BASİR - Yaxşı görən
ucgen

BASİR - Yaxşı görən

2319
Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları ancaq Rəhman saxlayır. Həqiqətən, O, hər şeyi görəndir! (Mülk surəsi, 19)

İnsanın görüş sahəsi, şübhəsiz, çox məhduddur. Sadəcə gözlə görə biləcəyimiz məsafə ən çoxu bir neçə kilometrdir. Üstəlik, bu da ancaq açıq havada, yüksək bir yerdən baxılsa, mümkün olur. Ancaq şərtlər nə qədər uyğun olsa da, görə bildiyimiz ən uzaq yer dumanlı görüntüdən başqa bir şey deyil.

İnsan bəzi vəziyyətlərdə (xüsusilə də tək qaldığı zaman) özünü heç kimin görmədiyini zənn edir. Gizli iş görərkən, gizlənərkən, ətrafında heç kim olmadıqda özünü heç kimin görmədiyindən əmindir. Bu cür mühitlərdə insanlar istədikləri hər şeyi edə biləcəklərini, heç kimə qarşı məsul olmayacaqlarını, etdikləri səhvlərin əsla qarşılarına çıxmayacağını zənn edirlər.

Halbuki, belə deyil. Çünki insanın unutduğu çox əhəmiyyətli bir həqiqət var: Allah hər an hər şeyi bütün detalları ilə görəndir.

İnsan gözləri ilə ancaq müəyyən bir sahəni gördüyü halda, Allah o inasanın olduğu otağı, onun xaricindəki digər otaqları, o evin hamısını, o evin yerləşdiyi şəhəri, şəhərin içində olduğu ölkəni, onları əhatə edən qitəni, bütün bunların hamısını əhatə edən dünyanı, bütün planetləri, kosmosu və onun da kənarındakı sərhədləri eyni anda görür. Quranda Allah’ın hər şeydən xəbərdar olduğu belə bildirilir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunis surəsi, 61)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr