Darvinistlər nə üçün hələ də saxta dino-quş hekayələrinə müraciət edirlər?
ucgen

Darvinistlər nə üçün hələ də saxta dino-quş hekayələrinə müraciət edirlər?

682

Bunun səbəbi Darvinistlərin, böyük və dəhşətli bir məğlbiyyətin narahatlığını yaşayarkən, bir tərəfdən də “heç nə olmadı ki” fəlsəfəsinin ardına sığınmalarıdır. Buna görə, əllərinə keçən bir neçə fosili hiyləgərcəsinə insanlara təqdim etmək istəyirlər. Bu, ümumiyyətlə nəsli kəsilmiş bir meymun fosili, bəzən də əslini heç vaxt darvinistlərin nəşrlərində görə bilmədiyimiz bir dinozavr fosilidir. Sonra da, bu fosil, uzun qanadlarını açaraq uçmağa hazırlanan bir dinozavr şəkli ilə “elm” adı altında xəyali bir dino-quş kimi tanıdır və insanlara açıq-aşkar yalan danışırlar.

Burada bunu xatırlatmaq lazımdır ki, illər sonra bütün darvinist iddialarda irəli sürülən bütün saxtakarlıqlar, dərhal və etiraz edilməz elmi dəlillərlə, bu internet səhifələrində ortadan qaldırılmışdır. Xüsusi ilə son aylarda gündəmə gətirilən bütün saxta dino-quş fosilləri ilə əlaqədar iddialar da, darvinist saxtakarlıqların bütün təfərrüatları ilə üzə çıxarılması ilə ciddi şəkildə susdurulmuşdur. Darvinistlər, bu elmi sübutlara etiraz edə bilməmişlər. Təkamül müdafiəçilərinin, insanları aldatmaq üçün fosil üzərindəki bir çox tapıntını təhrif edərək gündəmə gətirdikləri, mükəmməl dinozavrları, quşa çevirə bilmək üçün heç görünməmiş yalanlara əl atdıqları açıq şəkildə üzə çıxarılmışdır.

Lakin məğlubiyyətin dəhşətini və vahiməsini yaşayan darvinistlər, başqa yolla aldada bilmədiklərinə görə, hal-hazırda yenə eyni bəsit üsullardan istifadə etməkdən çəkinmirlər. Məhz bunların son nümunəsi “Haplocheirus sollers” adı verilən, Çində tapılan, 3 m uzunluğunda, 160 milyon illik bir dinozavr fosilidir. Bu fosil ilə əlaqədar darvinistlərin ən böyük iddiaları isə, canlının qanadlarında tük olduğu, yəni dinozavrın quşa çevirilməyə başladığı iddiasıdır. Bu qeyri-mümkün və saxta iddia, ölkəmizdəkilər də daxil olmaqla darvinist elm jurnallarının hamısında elmi terminlərlə, saxta şərhlərlə, saxta şəkillərlə sanki həqiqətmiş kimi özünə yer tapmışdır.

Halbuki, həmişə olduğu kimi, bu dinozavrın, tüklərə sahib olduğu iddiası böyük bir yalandır. Diqqət yetirilsə bütün darvinist nəşrlərdə, bəhs edilən fosillə əlaqədar, darvinistlərin ən məşhur vizual aldatma metodu olan “saxta şəkil” baş rollardadır. Bunun xaricində fosilin varlığına dair heç bir sübut, heç bir şəkil yoxdur.  “Science” jurnalında nəşr olunan orijinal məqalədə bəhs olunan fosildə tük olduğuna dair heç bir ifadə keçmir, insanları aldatmaq siyasətinin bir gərəyi kimi, dinozavrlarla tüklərin əlaqələndirilə bilməsi üçün, yalnız tüklərdən bəhs edilir. Digər darvinist nəşrlərin tələm-tələsik dərc etdiyi şey isə, “qanadlarında tük var idi” deyə bir şərh əlavə edərək, bu dinozavr fosilini quşların ən ulu əcdadı kimi önə sürməkdir. Halbuki canlı, dərisi pullarla örtülü mükəmməl bir sürünəndir. Məhz bu, illərdir davam edən darvinist demaqogiyanın ən açıq nümunəsidir.

