beyin yoxdur. Yalnız xəyali bədən, baş və beyin var. Yuxunuzdakı görüntünü görən isə yuxudakı xəyali beyin deyil, ondan daha "xaricdə" olan varlıqdır.
Yuxudakı mühitlə real həyat dediyimiz mühit arasında hər hansı fiziki fərq olmadığını bilirik. Elə isə bizə real həyat dediyimiz mühitdə "harada görürsən?" sualı verilsə, "beynimizdə" cavabını verməyin mənası yoxdur. Hər iki vəziyyətdə də görən və qəbul edən ət parçasından ibarət beyin deyil.
Beyni öyrənəndə qarşımıza digər canlı orqanlarda olan zülal və yağ molekulları çıxır. Yəni beyin dediyimiz ət parçasında görüntüləri seyr edərək şərh edəcək, şüuru meydana gətirəcək, qısası, "mən" dediyimiz şeyi yaradacaq bir şey yoxdur.
R. L. Gregory beynin içində mövcud olan görüntünün şərhi haqqında insanların yanlış düşüncəsini belə ifadə edir:
Gözlərin beyində şəkillər əmələ gətirdiyindən söhbət gedir, lakin bu fikirdən çəkinmək lazımdır. Beyində şəkil yarandığı deyilirsə, onu görmək üçün içəridə də göz olmalıdır, lakin bu gözün şəkilini görmək üçün bir gözə də ehtiyac olacaq və bu da sonsuz göz və şəkilin olması deməkdir ki, bu da mümkün deyil.8
Maddədən başqa varlığı qəbul etməyən materialistlərin öhdəsindən gələ bilmədikləri əsl müəmma elə budur: Görən, gördüyünü qavrayan və reaksiya verən "içəridəki göz" kimə aiddir? Karl Pribram da “qavrayışı hiss edən kimdir?” sualına belə diqqət çəkib:
Qədimdən bəri filosoflar "maşının içindəki xəyal", "kiçik insanın içindəki kiçik insan" və s. üzərində daima düşünüblər. Mən, yəni beyni idarə edən varlıq haradadır? Həqiqəti bilən kimdir? Assisili Müqəddəs Françisin də dediyi kimi, "axtardığımız şey baxanın nə olduğudur."9
Gəlin bunu düşünək: Əlinizdəki kitab, içində oturduğunuz otaq, qısası, gördüyünüz bütün görüntülər beyninizin içindədir. Bəs bu görüntüləri atomlar görür? Özü də kor, kar, şüursuz atomlar. Niyə atomların bir hissəsi bu xüsusiyyəti qazandığı halda, digərləri qazanmayıb? Düşünməyimiz, qavramağımız, xatırlamağımız, sevinməyimiz, kədərlənməyimiz, bütün bunlar bu atomlardakı kimyəvi reaksiyalardanmı ibarətdir? Bu sualları diqqətlə düşünəndə, atomlarda şüur axtarmağın mənasız olduğunu görürük. Aydındır ki, görən, eşidən və hiss edən varlıq maddə xaricində varlıqdır. Bu varlıq "canlı"dır və nə maddə, nə də görüntü deyil. Bu varlıq bədənimizdən istifadə edərək hisslərlə təmasa girir.
Elə bu varlıq "ruh"dur
"Maddi dünya" dediyimiz hisslər cəmi elə bu ruh tərəfindən seyr edilən xəyaldır. Necə yuxumuzda gördüyümüz bədənimiz və bizi əhatə edən maddi dünya real deyilsə, eləcə də yaşadığımız kainat və sahib olduğumuz bədən də real deyil.
Mütləq varlıq ruhdur. Maddə yalnız ruhun gördüyü hisslərdən ibarətdir. Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar, atom və molekul yığını və bunların arasındakı kimyəvi reaksiyalar deyil, "ruh"dur.
Gerçək mütləq varlıq
Bütün bu həqiqətlər bizdə çox mühüm bir sual yaradır: Madam ki, maddi dünya olaraq bildiyimiz şey reallıqda ruhumuzun gördüyü hisslərdən ibarətdir, onda bu hisslərin qaynağı nədir?... Bu suala cavab verərkən bu həqiqətə diqqət edilməlidir; maddənin müstəqil gücü yoxdur. Maddə "süni"dir. Yəni bu qavrayış başqa güc tərəfindən yaradılmalıdır. Həm də fasiləsiz yaradılmalıdır. Əgər fasiləsiz yaradılmasa, maddə dediyimiz hisslər də yox olar. Bu, bir televiziya verilişində görüntünün davam etməsi üçün nəşrin də davam etməsi kimidir.
Bəs kim bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi fasiləsiz seyr etdirir? Məlumdur ki, yaşadığımız bütün maddi kainatı, yəni hissləri yaradan və daima yaratmağa davam edən üstün Yaradıcı var. Bu Yaradıcı bu cür mükəmməl yaratdığına görə sonsuz gücə sahibdir.
Belə ki, o Yaradıcı bizə Özünü tanıdır. Yaratdığı kainatla, həmçinin yaratdığı kitabla bizə Özünü, kainatı və bizim niyə var olduğumuzu izah edir.
O Yaradıcı Allah, kitabının adı isə Qurandır
Göylərin və yerin, yəni kainatın sabit və hərəkətsiz olmadığı, yalnız Allah`ın yaratması ilə var olduğu və O, yaratmağı dayandırarsa, yox olacağı bir ayədə belə bildirilir:
Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır.(Fatir surəsi, 41)
Beyin zülal və yağ molekullarından ibarət hüceyrələr yığınıdır. Neyron sinir hüceyrələrindən yaranıb. Şüuru meydana gətirən, əlbəttə, neyronlar deyil. Neyronların quruluşunu araşdıranda qarşımıza atomlar çıxır. Şübhəsiz, şüursuz atomların da şüur yaratması mümkün deyil. Beyin dediyimiz ət parçasında görüntüləri izləyəcək, şüuru meydana gətirəcək, qısası "mən" dediyimiz şeyi yaradacaq güc yoxdur.
Girişdə də bildirdiyimiz kimi, insanların çoxu Allah`ın gücünü qavraya bilmədiklərindən Onu göylərdə olan və dünya işlərinə müdaxilə etməyən varlıq olaraq düşünürlər. Bu məntiqin təməli kainatın maddələr külliyatı olduğu, Allah`ın isə bu maddələrin "xaricində" bir yerdə olduğudur.
Halbuki indiyə qədər araşdırdığımız kimi, maddə qavrayışdan ibarətdir. Gerçək mütləq varlıq isə Allah`dır. Yəni var olan yalnız Allah`dır, Ondan başqa hər şey kölgə varlıqlardır. Beləliklə, Allah`ın maddənin "xaricində" olmasından söhbət gedə bilməz. Allah "hər yerdə"dir və hər yeri əhatə edir. Bu həqiqət Quranda belə izah edilir:
Allah... başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allah`ın izni olmadan Onun qatında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allah`ın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)
Allah`ın məkandan asılı olmadığı və hər yeri əhatə etdiyi başqa bir ayədə belə bildirilir:
Şərq də, qərb də Allah`ındır: hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir! (Bəqərə surəsi, 115)
Quranda insanların Onu görə bilmədiyi, amma Özünün onları gördüyü belə açıqlanır:
Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. (Ənam surəsi, 103)
Yəni biz Allah`ın varlığını gözlərimizlə görə bilmirik, amma Allah bizim daxilimizi, zahirimizi, baxışlarımızı, düşüncələrimizi tamamilə əhatə edib. Onun bilmədiyi bir söz belə deyə bilmərik, hətta nəfəs belə ala bilmərik. "Xarici dünya" hesab etdiyimiz hisslərə tamaşa edərkən, yəni həyatımıza davam edərkən, bizə ən yaxın olan varlıq hər hansı bir hiss deyil, Allah`ın Özüdür. Quranda bu həqiqət "And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!"(Qaf surəsi, 16) ayəsi ilə bildirilir. Bir insan öz bədəninin "maddə"dən yarandığını zənn edərkən bu əhəmiyyətli həqiqəti qavraya bilməz. Çünki özünə ən yaxın olanın yenə öz bədəni olduğunu zənn edəcək. Lakin maddə deyə bir şeyin olmadığını, hər şeyin xəyal olduğunu qavrayanda artıq daxili, xarici, uzaq, yaxın kimi anlayışlar mənasızlaşır. Allah özünü ətraflı əhatə edib və ona "sonsuz yaxın"dır.
Allah insanlara "sonsuz yaxın" olduğunu, "qullarım Məni səndən soruşsa, şübhəsiz ki, Mən (onlara) çox yaxınam..." ayəsi ilə də bildirir. (Bəqərə surəsi, 186) Başqa ayədə keçən, "şübhəsiz Rəbbin insanları ətraflı əhatə etmişdir" ifadəsi də yenə eyni həqiqətdən xəbər verir. (İsra surəsi, 60)
İnsan özünə ən yaxın varlığın yenə özü olduğunu düşünərək səhv edir. Halbuki Allah bizə özümüzdən belə daha yaxındır. "(Can) boğaza yetişdiyi zaman , həmin an siz (can verən adama) baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə (bunu) görmürsünüz"(Vaqiə surəsi, 83-85). Lakin ayədə də bildirildiyi kimi, insanlar gözləri ilə görmədikləri üçün bu möcüzəvi həqiqətdən xəbərsiz yaşayırlar. Kölgə varlıqdan başqa bir şey olmayan insanın Allah`dan müstəqil güc və iradəyə sahib olması da mümkün deyil. Belə ki, "Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır" ayəsi yaşadığımız bütün hadisələrin Allah`ın nəzarəti altında reallaşdığını göstərir. (Saffat surəsi, 96). Quranda bu həqiqət bildirilir və "...atdığın zaman sən atmadın, amma Allah atdı..." ayəsi ilə heç bir hərəkətin Allah`dan müstəqil olmadığı vurğulanır (Ənfal surəsi, 17). İnsan kölgə varlıq olduğu üçün ata bilən özü olmaz. Lakin Allah bu kölgə varlığa özünün atdığı hissini verib. Əslində isə bütün hərəkətləri reallaşdıran Allah`dır. Bu vəziyyətdə insanın etdiyi işləri özünə aid hərəkət kimi qəbul etməsi açıq – aşkar özünü aldatmasıdır.
Bir insan bunu qəbul etməyə bilər, özünü Allah`dan müstəqil varlıq kimi düşünə bilər, amma bu heç nəyi dəyişdirmir.
SAHİB OLDUĞUMUZ HƏR ŞEY ƏSLİNDƏ QAVRAYIŞDIR
Aydın olduğu kimi, xarici aləmin real olmadığı, Allah`ın daima ruhumuza göstərdiyi görüntülərdən ibarət olduğu elmi və məntiqi həqiqətdir. Halbuki insanlar ümumiyyətlə xarici aləm anlayışına hər şeyi daxil etmirlər və ya etmək istəmirlər.
Bu mövzunu diqqətlə düşünsəniz, evinizin, içindəki əşyalarınızın, yaylığınızın, yeni aldığınız avtomobilinizin, ofisinizin, daş – qaşlarınızın, bankdakı hesabınızın, yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz digər şeylərin də sizə göstərilən bu xəyali xarici aləmə aid olduğu həqiqətini hiss edərsiniz. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, iylədiyiniz, qısası, beş duyğunuzla qəbul etdiyiniz hər şey bu "xəyali aləm"ə aiddir, ən sevdiyiniz müğənninin səsi, oturacağın sərtliyi, qoxusunu xoşladığınız ətir, sizi isidən günəş, rəngləri ilə könül oxşayan çiçək, pəncərənizin qabağında uçan quş, dənizdə üzən gəmi, bol məhsul verən bağçanız, istifadə etdiyiniz kompyüter və ya dünyadakı ən keyfiyyətli texnologiya sahib olan musiqi dəstiniz...
Əsl həqiqət də budur, çünki dünya yalnız insanı sınamaq üçün yaradılan görüntülərdən ibarətdir. İnsanlar qısa həyatları boyu əsli olmayan hisslərlə imtahan edilirlər. Bu hisslər isə bəzəkli və cazibədar göstərilir. Bu həqiqətdən Quranda belə bəhs edilir:
"Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır." (Ali imran surəsi, 14)
İnsanların çoxu sahib olduqları və ya olmağa çalışdıqları malların, pulların, yığdıqları qızılların, gümüşlərin, ləl-cəvahiratların, kredit kartlarının, istifadə etdikləri paltarların, son model avtomobillərin, qısası, hər cür zənginliyin sehri ilə dinlərini kənara buraxır, axirəti unudur və yalnız dünyaya yönəlirlər. "İşim var", "ideallarım var", "məsuliyyətlərim var", "vaxtım məhduddur", "çatdırmalı olduğum işlər var", "daha sonra edəcəm" deyərək, dünyanın "bəzəkli və cazibədar" üzünə aldanıb namaz qılmır, pulundan Allah yolunda xərcləmir , axirət üçün ibadət etmirlər. Yalnız dünyada qazanc əldə etmək üçün ömürlərini sərf edirlər. "Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər.” (Rum surəsi, 7)
İnsan bu deyilənlər haqqında bir az düşünsə, bu heyranedici, möcüzəvi vəziyyəti özü də görər. Yəni dünyadakı bütün hadisələrin xəyaldan ibarət olduğunu…
Məqalənin bu hissəsində danışdıqlarımız, yəni hər şeyin görüntü olduğu həqiqəti isə bütün bu həvəs və ehtirasları mənasızlaşdırır. Çünki bu həqiqətin dərk edilməsi insanların sahib olduqları və olmağa çalışdıqları hər şeyin, bağlandıqları mülklərinin, varlıqları ilə fərəhləndikləri uşaqlarının, özlərinə ən yaxın bildikləri yoldaşlarının ən sevdikləri bədənlərinin, üstünlük olaraq gördükləri mövqelərinin, oxuduqları məktəblərin, keçirdikləri tətillərin bir xəyaldan ibarət olduğunu göstərməkdir. Buna görə də bu xəyal üçün sərf edilən zaman boşa gedir.
Bəzi insanlar sahib olduqları mal və mülkləri ilə, yaxtaları, vertolyotları, fabrikləri, holdinqləri, villaları, əraziləri ilə sanki bunlar var imiş kimi sevinməklə çox cılız düşünürlər. Yaxtalarında "genələrək" gəzən varlılar, yoldaşlarına avtomobilləri ni nümayiş edənlər, mallarını hər fürsətdə dilə gətirənlər, mövqelərinin özlərini hamıdan üstün etdiyini zənn edənlər, bunlarla nümayiş etdiklərini düşünənlər, əslində xəyal ilə lovğalandıqlarını anlayanda nə hala düşəcəklərini bilməlidirlər.
Bunların bənzərlərini yuxularında da tez-tez görürlər. Yuxularında da evləri, çox sürətli avtomobilləri, son dərəcə qiymətli daş – qaşları, pulları, qızıl və gümüşləri var. Yuxularında da yüksək vəzifədə olurlar, minlərlə insanın işlədiyi fabrikləri olur, çoxlu insanı idarə edəcək gücləri olur, hər kəsin heyran qaldığı paltarlar geyinirlər. Lakin necə ki, yuxuda sahib olduqları ilə sevinmək onları gülməli vəziyyətə salırsa, eyni şəkildə bu dünyada da bunlara sevinmək gülüncdür. Hər ikisi beyindəki görüntüdən fərqli bir şey deyil.
Var – gücü ilə dünya üçün mübarizə aparanlar, fırıldaqçılıq edənlər, rüşvət alanlar, saxtakarlıq edənlər, yalan danışanlar, xəsislik edənlər, insanları incidənlər, döyüb söyənlər, azğınlaşmış təcavüzkarlar, vəzifə hərisliyi ilə alışanlar, həsəd edənlər, özünü göstərənlər xəyal içində yaşadıqlarını biləndə məyus olacaqlar.
Unutmayaq ki, "dünya" dediyimiz görüntüləri yaradan Allah olduğuna görə bu dünyadakı hər şeyin əsl sahibi də yalnız Allah`dır. Bu həqiqət Quranda xüsusi vurğulanır:
Göylərdə və yerdə nə varsa, Allah`a məxsusdur. Allah hər şeyi əhatə edir.(Nisa surəsi, 126)
Xəyali həvəslər uğrunda dini kənara qoymaq və buna görə sonsuz həyatı itirmək isə çox böyük ağılsızlıqdır. Bu insana sonsuz itki gətirir. Lakin qarşılaşdığınız həqiqət bütün sahib olduğunuz və hərisliklə bağlandığınız var-dövlət, uşaqlar, yoldaşlar, vəzifələr gələcəkdə yox olacaq, ona görə mənası yoxdur demək deyil, bu sahib olduqlarınızı Allah sizi sınamaq üçün göstərdiyi görüntüdür deməkdir. Diqqət etsəniz bu ikisi arasında çox böyük fərq var.
İnsan bu həqiqəti hal – hazırda qəbul etməsə belə, ölümünün ardınca yenidən diriləndə, yəni axirətdə hər şey çox dəqiq ortaya çıxacaq. O gün insanın "görüş gücü itiləşəcək"(Qaf surəsi, 22) və hər şeyi daha aydın şəkildə görəcək. Əgər dünyadakı həyatını xəyali məqsədlər uğrunda sərf edibsə, orada heç yaşamamağı arzulayacaq, “kaş ilk ölümüm həmişəlik olaydı, var-dövlətim məni (əzabdan) qurtarmadı. Hökmranlığım da məhv olub getdi” deyərək həlak olacaq.(Həqqa surəsi, 27-29)
Ağıllı insan bu böyük həqiqəti zaman varkən burada qavramağa çalışmalıdır. Əks təqdirdə, bütün ömrünü xəyalları uğrunda sərf edib bütün həyatını məhv edər. Allah dünyada xəyallar ardınca qaçıb öz Yaradıcısını unudan bu insanların son vəziyyətlərini belə bildirir:
Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allah’ı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)
MATERİALİSTLƏRİN MƏNTİQSİZLİYİ
Bu bölmədə maddənin materialistlərin iddia etdikləri kimi mütləq varlıq olmadığı, əksinə Allah tərəfindən yaradılan hisslərdən ibarət olduğu elm tərəfindən sübut edildi. Materialistlər isə bütün fəlsəfələrini yox edən bu həqiqətə qarşı aparılan bütün tədqiqatları rədd edərək müqavimət göstərirlər və heç bir mənası olmayan fikirlər irəli sürürlər.
Məsələn, materialist fəlsəfənin 20 – ci əsrdəki ən böyük müdafiəçilərindən olan marksist Corc Politzer maddənin varlığının "böyük dəlili" olaraq "avtobus nümunəsi"ni vermişdir. Politzerə görə maddənin hiss olduğunu müdafiə edən mütəfəkkirlər də şossedə avtobus gördükləri zaman əzilməmək üçün qaçırlar və bu maddənin obyektiv varlığının sübutudur.10
Başqa bir tanınmış materialist Conson isə özünə maddənin hisslərdən ibarət olduğu izah ediləndə, daşlara təpik ataraq onların fiziki varlıqlarını "sübut etməyə" çalışıb.11
Buna oxşar nümunə Politzerin müəllimi və dialektik materializmin Marksla birlikdə qurucusu olan Fridrix Engels tərəfindən verilib. Engels "əgər yediyimiz tortlar hiss olsaydı, aclığımız keçməzdi" deyə yazıb.12
Marks, Engels, Lenin kimi məşhur materialistlərin kitablarında həmişə belə nümunələrə və "maddənin varlığını yumruq yeyəndə başa düşərsiniz" kimi əsəbi cümlələrə rast gəlmək olar.
Materialistlərin bütün bu nümunələrinə səbəb olan qavrayış pozuqluğu isə "maddə hissdir" izahını "maddə işıq oyunudur" şəklində dərk etmələridir. Qavrayışın yalnız görməklə məhdud olduğunu, toxunma kimi hisslərin isə obyektiv qarşılığı olduğunu düşünürlər. İnsana avtobus vuran da "baxın vurdu, deməli hiss deyil" deyirlər. Onlar avtobus vurduğu zaman yaşanan sərtlik, zərbə və ağrı kimi bütün hisslərin də yalnız beyində əmələ gəlməsini heç cür qəbul etmirlər.
Yuxu nümunəsi
Bu həqiqəti yuxu ilə daha yaxşı izah etmək olar. İnsan yuxuda real hadisələr yaşayır. Nərdivandan yıxılıb ayağını sındırır, ağır yol qəzası keçirir, avtobusun altında qalır, acanda tort yeyib doyur. Gündəlik həyatda rast gəlinən hadisələrin oxşarları yuxuda da eyni dəqiqliklə, eyni hisslərlə yaşanır. Yuxusunda özünü avtobusun vurduğunu görən insan yenə yuxusunda qəzadan sonra gözünü xəstəxanada açır, şikəst qaldığını başa düşür, amma əslində bu yuxudur. Yenə yuxusunda yol qəzasının ardınca öldüyünü, ölüm mələklərinin canını aldığını, axirət həyatının başladığını görür.
Yuxusunda yaşadığı bütün bu hadisələrin görüntülərini, səslərini, sərtlik hissini, ağrını, işığı, rəngləri, hər cür hissi çox aydın şəkildə hiss edir. Yuxuda təmasda olduğu hisslərin hamısı real həyatdakı kimi təbiidir. Yuxusunda yediyi tort hisslərdən ibarət olmasına baxmayaraq, onu doyurur. Çünki doymaq da hissdir. Halbuki o anda çarpayıda uzanıb yatır. Nə nərdivan, nə yol, nə avtobus, nə də tort var. Yuxudakı insan xarici dünyada olan hissləri yaşayır və görür. Yuxuda "xarici aləm"də maddi qarşılığı olmayan hadisələrin yaşanılması "xarici aləm"in tamamilə hisslərdən ibarət olduğunu aydın şəkildə ortaya qoyur.
YUXUDAKI DÜNYA
Sizin üçün maddə əllə tutulan, gözlə görülən şeydir. Halbuki yuxuda da əlinizlə pulu tutub, gözünüzlə görürsüz, amma reallıqda nə əliniz var, nə də gözünüz. Bütün bunları beynin xaricində yaradan heç nə yoxdur. Sadəcə olaraq, aldanırsınız.
Bəs yuxu ilə həyatı ayıran nədir? Nəticədə hər ikisi beynin içində yaranır. Yuxu zamanı həqiqət olmayan dünyada rahat yaşayırıqsa, bu, həyata da aiddir. Yuxudan oyananda həyat dediyimiz daha uzun yuxuya başladığımızı düşünməyimizə heç bir maneə yoxdur. Yuxunu xəyal, dünyanı həqiqət saymağımızın səbəbi yalnız vərdişlərimiz və ön mühakimələrimizdir və bu vəziyyət bir gün bu gün yaşadığımızı düşündüyümüz dünya həyatından oyandırılacağımızı göstərir.
Materialist fəlsəfəni mənimsəyənlər, xüsusilə də marksistlər özlərinə bu həqiqət izah ediləndə əsəbləşirlər. Marksın, Engelsin, Leninin bu mövzudakı səthi və cahilcə məntiqləri ilə mövzunu izah edirlər.
Halbuki bu şəxslər eyni izahları yuxularında da etdiklərini düşünürlər. Yuxularında da Das Kapitalı oxuyur, mitinqlərdə iştirak edir, polislə mübahisə edir, başlarına daş dəyir və hətta bu yaranın ağrısını hiss edirlər. Yuxularında özlərinə sual verəndə, o an gördükləri şeyləri də "mütləq maddə" kimi qəbul edirlər. Eynilə oyaq olanda gördükləri şeyləri də "mütləq maddə" düşündükləri kimi. Amma istər yuxuda olsun, istər gündəlik həyatda olsun, gördüklərinin və yaşadıqlarının hamısı sadəcə hisslərdir.
Sinirlərin paralelliyi nümunəsi
Politzerin yol qəzası nümunəsinə baxaq: Bu qəzada avtobusun altında əzilən insanın beş duyğu orqanından beyninə gedən sinirlər başqa insanın, məsələn, Corc Politzerin beyninə paralel əlaqə ilə bağlansa, qəzadakı insanı avtobus vuranda, eyni vaxtda evində oturan Politzeri də avtobus vuracaq . Daha doğrusu, qəzaya düşən insanın yaşadığı hisslərin hamısını, musiqi teybindən bağlanan iki ayrı kolonkadan eyni mahnının eşidilməsinə oxşar şəkildə, Politzer də yaşacaq. Politzer də evində oturduğu halda, avtobusun siqnal səsini, bədəninə vurmasını, sınıq qol və axan qan görüntülərini, ağrılarını, xəstəxana görüntülərini, gipsin sərtliyini, qolunun gücsüzlüyünü hiss edəcək, görəcək və yaşayacaq. Qəzadakı insanın sinirləri neçə nəfərə bağlansa, bunların hamısı eyni Politzer kimi, qəzanı əvvəldən axıra kimi yaşayacaq. Qəzadakı insan komaya girsə, hamısı komaya girəcək. Hətta yol qəzasına aid hisslərin hamısı hər hansı texniki alətə yazılsa və bu hisslər daima əvvəllə çevirərək başqasına verilsə, bu insanı da dəfələrlə avtobus vuracaq.
Bəs onda hansını vuran avtobus həqiqidir? Materialist fəlsəfənin bu suala verəcəyi qərəzsiz cavabı yoxdur. Doğru cavab yol qəzasını hamısının öz zehinlərində bütün təfsilatı ilə yaşadığıdır.
Tort yemək və daşa təpik vurma nümunələri üçün də vəziyyət eynidir. Tort yeyəndə qarnında tortun şişkinliyini və toxluğunu hiss edən Engelsin duyğu orqanlarına aid sinirləri paralel olaraq başqa insanın beyninə bağlansa, Engels tort yediyi və doyduğu anda o da tort yeyib doyacaq. Daşa təpik vuranda ayağı ağrıyan materialist Consonun sinirləri paralel olaraq başqasına bağlansa, o da daşa vuracaq və ağrıyacaq.
Yaxşı, hansı tort və daş həqiqətdir? Materialist fəlsəfə buna da qərəzsiz cavab verə bilməz. Doğru və qərəzsiz cavab budur: Həm Engels, həm digər şəxs tortu öz beyinlərində yeyib doyublar. Həm Conson, həm digəri daşa təpik vurmaq anını öz zehinlərində bütün təfsilatı ilə yaşayıblar.
Yuxarıda Politzere aid verdiyimiz nümunədə dəyişiklik edək; evində oturan Politzerin sinirlərini avtobusun vurduğu insanın beyninə, onun sinirlərini isə Politzerin beyninə bağlayaq. Bu vəziyyətdə Politzer evində oturduğu halda, ona avtobus vurduğunu zənn edəcək, avtobusun vurduğu insan isə qəzanın bütün şiddətinə baxmayaraq, bunu əsla hiss etməyəcək, çünki özünün evdə oturduğunu düşünəcək. Bu məntiq tort yemək və daşa təpik vurmaq nümunələrinə də aiddir.
Aydın olduğu kimi, insanın hisslərini kənara çıxması mümkün deyil. Bu vəziyyətdə də insanın ruhuna, bədəni və heç bir maddi varlığı olmadığı halda, hər şey seyr etdirilə biləcək. Belə ki, insanın bunu anlaması mümkün deyil, hətta baxdığı üç ölçülü mükəmməl görüntüləri əsli zənn edib, varlığından da olduqca əmin olacaq. Çünki hər insan duyğu orqanlarına hiss etdirilən hisslərdən asılıdır.
İngilis filosofu David Hume bu həqiqətlə bağlı düşüncələrini belə ifadə edib:
Səmimi şəkildə özüm dediyim şeyə daxil olduğum zaman mən isti və ya soyuğa, işıq və ya kölgəyə, eşq və ya nifrətə, ağrı və ya zövqə aid xüsusi hissə və ya başqa şeyə daima rast gəlirəm. Mən hiss olmadan hər hansı vaxtda özümü əsla tuta bilmərəm və əsla hissdən başqa bir şeyi müşahidə edə bilmərəm.13
Hisslərin beyində yaranması fəlsəfə deyil, elmi həqiqətdir
Materialistlər burada izah etdiklərimizin fəlsəfi fikir olduğunu iddia edirlər. Halbuki bizim "xarici aləm" dediyimiz şeyin hisslərdən ibarət olduğu fəlsəfə deyil, elmi həqiqətdir. Görüntünün və hisslərin beyində necə yarandığı bütün tibb fakültələrində təfsilatı ilə keçirilir. Başda müasir fizika olmaqla, 20 – ci əsr elminin ortaya qoyduğu həqiqətlər, maddənin mütləq olmadığını, hamının "beynindəki ekran"ı izlədiyini aydın göstərir. Bunu, istər ateist olsun, istər buddist olsun, istər başqa inanca və ya düşüncəyə sahib olsun, elmə inanan hər kəs qəbul etməlidir. Bir materialist öz ağlı ilə Allah`ın varlığını inkar edə bilər, amma bunu inkar edə bilməz.
Yaşadıqları şəraitin elmi anlayışı və imkanları kifayətsiz də olsa, Karl Marks, Fridrix Engels, Corc Politzer və digərlərinin bu qədər asan və aydın həqiqəti başa düşməmələri təəccüblüdür. Amma hal – hazırda elmin və texnologiyanın imkanları yüksək səviyyədə inkişaf edib və bu imkanlar açıq – aşkar həqiqətin qavranılmasını daha da asanlaşdırır. Materialistlər isə həm qismən də olsa bu mövzunu qavramanın, həm də bu mövzunun öz fəlsəfələrini necə məhv etməsinin qorxusu ilə yaşayırlar.
Materialistlərin böyük qorxusu
Türkiyədəki materialist tərəfdarlardan bu mövzu ilə əlaqəli bir müddət reaksiya gəlmədi. Bu da bizdə mövzunun kifayət qədər təfsilatı ilə izah edilmədiyi təəssüratı doğurdu. Lakin qısa müddət sonra materialistlərin bu mövzunun gündəmə gəlməsindən çox böyük narahatlıq keçirdikləri, hətta bundan qorxuya düşdükləri ortaya çıxdı. Materialistlərin yaşadıqları bu qorxu çoxdandır ki, öz nəşrlərində, konfranslarında, sosial mediada yüksək səslə ifadə edilir. İstifadə etdikləri üsluba baxdıqda, ciddi fikri böhran yaşadıqları aydın olur. Fəlsəfələrinin kökü olan təkamül nəzəriyyəsinin elmi yöndən çökdürülməsi ilə ciddi sarsıntı yaşamağa başladılar. Lakin indi Darvinizmdən daha əhəmiyyətli dayaqlarını, şəxsən maddənin özünü itirməyə başladıqlarını anladılar və daha böyük sarsıntı keçirdilər. Bu mövzunun özləri üçün "ən böyük təhlükə" olduğundan, öz "mədəni toxumlarını tamamilə yıxdığından" danışdılar.
Türkiyədəki materialist tərəfdarların yaşadıqları narahatlığı ən aydın şəkildə ifadə edənlərdən biri materializmin kəskin müdafiəçisi, Elm və Utopiya jurnalının yazıçısı və eyni zamanda müəllim olan Rennan Pekünlü oldu. Pekünlü istər öz jurnalında yazdığı yazılarda, istərsə də sözünün keçdiyi bir sıra panellərdə Təkamül Saxtakarlığı kitabını bir nömrəli "təhlükə" olaraq göstərdi. Kitabda Pekünlünü ən çox narahat edən isə bura qədər haqqında danışdığımız hissə idi. Oxucularına və dinləyicilərinə "əsla idealizmin bu təlqinlərinə fikir verməyin, materializmə olan sədaqətinizi qoruyun" mesajları verən Pekünlü özünə nümunə kimi Rusiyadakı qanlı kommunist inqilabının lideri Vladimir I. Lenini görürdü. Leninin bir əsr əvvəl yazdığı “Materializm və Ampiryokritisizm” adlı kitabını oxumağı hər kəsə tövsiyyə edən Pekünlünün etdiyi tək şey isə yenə Leninə aid olan "əsla bu mövzunu düşünməyin, yoxsa materializmi itirərsiniz və özünüzü dinə fəda edərsiniz" şəklindəki xəbərdarlıqları təkrarlamaq idi. Pekünlü adı keçən materialist nəşriyyatında yazdığı məqalədə Lenindən bu sətirləri yazıb:
Duyğularımızla qəbul etdiyimiz obyektiv həqiqəti bir dəfə yadırğadınsa, şübhəçiliyə (aqnostisizm) və subyektivliyə meyil edəcəyin üçün fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən. Bu da fideizmin istədiyi şeydir. Barmağını uzatdınmı, əvvəl qolun, sonra bütün mənliyin gedər. Duyğuları obyektiv dünyanın görüntüsü olaraq deyil, xüsusi element olaraq görsən, başqa sözlə desək, materializmdən uzaqlaşsan, mənliyini fideizmə vermiş olarsan. Sonra duyğun, ağlın, ruhun, istəyin heç kimin olar.14
Bu sətirlər Leninin böyük qorxu ilə hiss etdiyi və həm öz ağlından, həm də yoldaşlarının ağlından silmək istədiyi həqiqətin dövrümüzdəki materialistləri də eyni şəkildə narahat etdiyini göstərir. Amma Pekünlü və digər materialistlər Lenindən daha da böyük narahatlıq keçirirlər. Çünki bu həqiqətin bundan 100 il əvvəllə nisbətən daha dəqiq, qəti və güclü halda ortaya çıxdığını görürlər. Bu mövzu bütün dünya tarixində ilk dəfə bu qədər qarşısı alınmaz şəkildə izah edilir. Amma yenə də bəzi materialist alimlər "maddənin xəyaldan ibarət olduğu" həqiqətini səthi düşüncə ilə qiymətləndirirlər. Çünki burada izah edilən mövzu insanın həyatında qarşılaşacağı ən əhəmiyyətli, həyəcanlı mövzulardan biridir. Bu qədər təəccüblü mövzu ilə əvvəllər üz-üzə gəlmələri mümkün deyil. Buna baxmayaraq, bu alimlərin verdikləri reaksiyalar və ya monoloqlarında və yazılarındakı üslub çox səthi qavrayışa sahib olduqlarını göstərir.
