Dində zorakılığın olmaması və din əxlaqına hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət etmək
ucgen

Dində zorakılığın olmaması və din əxlaqına hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət etmək

642
«İn­san­la­rı hik­mət­lə, gö­zəl öyüd-nə­si­hət ilə Rəb­bi­nin yo­lu­na də­vət et, on­lar­la ən gö­zəl su­rət­də mü­ba­hi­sə et. Hə­qi­qə­tən, Rəb­bin yo­lun­dan azan­la­rı da, haqq yol­da olan­la­rı da da­ha yax­şı ta­nı­yır!» («Nəhl» su­rə­si, 125)

İs­lam di­ni­nin xü­su­siy­yə­ti bu di­nin in­sa­nın onu yal­nız öz da­xi­lin­dən gə­lə­rək və qəl­bən qə­bul edə­rək ya­şa­ma­sı ilə Al­lah dər­ga­hın­da qə­bul edi­lən bir inanc sis­te­mi ol­ma­sı­dır. Al­lah di­nin bu xü­su­siy­yə­ti­ni Quranın bir çox ayə­lə­rin­də izah et­miş­dir. Mə­sə­lən, na­maz qı­lan bir in­san na­ma­zı­nı Al­lah üçün is­tə­yə­rək və se­və­rək qıl­ma­lı­dır. Həm­çi­nin mal-döv­lə­tin­dən Al­lah yo­lun­da xərc­lə­yən bir in­sa­nın hə­min iba­də­ti­nin Al­lah dər­ga­hın­da qə­bu­le­di­lən ol­ma­sı onun ver­di­yi bu sə­də­qə­ni is­tə­yə­rək və se­və­rək ver­mə­si­nə bağ­lı­dır.

Bir in­san mü­səl­man ol­maq üçün di­ni və Al­la­hı ağlıyla dərk et­mə­li və Onu qəl­bən də təs­diq et­mə­li­dir. Ye­ri­nə ye­tir­di­yi bu xid­mət­lə­ri nə üçün et­di­yi­ni bil­mə­li­dir. Mü­səl­ma­nın di­nə olan bağ­lı­lı­ğı onun Al­la­hın var­lı­ğı­na olan ina­mın­dan irə­li gə­lir. Bu sə­bəb­dən də di­nin tə­ləb­lə­ri­ni is­tə­yə­rək və se­və­rək ye­ri­nə ye­ti­rir. Do­la­yı­sı ilə İs­lam yal­nız in­sa­nın öz ri­za­sı ol­du­ğu təq­dir­də, hə­qi­qi mə­na­da ya­şa­na bi­lə­cək bir sis­tem­dir.

Bu­na gö­rə də din­də zo­ra­kı­lıq yox­dur. Al­lah mü­səl­man­la­ra di­nə qar­şı is­tək­siz olan in­san­la­ra İs­la­mı zor­la qə­bul et­dir­mə­yə ça­lış­ma­ma­ğı əmr et­miş­dir. Çün­ki Al­lah di­ni in­sa­nın zo­ra­kı­lı­qla de­yil, qəl­bən ye­ri­nə ye­ti­rəcəyi şə­kil­də yaratmışdır. Qəl­bən de­yil, zor­la qə­bul et­di­ri­lə­rək ya­şa­nan bir di­nin Al­lahın dər­ga­hın­da heç bir qiy­mə­ti ol­ma­ya bi­lər və bu halda hə­min in­sa­nın di­nə əməl et­mə­si ilə əməl et­mə­mə­si ara­sın­da da heç bir fərq ol­ma­ya­caq.

Mü­səl­man­la­rın din əx­la­qı­nı izah et­mə­si yal­nız gö­zəl söz­lü də­vət şək­lin­də ola bi­lər. Bu həm­çi­nin Al­la­hı se­vən­lə­rin din əx­la­qı­nı ya­şa­ma­sı­na istiqamətlənən  bir də­vət­dir. Din­də zo­ra­kı­lı­ğın ol­ma­ma­sı ilə bağ­lı bir ayə­də be­lə buy­ru­lur:

«Din­də məc­bu­riy­yət yox­dur. Ar­tıq doğ­ru­luq az­ğın­lıq­dan ayırd edil­di. Hər kəs Ta­ğu­tu in­kar edib Al­la­ha iman gə­ti­rər­sə, o, ar­tıq ən möh­kəm bir ip­dən ya­pış­mış olur. Al­lah eşi­dən­dir, bi­lən­dir!» («Bə­qə­rə» su­rə­si, 256)

Ayə­də­ki əmr­dən də gö­rü­nür ki, mü­səl­man­lar İs­la­mı təb­liğ edər­kən və ima­nı sev­di­rər­kən sö­zün ən gö­zə­li­ni iş­lə­dir­lər, qar­şı­la­rın­da olan in­sa­nı in­cit­mə­yə­cək, mü­səl­man­la­ra qar­şı qəlb­lə­rin­də bir sev­gi oyan­dı­ra­caq şə­kil­də di­ni əx­la­qı təb­liğ edir­lər. Çün­ki mü­səl­man­la­ra qar­şı qəl­bin­də sev­gi ya­ra­nan bir in­san­da on­la­rı bu qə­dər gö­zəl əx­laq­lı in­san­lar edən inanc sis­te­mi­nə qar­şı da ma­raq və sev­gi his­si əmə­lə gə­lə­cək. Bu­na gö­rə də gö­zəl söz onun qəl­bi­ni İs­la­ma daha da yaxınlaşdıran  mü­hüm amildir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr