Yeni zelandiyalı bir zooloqun apardığı araşdırmanın nəticələri internet və elektrik şəbəkələri kimi mürəkkəb şəbəkələr quran mühəndislər üçün yeni bir ünvana işarə edir: delfinlər.
Otaqo Universitetindən Devid Lusso 7 il ərzində 64 üzvdən ibarət delfin qrupunu araşdırdı.1 Nəticədə, delfinlər arasında insanların və insanların istehsal etdikləri məlumat şəbəkələrinə oxşar ünsiyyət vasitələrinin olduğu kəşf edildi. Devid Lussonun riyazi araşdırması “The Proceedings of the Royal Society” jurnalında nəşr olundu.2
İnsan cəmiyyətləri də daxil olmaqla, bir çox mürəkkəb şəbəkə üzvlər arasında məlumatın sürətli ötürülməsini təmin edən xüsusiyyətlərə malikdir.
Yeni zelandiyalı tədqiqatçının bu araşdırması göstərir ki, heyvan qrupları da məlumatı sürətli və səmərəli ötürəcək şəkildə təşkil olunublar. Qorilla, maral, fil və iriburunlu delfinlər kimi uzun ömürlü canlılar məlumat ötürmək üçün yaşadıqları mühitdən faydalanırlar.3
Lusso delfinləri müşahidə edərkən tez-tez bir yerə cəmləşən fərdlər üzərində diqqətini cəmlədi. Bu delfinlərin daha çox yetkin dişilərdən ibarət olduğunu və delfin populyasiyasının ünsiyyət mərkəzi vəzifəsini yerinə yetirdiklərini anladı.
Məlumatın sistem daxilində axınını ölçmək üçün məlumatın keçdiyi mərkəzlərə baxmaq və başlanğıc nöqtəsindən nəticə nöqtəsinə ötürülmədə ehtiyac duyulan işçiləri saymaq kifayət edir. Lusso “miqyas” adı verilən bir ölçü üsulundan istifadə etdi. Bu üsulla əldə etdiyi faktları internet şəbəkəsinin təqdim etdiyi məlumatlarla müqayisə etdikdən sonra qəribə bir vəziyyətlə qarşılaşdı.
Deməli, internet üzərində xeyli sayda əlaqəni təmin edən nöqtələri (mərkəzlər) sistemdən xaric etdikdə məlumatın ötürülmə müddəti də artırdı. İnternetdəki müntəzəm əlaqə nöqtələrinin sadəcə 2%-in xaric edilməsi halında bir işçidən digərinə çatmaq iki dəfə daha çox vaxt tələb edirdi. Delfinlərdə isə vəziyyət fərqli idi.
Delfinləri üzgəclərinə qoyduğu işarələrlə izləyən Lusso ünsiyyət mərkəzləri vəzifəsini yerinə yetirən fərdlərin qrupdan ayrılması vəziyyətində isə populyasiyanın böyük bir elastiklik ortaya qoyduğunu müşahidə etdi. Delfinlərin hamısı olduqca vacib fərdlərin çatışmazlığından təsirlənmirdi. Delfin populyasiyasındakı bu elastiklik üzvlərin üçdə biri yox olsa belə, bu populyasiyanın öz vahidliyini sağlam şəkildə davam etdirməsini mümkün edirdi.
Tədqiqatçı bu sistem sayəsində ölümlə nəticələnən fəlakət hadisələrində belə şəbəkənin sabit qaldığını ifadə edir. Bir sözlə, bu xüsusiyyətlərin internet kimi insan istehsalı olan şəbəkələrə də tətbiq oluna biləcəyi fikirini irəli sürür.
Göründüyü kimi, delfinlərdə internetdə yaradılan ünsiyyət şəbəkəsindən daha yaxşı mühafizə olunan və əsas mərkəzlərin aradan qalxması halında daha səmərəli çalışan bir nizamlama mövcuddur. Delfinlərdə belə bir xüsusiyyətin olması müxtəlif meyarların hesablanmasını tələb edir. Məsələn, interneti təşkil etmə işində əlaqə nöqtələrinə yüklənəcək yükü hesablama, bunların kənar olması vəziyyətində isə bütün şəbəkənin bundan necə təsirlənəcəyini əvvəlcədən müəyyən etmə kimi bir çox mərhələ şəbəkə mühəndisləri tərəfindən idarə olunur və sistem daxilində məlumatın ən səmərəli şəkildə axını təmin edilir. İnternetdəki məlumat axınını hesablayan və təşkil edən mühəndislərin varlığı delfinlərdəki məlumat şəbəkəsini təşkil edən və buna oxşar sistemləri təbiətdəki digər bir çox canlıda da var edən üstün Ağılın varlığını göstərir. Bu üstün ağılın sahibi isə hər şeyi bilən, Əziz olan Allahdır.
Allahın bu məlumat şəbəkəsini delfinlərdə yaratması da Rəhman sifətinin təzahürüdür. Allahın rəhməti bu məlumat şəbəkəsində belə təzahür edir:
Delfinlər kimi açıq dənizdə və səthə yaxın yaşayan canlılarda qrup halında hərəkət etmək çox əhəmiyyətlidir. Bu həyat tərzi ovlanma ilə bərabər, düşmənlərə qarşı hər an ayıq-sayıq olmaq cəhətdən də üstünlüklər qazandırır. Yetkin dişilərin qrup daxilində müntəzəm şəkildə məlumat axınını təmin etməsi sayəsində digər üzvlər ov və düşmənlərin yeri haqqında məlumat alır və nəticədə, qrupun uyğun şəkildə hərəkət etməsinə kömək etmiş olur. Əgər düşmən hücumu nəticəsində ortaya çıxacaq itki məlumat ötürülməsini dayandırsaydı, digər delfinlərin də xilas olması bir məna ifadə etməzdi. Çünki artıq ünsiyyət imkanları olmayan bu fərdlər dağılmaq məcburiyyətində qalacaq və nəhayət, başqa düşmənlərə yem olacaqdı. Ancaq Allahın delfinlərdə var etdiyi məlumat şəbəkəsi belə anlarda zərər görmür və qrupun vahidliyini qoruyaraq fərdlərin həyatını davam etdirməsini də təmin edir.
Allah bir Quran ayəsində belə bildrir:
Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Şüəra surəsi, 9)
İqtibaslar:
David Lusseau, “The Emergent Properties Of A Dolphin Social Network”, http://arxiv.org/ftp/cond-mat/papers/0307/0307439.pdf
Lusseau, D. 2003 The emergent properties of a dolphin social network. Proceedings of the Royal Society of London-Series B (Supplement): DOI 10.1098/rsbl.2003.0057 ”
Danny Kingsley, Dolphins better at networking than the Web, ABC Science Online, 17 İyul 2004, http://www.abc.net.au/science/news/stories/s901670.htm