Darvinistlər kütləvi informasiya vasitələrindən istifadə edirlər
ucgen

Darvinistlər kütləvi informasiya vasitələrindən istifadə edirlər

2358

Kütləvi informasiya vasitələri insanların böyük hissəsinin ən çox təsirləndikləri təlqin vasitələrindəndir. Bəzi insanlar elm adamlarının sözlərinə, elmi jurnalların müəlliflərinə, mediada çıxan xəbərlərə çox etibar edirlər. Dövrümüzün tanınmış darvinist nəşrlərinin hər hansı birində çıxan darvinizm lehinə bir yazı, bunu oxuyan bir çox insan üçün istinad mənbəyidir. İnsanlarda darvinizmin saxta dəlillərini nəşr edən elmi jurnalın mütləq doğrunu yazacağına dair qənaəti var. İnsanların bir çoxu həmin jurnalın darvinizmin sadiq üzvlərindən biri olduğu gerçəyindən xəbərsizdir. Eyni zamanda darvinizm dinini müdafiə etdiklərində ağıldan, məntiqdən, elmdən kənar hərəkət etdiklərinin də fərqində olmurlar.

Hal-hazırda darvinist diktatorluğun təsiri ilə bir çox elm jurnalı darvinizmin əsiridir. Dünya səviyyəsində darvinizm əleyhinə heç bir nəşrin ön plana çıxarılması və qəbul edilməsi məqbul sayıla bilməz. Bu səbəbdən darvinistlərin müdafiə edib dəstəklədikləri nəşrlərin verdikləri xəbərlər, bu nəşrlərin dünya səviyyəsində qəbul edilməsi səbəbindən bir çox oxucu və ya tamaşaçı tərəfindən dərhal qəbul edilir.

Halbuki bu çox böyük səhvdir.

Darvinistlərin məqsədi yalnız təbliğatdır. Onlar “New Scientist” və ya “National Geographic”də çıxan təkamül xəbərindən oxucuların əksəriyyətinin şübhələnməyəcəyini düşünərək hərəkət edirlər. Dünyanın məşhur alimlərinin məşhur yazılarının nəşr olunduğu “Nature” kimi elmi jurnalın yalan xəbər nəşr  edəcəyini insanlar ehtimal etmirlər. Bu vəziyyət darvinist təbliğat baxımından o qədər rahat mühit meydana gətirir ki, darvinistlərin "palçıqlı suda təsadüfən ilk hüceyrənin meydana gəldiyi" hekayəsi kimi ağılsız fikir bir çox insanı inandırmaq üçün çətin olmur. Bu hekayənin qəliz ifadələrlə və bir elm adamının imzası ilə “Nature” kimi bir jurnalda çıxması kifayətdir.

Materialist dünyagörüşünə sahib bir insan və ya bir təşkilat, materializmi dəstəkləmək üçün hər şeyi gözə ala bilər. Materialist nəşrlərin etdikləri də budur. Onlar darvinizmi gündəmdə tutmaq və onu müdafiə etmək üçün hər şeyi edir və bu zaman elm adından istifadə edirlər. Bu materialist dünyagörüşünü “Nature” jurnalının bu ifadələri açıqlayır:

Bütün məlumatlar hər şeyi hazırlayan bir varlığı göstərsə belə, belə bir fərziyyə elmin xaricində qalardı, çünki naturalistik deyil.

Göründüyü kimi, bütün elmi tapıntılar yaradılışı təsdiq etsə də materialistlər bunu qəbul etməməyə özlərini kodlaşdırmışlar. Bu vəziyyətdə elmdən danışmaq, əlbəttə, mümkün deyil. Materialistlərin darvinizmə olan sədaqəti elmi deyil, doqmatikdir. Darvinizm elmi cəhətdən məğlub olmasına baxmayaraq müdafiə olunur, yaradılış isə sayısız elmi tapıntılarla təsdiq edilməsinə baxmayaraq, rədd edilir. Çünki materializm maddədən başqa bir şeyi qəbul etmir. Bu səbəbdən elmi jurnalların elmlə əlaqəsi olmayan təkamül nəzəriyyəsini müdafiə etmələrindəki təkidləri aydın olur. Bu nəşrlər heç bir halda canlıların yaradıldıqları gerçəyini göstərən dəlilləri qəbul etmirlər. Ona görə darvinistlər bütün dünyanı saxta üsullarla inandırmış, nəzəriyyəni doğru kimi göstərməkdən çəkinməmişlər.

Bu nəşrləri dəstəkləyən müxtəlif elm mərkəzlərinin Allah inancına olan münasibəti bu vəziyyəti daha açıq şəkildə ortaya qoyur. “Nature” jurnalında, National Academy of Science (NAS) (Milli Elmlər Akademiyası) üzvlərinin dini dünyagörüşləri haqqında aparılan son araşdırmada ortaya çıxan nəticə budur: Biologiya və fizika elmlərindən 517 NAS üzvünün yarısının verdiyi cavaba görə, bu elm adamlarının 72.2%-i ateist, 20.8%-i aqnostik, yalnız 7.0%-i isə Allah’ın varlığına inanır. Neyrobioloq təkamülçü Robert Provine bunu belə etiraf edir: "Artıq çox az həqiqi dindar bioloq qaldı. Bir çox ateist bu hala təkamül nəzəriyyəsi və digər elmlər nəticəsində gəlmişdir". Bunlara əsasən, yaradılış gerçəyinin ateist elm adamları arasında qəzəblə qarşılanmasını anlamaq, əlbəttə ki, çətin olmayacaq. Darvinistlərin kütləvi informasiya vasitələrindən istifadə edərək göstərdikləri səyin səbəbi budur.

Henry M. Morris darvinizm adı altında reallaşdırılan bu yalançı təlqinin mənbəyini bu şəkildə izah edir:

“Dövrümüzdə Darvinin təkamül qanununu kəşf etdiyinə dair bir inanc var. Nəticə etibarilə, Darvin bütün zamanların ən böyük elm adamlarından biri olaraq tanınmışdır. Əslində, Darvin yalnız köhnə paqanizmin canlandırılması üçün katalizator funksiyasını yerinə yetirmişdir. Həm də bir çox Qərbi Avropa ölkəsinin bir əsrdən çox Allah’a qarşı baş qaldırmanın hazırlandığı (Allah’ı tənzih edirik) dövrdə.

Bir çox insanı "elm adamı yalan danışmaz, "elmi jurnal yalan yazmaz" fikirləri yanıltmışdır. Bu insanların öz aralarında qurduqları yanlış inanc sistemi darvinistlərin bundan faydalanmalarına, elmi sui-istifadə etmələrinə səbəb olmuşdur. Halbuki bu qəti olan bir gerçəkdir: Materialist elm adamı əgər gerçəklər öz mənfəətinə uyğun gəlmirsə və əgər gerçəklər materializmi dəstəkləmirsə, rahatlıqla insanları aldadar. Hazırda  dünyadakı elm adamlarının böyük əksəriyyəti darvinizmi müdafiə edərək insanları aldadır. Uşaqların belə inanmayacağı axmaq hekayələri elm adından insanlara izah edirlər. Bu vəziyyət hal-hazırda dünyadakı bütün darvinist elm adamları tərəfindən tətbiq olunan sistemdir. Bir başqa sözlə darvinist elm adamı bütün həyatını elmlə iç-içə keçirməsinə baxmayaraq, rahatlıqla elm adına insanları aldada bilir, bütün həyatını bir yalana həsr edə bilir.

DNT-ni kəşf edərək Nobel mükafatı alan, bütün həyatını təkamül yalanını müdafiə edərək keçirən və 2004-cü ildə "insanın bir neyron yığını" olduğunu söyləyən, ruhun varlığını rədd edərək ölən fizika və biologiya professoru Francis Crick bunun ən açıq nümunəsidir. Ateist fizik, molekulyar bioloq və neyrobioloq olaraq Allah’ın üstün sənətinə dair saysız dəlili görməsinə və bunları şəxsən kəşf etməsinə baxmayaraq, bunların bir möcüzə xüsusiyyətində xüsusi bir yaradılışı işarə etdiyi gerçəyini insanlardan gizlətməyə həyatını sərf etmişdir. Hətta Allah’ın varlığını qəbul etməmək üçün (Allah’ı tənzih edirik) həyatın yadplanetli varlıqlar tərəfindən gətirildiyini iddia edəcək səviyyəyə gəlmişdir. Naturalist, darvinist dünyagörüşünün bir elm adamını gətirdiyi nəticə, belə bir məntiqsizlikdir.

