… Ey möminlər! İman edənlərə qarşı hücum vəziyyətini almış nə qədər tayfa hökmündə düşmənlər olduğunu bilərsinizmi? Bir-birinin içindəki dairələr kimi yüz dairədən çoxdur. HƏR BİRİSİNƏ QARŞI HƏMRƏYLİK GÖSTƏRƏRƏK, ƏL-ƏLƏ VERİB MÜDAFİƏ ETMƏ VƏZİYYƏTİ ALMAĞA MƏCBUR İKƏN, ONLARIN HÜCUMUNU ASANLAŞDIRMAQ, ONLARIN İSLAMIN QORUNMASI LAZIM OLAN YERLƏRİNƏ GİRMƏLƏRİ ÜÇÜN QAPILARI AÇMAQ HÖKMÜNDƏ OLAN HƏSƏD EHTİVA EDƏN TƏRƏFDAŞLIQ VƏ DÜŞMƏNCƏSİNƏ İNAD İMAN EDƏNLƏRƏ YARAŞARMI? Azğınlar və dinsizlərdən tutmuş, küfr aləminə, dünyanın pislərinə və uğursuzlarına qədər bir-birinin içində sizə qarşı zərərli bir vəziyyət alan, bir-birinin arxasında sizə hiddət və ehtiras ilə baxan, bəlkə yetmiş növ düşmən dairələri var. Bütün bunlara qarşı qüvvətli silah və dayaq - islam qardaşlığıdır. Bu islam həmrəyliyini, kiçik düşmənliklərlə və bəhanələrlə sarsıtmaq nə qədər vicdana zidd və nə qədər islam adətinə zidd olduğunu bil, ayıl!..
Hədisi şərifdə belə buyrulur: "Axır zamanın süfyan və dəccal kimi nifaq salan və aranı qarışdıran başa keçəcək olan zərər verən dəhşətli şəxsləri, İSLAMIN VƏ BƏŞƏRİN EHTİRAS VƏ AYRILIĞINDAN İSTİFADƏ EDƏRƏK AZ BİR QÜVVƏ İLƏ BÜTÜN İNSANLIĞI DARMADAĞIN EDƏR VƏ BÖYÜK İSLAM ALƏMİNİ ƏSARƏT ALTINA ALAR. (Məktubat, Səhifə 270)