 

Bir dənə də ara fosil nümunəsi yoxdur

Darvinistlər tapdıqları dinozavr fosili üzərində nə qədər səs-küy salarlarsa salsınlar, tapılan fosillər daim mükəmməl, tam, qüsursuz və əskiksiz dinozavr fosilləri olmuşdur. Təsadüfi mutasiyaları saxta ilah kimi görən darvinistlərin iddiasına görə, mərhələlərlə və təsadüflərlə xəyali şəkildə təkamülləşdiyi iddia edilən bu canlıların, hər üzvü, müxtəlif yerdə olan, qəribə, qeyri-adi görünüşlü, fövqəladə patoloji və olduqca anormal, təyin oluna bilməyən canlılar olmalıdır. Lakin canlılar belə deyil. Buna uyğun gələn heç bir fosil tapılmamışdır. Tam tərsinə, fosilləri olan bütün canlılar olduqca mükəmməl, qüsursuz quruluşa malikdirlər.

Məhz Darvinizm, canlıların fövqəladə simmetrik, qızıl nisbət ilə bəzənmiş, tam və qüsursuz olmaları həqiqətinə görə böyük sıxıntıda və çıxılmaz vəziyyətdədirlər. Necə ki, axırıncı dinozavr fosili də, çox qədim tarixli mükəmməl bir dinozavr fosili olmağı həqiqəti ilə Darvinizmə meydan oxuyur. Süni şəkildə ortaya çıxarılan tüklü dinozavr nağılları, bu ağır darvinist məğlubiyyətinin və darvinistlərin içindən çıxa bilmədikləri vəziyyətin bir təzahürüdür.

Bundan əlavə, darvinistlərin dəfələrlə çıxılmaz vəziyyətə salan fosillərin sayı hal-hazırda 300 milyona yaxındır. İndiyə qədər tapılan 300 milyon fosildən heç bir dənəsi belə ara keçid fosili olmayıb.

 

Bircə zülalın varlığı Darvinizmi məğlubiyyətə uğratmaq üçün kifayətdir

Darvinizmi əsl məğlubiyyətə uğradan şey isə, darvinistlərin səhifələrlə haqqında nağıl uydurduqları bu dinozavrın və bütün digər canlıların malik olduğu ZÜLALDIR. Bircə zülalın yaranmasını izah edə bilməyən darvinistlərin, mükəmməl canlılar üzərində təkamül təbliğatı apara bilmələri olduqca təəcüb doğuran bir vəziyyətdir. Darvinistlərin sahib olduqları 100 trilyon hüceyrədən, bircə dənəsinin içindəki yüzlərlə zülaldan yenə, yalnız bircə dənəsi darvinizmi çürüdüb məhv etmişdir. Darvinistlərin, elə bil ortada heç belə bir həqiqət yoxmuş kimi, insanların gözlərinə pərdə asmaq cəhdləri, insanları hələ aldada biləcəklərini güman etmələri ağlasığmaz qəflətdir.

Darvinistlər bu çağırışımızı diqqətə almalıdırlar. Saxta təkamül nəzəriyyəsi haqqında ağıla, məntiqə sığmayan şərhlərə, yalanlara müraciət etmədən əvvəl, BİRCƏ ZÜLALIN  NECƏ ƏMƏLƏ GƏLDİYİNİ İZAH ETMƏLİDİRLƏR. Bunu etmədən, fosillər üzərində saxtakarlıqlar etməklə boş yerə yorulmasınlar. Darvinistlər bunu da yaddan çıxartmamalıdırlar ki, onların bircə zülalı izah edə bilmədikləri həqiqəti, bütün dünyaya elan edilmişkən, artıq insanları saxta dinoquş xəbərləri ilə aldatmaqları mümkün deyil. Dünyada artıq insanların böyük bir hissəsi təkamül nəzəriyyəsinə lağ edirlər. Saxtakarlıq artıq nəticə vermir. Uca Allaha olan inanc, bütün dünyada get-gedə artır və Allahın icazəsi ilə artmağa davam edəcək. Bu əsr, Allaha iman əsri olacaq. Darvinistlərin XIX əsrdə qazandıqları saxta zəfərləri, XXI əsrdə tamamilə məhv olur. Bu Allahın vədidir. Allahın diləməsi xaricində bu həqiqəti dəyişdirə bilən heç bir güc yoxdur.


PAYLAŞIN
logo
logo
logo
logo
logo