Belə ki, bəzi materialistlərin burada izah edilənlərə göstərdikləri reaksiyalar, materializmə olan kor-koranə bağlılıqlarının onlarda hardasa məntiqi təxribat yaratdığını və beləliklə, mövzunu anlamadıqlarını göstərir. Məsələn, yenə “Elm və Utopiya” jurnalının yazıçısı müəllim Ələddin Şenel Rennan Pekünlü kimi "Darvinizmin çökdürülməsi bir tərəfə qalsın, əsl təhlükə bu mövzudur" mesajlarını verib. Öz fəlsəfəsinin dayağı olmadığını hiss etdiyi üçün də "elə isə siz izah etdiklərinizi sübut edin" mənasını verən istəklərini bildirib. Lakin əsl maraqlı olan bu yazarın təhlükə kimi gördüyü həqiqəti heç cür qavramadığını göstərən sətirlər yazmasıdır. Məsələn, Şenel bu mövzu haqqındakı məqaləsində xarici dünyanın beynin içindəki görüntü olduğunu qəbul edib. Amma görüntülərin maddi qarşılığı olan və olmayan şəklində iki qrupa ayrıldığını söyləyərək, xarici dünya ilə əlaqədar görüntülərin maddi qarşılığı olduğu nəticəsinə gəlib. Bu iddiasını dəstəkləmək üçün də telefon nümunəsini göstərib. Qısası, "beynimdəki görüntülərin xarici dünyada qarşılığı olub olmadığını bilmirəm, amma eyni şey telefon danışığına bənzəyir. Telefonla danışanda qarşımdakı insanı görə bilmirəm, lakin sonradan üz-üzə danışanda bu danışığı təsdiqlədə bilərəm" deyə yazıb.15
Yazıçı bu oxşarlıqla bunu nəzərdə tutur: "Əgər hisslərimizdən şübhələnsək, maddənin əslinə baxıb həqiqəti idarə edə bilərik." Halbuki bu yanlışdır, çünki bizim maddənin əslinə qovuşmağımız qəti şəkildə mümkün deyil. Heç vaxt beynimizin xaricinə çıxıb xaricdə nə olduğunu bilmərik. Telefondakı səsin qarşılığı olub olmadığı telefondakı insana təsdiqlədə bilər. Amma bu da tamamilə beyində yaşanan xəyaldan ibarətdir. Belə ki, bu şəxslər eyni hadisələri yuxularında da yaşayırlar. Məsələn, Şenel yuxusunda da telefonla danışdığını, sonra bunu danışdığı insana təsdiqlətdiyini görə bilər və ya Pekünlü yuxusunda "böyük təhlükə" ilə qarşı-qarşıya olduğunu hiss edib, qarşısındakı insanlara Leninin əsrlik əsərlərini tövsiyə edə bilər. Amma bu materialistlər nə etsələr də, yaşadıqları hadisələrin, danışdıqları şəxslərin hisslərdən ibarət olduğu həqiqətini inkar edə bilməzlər.
Onda beyindəki görüntülərin qarşılığının olub olmadığı kimə təsdiqlədiləcək? Yenə beyində yaranan kölgə varlıqlaramı? Şübhəsiz, materialistlərin beynin xaricinə aid məlumatı əldə edəcək, təsdiqlədəcək məlumat qaynağı tapmağı mümkün deyil.
Bütün hisslərin beyində yarandığını qəbul etmək, lakin istədiyi vaxt bunun xaricinə çıxıb hisslərin həqiqiliyini xarici dünya ilə təsdiqlətmək insanın məhdud düşüncəyə, yanlış məntiqə sahib olduğunu göstərir.
Halbuki burada haqqında danışdığımız həqiqət normal düşüncəyə və məntiqə sahib olan insanın rahat qəbul edəcəyi mövzudur. Ön mühakiməsiz hər insan xarici dünyanın varlığını duyğu orqanları vasitəsilə təcrübədən keçirməyin mümkünsüzlüyünü anlayar. Lakin gördüyümüz kimi materializmə olan kor-koranə bağlılıq insanların ağılla düşünmələrinin qarşısını alır. Buna görə dövrümüzdəki materialistlər də maddənin varlığını daşlara təpik vuraraq və ya tort yeyərək sübut etməyə çalışan müəllimləri kimi məntiqsizdirlər.
Buçox təəccüblü mövzu deyil. Çünki dünyanı və hadisələri doğru məntiqlə izah edə bilməmək inkarçıların ortaq xüsusiyyətidir. Allah Quranda inkarçıların "ağılla düşünə bilməyən birlik" olduqlarını xüsusilə vurğulayır. (Maidə surəsi, 58)
Materialistlər tarixin ən böyük tələsinə düşüblər
Türkiyədəki materialist tərəfdarların narazılıqları və burada yalnız bir neçə əlamətinə toxunduğumuz çaxnaşma atmosferi, əslində materialistlərin bu günə kimi rastlaşmadıqları məğlubiyyətlə üz – üzə olduqlarını göstərir. Maddənin hissdən ibarət olduğu həqiqəti müasir elm tərəfindən sübut edilib və daha aydın, qəti və güclü şəkildə meydana çıxarılıb. Materialistlər kor – koranə inandıqları, güvəndikləri maddi dünyanın içindəki hər şeylə birlikdə tamamilə yox olduğunu görür və buna qarşı heç nə edə bilmirlər. Tarix boyu materialist düşüncə həmişə olub və bu şəxslər özlərindən və müdafiə etdikləri fəlsəfədən əmin şəkildə özlərini yaradan Allah`a qarşı çıxıblar. Yazdıqları ssenariyə görə maddə əzəli və əbədidir və bütün bunların Yaradıcısı yoxdur. Yalnız təkəbbürlərindən dolayı Allah`ı rədd etdikləri üçün var qəbul etdikləri maddənin arxasında gizləndilər. Bu fəlsəfədən elə əmin idilər ki, heç vaxt bunun əksinin sübutu olacağını düşünmürdülər.
Elə buna görə də haqqında danışdığımız həqiqətlər bu şəxsləri böyük çaşqınlığa salıb. Çünki bu həqiqət onların fəlsəfələrini məhv edib. Bütün düşüncələrini, həyatlarını, qürurlarını və inkarlarını üzərində qurduqları maddə birdən – birə əllərindən uçub gedib. Maddə yoxdur ki, materialism də mövcud olsun.
Allah`ın sifətlərindən biri, inkarçılara tələ qurmasıdır. "...Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır.” (Ənfal surəsi, 30)
Allah maddəni varmış kimi göstərərək materialistləri tələyə salıb və tarixdə rast gəlinməyən qədər alçaldıb. Mallarını, mülklərini, mövqelərini, ünvanlarını, yaşadıqları cəmiyyəti, bütün dünyanı və əslində xəyaldan ibarət olan hər şeyi həqiqi biliblər, həmçinin bunlara güvənərək Allah`a qarşı təkəbbür göstəriblər. Lovğalanaraq Allah`a üsyan ediblər. Bunları edəndə də güc aldıqları tək şey maddə olub. Beləliklə, elə düşüncəsiz olublar ki, Allah`ın özlərini əhatə etdiyini heç düşünməyiblər. Allah inkarçıların düşüncəsizliyi ucbatından düşəcəkləri vəziyyəti Quranda belə xəbər verir:
Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar. (Tur surəsi, 42)
Bu, bəlkə də tarixdə rast gəlinən ən böyük məğlubiyyətdir. Materialistlər lovğalanarkən, əslində böyük tələyə düşüblər, Allah`a qarşı apardıqları müharibədə qəti olaraq məğlub olublar. "Beləliklə, hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada (mümkün qədər) yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və (bunu da) hiss etmirlər" ayəsi Yaradıcılarına üsyan edən inkarçıların şüursuzluq içində olduqlarını və hansı sonla qarşılaşacaqlarını aydın şəkildə xəbər verir(Ənam surəsi, 123). Başqa ayədə isə bu həqiqət belə vurğulanır:
Onlar Allah`ı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və (bunu) anlamırlar. (Bəqərə surəsi, 9)
İnkarçılar tələ qurmağa cəhd etdikləri halda, şüursuzca çox vacib həqiqətdən - yaşadıqları bütün hadisələrin xəyal olduğu və hər hərəkətləri kimi qurduqları tələlərin də beyinlərində yaranan görüntüdən ibarət olduğundan xəbərsiz olublar. Bu düşüncəsizliklərinə görə Allah ilə tək olduqlarını unudaraq özlərini hiyləli nizama salıblar. Hər dövrdə olduğu kimi, bu dövrdə də Allah inkarçıların bütün hiyləli nizamlarını kökündən məhv edəcək həqiqətlə üz - üzə gətirib. Allah "...heç şübhəsiz, şeytanın hiyləsi çox zəifdir" ayəsi ilə bu nizamların hələ ilk yarandıqları vaxtdan sonda dağılacaqlarını da xəbər verib (Nisa surəsi, 76). Möminləri də "...onların hiyləli nizamları sizə heç bir zərər verə bilməz" ayəsi ilə müjdələyib(Ali-İmran surəsi, 120).
Allah başqa ayədə "inkar edənlərin işləri ilğıma bənzər, susayan onu su sanar, əlini uzadar, lakin yanında bir şey tapmaz" deyə xəbər verir (Nur surəsi, 39). Materializm də bu ayədə bildirildiyi kimi, üsyan edənlər üçün ilğımdır. Ona güvənərək əllərini uzadan da hər şeyin xəyaldan ibarət olduğunu anlayır. Allah onları ilğımla aldadıb, bütün hissləri var kimi göstərib. Mütəfəkkirlər, professorlar, astronomlar, bioloqlar, fizioloqlar hansı vəzifədə olmalarından asılı olmayaraq, maddəni ilahlaşdırdıqlarına görə uşaq kimi aldadılıb və alçaldılıblar. Bu hissləri mütləq qəbul edərək onun üzərində fəlsəfələrini, ideologiyalarını qurublar, bu mövzuda ciddi müzakirələr aparıblar. Bununla da özlərini çox ağıllı hesab ediblər, kainat haqqında fikir bildirəcəklərini zənn ediblər və məhdud ağılları ilə Allah`ı tanıyacaqlarına inanıblar. Allah onların bu vəziyyətini aşağıdakı ayədə belə bildirir:
Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali - İmran surəsi 54)
Dünyada bəzi tələlərdən xilas olmaq mümkündür, lakin Allah`ın inkar edənlərə qurduğu bu tələ elə möhkəmdir ki, əsla qurtuluşları yoxdur. Nə etsələr də, kimə müraciət etsələr də özlərini qurtaracaq Allah`dan başqa köməkçi tapmaqları mümkün deyil. Allah`ın Quranda xəbər verdiyi kimi, "...özləri üçün Allah`dan başqa bir (vəkil) qoruyucu və köməkçi tapa bilməyəcəklər." (Nisa surəsi, 173) Materialistlər belə tələyə düşəcəklərini heç gözləmirdilər. 20 – ci əsrin bütün imkanları əllərində olduğu halda, rahat inkar edəcəklərini və insanları da inandıracaqlarını düşünürdülər. Allah inkarçıların sonunu Quranda belə bildirir:
Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar (bunu) hiss etmədilər. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik. (Nəml surəsi, 50-51)
Ayələrdə izah edildiyi kimi, materialistlərə sahib olduqları hər şeyin xəyaldan ibarət olduğu açıqlanıb, yəni əllərindəki hər şey kütləvi şəkildə yox edilib. Onlar varlığına inandıqları mallarının, fabriklərinin, qızıllarının, pullarının, uşaqlarının, yoldaşlarının, dostlarının, vəzifələrinin, hətta öz bədənlərinin əllərindən çıxdığına şahidlik etdikləri halda, bir mənalı şəkildə "yox olublar". Maddə halından çıxıb ruh halına düşüblər. Şübhəsiz, bu həqiqəti qəbul etmək materialistlər üçün dəhşətli hadisədir. Çünki sahib olduqları hər şeyin xəyaldan ibarət olması onlara görə ölümə bərabərdir.
Allah "özünü tək olaraq yaratdığım (bu insan)ı Mənə burax" ayəsi ilə hər insanın Öz qatında tək olduğu həqiqətinə diqqət çəkib. (Muddəssir surəsi, 11) Bu möcüzəvi həqiqət bir çox ayədə xəbər verilib:
Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz… (Ənam surəsi, 94) Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)
Yəni maddəni ilahlaşdıranlar Allah`dan gəlib və yenə Ona dönəcəklər. İstəklərindən asılı olmayaraq, Allah`a təslim olublar. İndi hesab gününü gözləyirlər və o gün hamısı tək-tək sorğuya çəkiləcəklər. Hər nə qədər başa düşmək istəməsələr də...
NƏTİCƏ
Bura qədər izah etdiyimiz mövzu həyatınız boyu sizə izah edilmiş ən böyük həqiqətlərdən biridir. Çünki bütün maddi dünyanın əslində kölgə varlıq olduğunu sübut edən bu mövzu Allah`ın varlığının və yaradılışının qavranmasının, Onun tək mütləq varlıq olduğunun başa düşülməsinin açarıdır.
Bu mövzunu dərk edən insan dünyanın, əslində, əksər insanın düşündüyü kimi yer olmadığını görər. Dünya küçələrdə boş gəzənlərin, meyxanalarda mübahisə edənlərin, bahalı kafelərdə bir-birlərinə özlərini göstərənlərin, malları ilə lovğalananların, həyatlarını boş işlərə sərf edənlərin bildiyi kimi, mütləq yer deyil. Sadəcə hisslərdən ibarət xəyaldır. Saydığımız insanların hamısı bu hissləri beyinlərində seyr edən kölgə varlıqdır, amma bunun fərqində deyillər.
Bu mövzu çox vacibdir və Allah`ı inkar edən materialist fəlsəfəni tamamilə məhv edir. Marks, Engels, Lenin kimi materialistlərin bu mövzunu eşidəndə çaxnaşmaya düşmələri, hirslənmələri, tərəfdarlarını "bu mövzu haqqında düşünməyin" deyə xəbərdarlıq etmələri buna görədir. Əslində, bu şəxslər hisslərin beyində yaranması həqiqətini qavrayamayacaq qədər acizdirlər. Beyinlərinin içində tamaşa etdikləri dünyanı xarici aləm zənn edirlər, bunun əksini sübut edən dəlilləri isə başa düşə bilmirlər.
Bu qəflət Allah`ın inkarçılara verdiyi ağıl əskikliyidir. Çünki Quranda bildirildiyi kimi, inkarçıların "Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır." (Əraf surəsi, 179)
Bu mövzu haqqında səmimi şəkildə düşünərək də tapa bilərsiniz. Bunun üçün diqqətinizi toplayın, ətrafınızdakı cisimləri necə gördüyünüz və onlara necə toxunduğunuz haqqında düşünün. Əgər diqqətlə düşünsəniz, görən, eşidən, toxunan, düşünən və hal – hazırda bu kitabı oxuyan ağıllı varlığın yalnız ruh olduğunu hiss edə bilərsiniz. Bunu dərk edən insan onu aldadan maddi dünya anlayışından uzaqlaşıb real varlıq anlayışını qəbul edər.
Tarix boyu bəzi dindar və filosoflar tərəfindən də bu mövzu izah edilib. İmam Rəbbani, Muhyiddin Ərəbi, Mövlana Cami kimi İslam alimləri bu həqiqəti Qurandakı işarələr ilə və ağılla tapıblar. Həmçinin Corc Berkeley kimi bəzi qərbli filosoflar da bu həqiqəti dərk ediblər. İmam Rəbbani bütün kainatdakı hər şeyin “xəyal və hiss" olduğunu və tək mütləq varlığın Allah olduğunu belə izah edib:
Allah... yaratdığı varlıqların bədənlərini yoxluqdan başqa bir şey etmədi... Bütün bunları hiss və xəyal mərtəbəsində yaratdı... Aləmin varlığı hiss və xəyal mərtəbəsində olub, maddi dərəcədə deyil... Həqiqi mənada çöldə (xarici dünyada) Uca Şəxsdən (Allah`dan) başqası yoxdur. (İfadələr Türkcələşdirilərək alınmışdır. )16
İmam Rəbbani insanın təmasda olduğu bütün görüntülərin xəyaldan ibarət olduğunu, kənarda əslinin olmadığını da aydın ifadə edib: O məvhum dairə xəyalda təsvir edilir. O təsvir edildiyi mərtəbədə də görünür. Yalnız xəyal gözü ilə. Kənarda baş və gözü ilə göründüyü düşünülür. Halbuki vəziyyət elə deyil. Xaricdə onun nə adı, nə də izi var. Bəli, elə vəziyyət yoxdur ki, orada görünsün. Güzgüyə əks olunan insanın üzü də bu şəkil kimidir. Çünki onun xaricdə sübutu yoxdur. Əlbəttə onun sübutu və görüntüsü: Hər ikisi birdən XƏYALDADIR. Ən yaxşı bilən Sübhan Allah`dır. (İfadələr Türkcələşdirilərək alınmışdır.)17
Mövlana Cami də Quranın işarələri və ağıl yolu ilə tapdığı bu heyranedici həqiqəti "kainatda nə varsa hamısı hiss və xəyaldır. Ya güzgülərdəki əkslərdir, ya da kölgələr kimidir" deyərək dilə gətirib. Lakin həmişə bu həqiqəti qavrayanlar məhdud sayda olub. İmam Rəbbani kimi böyük alimlər bu həqiqətin yayılmasının təhlükəli olacağını, əksəriyyətin bunu anlamayacağını yazıb.
Hal – hazırda yaşadığımız dövrdə isə bu həqiqət elmi sübutlarla açıqlanır. Kainatın kölgə varlıq olduğu həqiqəti dünyada ilk dəfə bu cür dəqiq və aydın şəkildə izah edilib.
Buna görə də 21 – ci əsr insanların əksəriyyətinin ilahi həqiqətləri qavrayacaqları və tək mütləq varlıq Allah`a yönələcəkləri tarixi dönüş nöqtəsi olacaq. 21 – ci əsrdə 19 – cu əsrin materialist inancları tarixə qarışacaq, Allah`ın varlığı və yaratması qəbul ediləcək, məkansızlıq, zamansızlıq kimi həqiqətlər aydın olacaq, bəşəriyyət əsrlərdir gözünün qarşısına çəkilən pərdələrdən, yanlışlardan və batil inanclardan xilas olacaq.
Qeydlər:
1 Frederick Vester, Düşünmek, Öğrenmek, Unutmak, İstanbul: Arıtan Yayınevi, 1991, s. 6.
2 George Politzer, Felsefenin Başlangıç İlkeleri, Sosyal Yayınları, Çev: Enver Aytekin, İstanbul: 1976, ss.38-39-44
3 R.L.Gregory, Eye and Brain: The Psychology of Seeing, Oxford University Press Inc. New York, 1990, s.9
4 Lincoln Barnett, Evren ve Einstein, Varlık Yayınları,Çev: Nail Bezel, sf.20
5 Orhan Hançerlioğlu, Düşünce Tarihi, Remzi Kitabevi, İstanbul: 1987, s.447
6 "Treaties Concerning the Principle of Human Knowledge", 1710, Works of George Berkeley, vol. I, ed. A. Fraser, Oxford, 1871
7 Bertrand Russell, Rölativitenin Alfabesi, Onur Yayınları, 1974, s.161-162
8 R.L.Gregory, Eye and Brain: The Psychology of Seeing, Oxford University Press Inc. New York, 1990, s.9.
9 Karl Pribram, David Bohm, Marilyn Ferguson, Fritjof Capra, Holografik Evren I, Çev: Ali Çakıroğlu, Kuraldışı Yayınları, İstanbul: 1996, s.37
10 George Politzer, Felsefenin Başlangıç İlkeleri, İstanbul: Sosyal Yayınlar, 1989, s. 53.
11 Orhan Hançerlioğlu, Düşünce Tarihi, İstanbul:Remzi Kitabevi, 6.b., 1995 Eylül, s. 261.
12 George Politzer, Felsefenin Başlangıç İlkeleri, İstanbul:Sosyal Yayınlar, 1989, s. 65.
13 Paul Davies, Tanrı ve Yeni Fizik, Çev:Murat Temelli, İm Yayın Tasarım Yaşam Kitapları-1, İstanbul 1995, s.180-181
14 Rennan Pekünlü "Aldatmacanın Evrimsizliği", Bilim ve Ütopya, Aralık 1998
15 Alaettin Şenel, "Evrim Aldatmacası mı?, Devrin Aldatmacası mı?" Bilim ve Ütopya, Aralık 1998
16 İmam Rabbani Hz. Mektupları, Cilt II, 357. Mektup, s. 163.
17 İmam Rabbani Hz. Mektupları, Cilt II, 470. Mektup, sf.1432