Buna bir başqa nümunə də paleontologiyanın göstərdiyi bütün yaradılış dəlillərini şəxsən görüb araşdırmış olmasına baxmayaraq, həyatı boyunca ateist və naturalist olaraq qalan bir başqa darvinist elm adamı Harvard paleontoloqu Stephen Jay Goulddur. Stephen Jay Gould da eynilə Crick kimi, bütün həyatını elmlə məşğul olaraq keçirmiş, Allah’ın açıq-aşkar olan varlığını rədd edə bilmək üçün (Allah’ı tənzih edirik), “Sıçramalı Təkamül” kimi  məntiqsiz və dəlilsiz nəzəriyyəni həyatı boyunca müdafiə etməkdən çəkinməmişdir.

Bu vəziyyətdə darvinist elm adamlarının hər etdiklərinin və hər söylədiklərinin doğru olduğunu düşünmək ağılsızlıqdır. Halbuki həyatları boyunca inkar içində olan bu insanların bilmədikləri və qavraya bilmədikləri bir gerçək vardır: aləmlərin Rəbbi olan uca Allah dəccalliyəti yaymaq üçün səy göstərən, bütün ömrünü bu mübarizə ilə keçirən insanların etdiklərinin boşa çıxacağını ayələrində xəbər vermişdir:

(Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər. (Kəhf surəsi, 103-104)

Dəccalın tərəfdarları dünyada Allah inancına qarşı göstərdikləri səyin bir dəyəri olacağını, bununla üstün gələcəklərini və qazanclı çıxacaqlarını zənn edirlər. Halbuki bu, təməldən yanlış olan sistemdir. Haqq dinə qarşı olan bütün sistemlər, Allah’ın vəd etdiyi kimi məğlub olacaqlar. Uca Allah, şübhəsiz ki, hər şeyə qadirdir. Allah ayəsində belə bildirir:

Hər kəs Allah’ı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allah’ın firqəsidir (Allah’ı özünə hami və dost seçən şəxslərdir). (Maidə surəsi, 56)

Darvinistlərin istifadə etdikləri ən klassik taktikalardan biri də çox əmin üslubdan istifadə etmələridir. Təkamüldən, doğruluğu qəti və üzərində mübahisə edilməyə ehtiyacı olmayan bir nəzəriyyə kimi bəhs edərkən, Darvini də sanki dünyanın ən əhəmiyyətli elm adamı elan edirlər. Halbuki bir çox tarixçinin də ifadə etdiyi kimi, Darvin yeni bir şey kəşf etməmiş, ağıl və məntiq əsasında bir nəzəriyyə ortaya qoymamışdır. Bir qrup sərxoş dənizçiylə uzun dəniz səfərinə çıxmış, hətta bu səfərdə yığdığı bir çox canlı növünü araşdırmadan bir kənara atmış, babasından öyrəndiyi köhnə Misir və Şümerdən bəri var olan təkamül yalanını yenidən gündəmə gətirmişdir. Əlbəttə ki, darvinistlər bunu heç vaxt etiraf etmir, insanları aldada bilmək üçün Darvini elm adamı kimi göstərməyə çalışırlar. Molekulyar fizik və eyni zamanda teologiya professoru olan Alister McGrath bunu bu şəkildə dilə gətirir:

“19-cu əsrdə Amerikanın ən məşhur ateist yazıçısı halına gələn dəmiryolu vəkili Robert Green Ingersoll (1833-99) ... 1884-cü ildəki bir yazısında bunu açıqladı: "Bu əsrə Darvin əsri adı veriləcək… Onun təkamül nəzəriyyəsi, növlərin mənşəyi nəzəriyyəsi mühafizəkar hiristiyanlığın son qalıqlarını bütün düşünən ağıllardan yox etdi."

Şübhəsiz ki, bu vəziyyət elm adamlarının yazılarının nəşr olunduğu elmi jurnallar üçün də aktualdır. Dünyanın tanınmış elmi jurnallarında yalnız darvinizm təbliğ edildiyinə görə, bu jurnallarda yalnız darvinist elm adamlarının yazılarına yer verildiyinə görə və bu elm adamları da ideoloji olaraq təkamül yalanını davam etdirmək və müdafiə etmək məcburiyyətində olduqlarına görə terminlərlə bəzənmiş yazıların mütləq doğru olduğuna inanmaq, eyni ağılsızlığı davam etdirməli olacaq. İnsanlar üzərində bu batil inanc sistemini darvinistlər illər boyunca istifadə ediblər. Lakin artıq əsl elmi həqiqətləri qəbul etmə vaxtı çatıb. Darvinizmin ən əhəmiyyətli təbliğat silahı olan media, insanları aldada bilməsə darvinist təbliğatın başqa istifadə sahəsi qalmamış olacaq.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr