İngiltərənin paytaxtı Londonun simvolu olan iki qatlı qırmızı avtobusların üzərində "İndi müasir elm göstərir ki, Allah var" yazan elanlar şəhəri dövr edir. İngiltərədəki Adnan Oktar (Harun Yəhya) sevənlər tərəfindən başladılan geniş miqyaslı aksiyada həm də bütün dünyada böyük əks-səda oyandıran "Yaradılış Atlası" adlı əsərin təqdimatı keçirilir. Hörmətli Adnan Oktarın şəkilinin də yer aldığı elanda Yaradılış Atlasının bütün cildlərinin www.yaratilisatlasi.com adlı internet saytından pulsuz olaraq yüklənə biləcəyi bildirilir.

 

 

Əvvəlki illərdə Richard Dawkins dəstəyindəki bir qrup ateistin fikirlərini yaymaq üçün istifadə etdiyi avtobus elanlarının yerində indi Harun Yəhyanın darvinistləri məğlub edən Yaradılış Atlası yer alır. Londonun ən mərkəzi küçələrində, meydanlarında gəzən bu avtobuslar sanki Charles Darvinin yalanlarının, ilk başladığı yerdə tarixin zibilliyinə basdırıldığını göstərir. Global Yayıncılığın təqdimat kampaniyası çərçivəsində 2007-ci ildə Avropadakı bir çox məşhur siyasətçi, dövlət xadimi, alim, sənətçi, elm adamı və vəzifəli insanlara göndərilən və Avropa Şurasının əsas mövzusu olan Yaradılış Atlası indi avtobus elanlarıyla London küçələrindədir.

 

2009-ci ildən bu yana Hörmətli Adnan Oktar tərəfindən ictimaiyyət qarşısında, elmi sübutlar işığında müzakirəyə dəvət edilən İngilis ateist, təkamülçü Richard Dawkins "and içdim, müzakirə etməyəcəm" cavabı ilə vəziyyəti ötürməyə çalışmışdı. Bundan sonra İngiltərənin ən məşhur qəzeti "The Times" də, Hörmətli Adnan Oktarın İngilis təkamülçü Richard Dawkinsi müzakirəyə dəvətini elan olaraq nəşr olundu. Bir milyondan çox oxucusu olan qəzetin 13 oktyabr 2009-ci il tarixli nəşrində yer alan sözügedən dəvətə müxtəlif televiziya prodüserlərinin də israrına baxmayaraq Dawkinsin cavabı "səssizlik" olmuşdu. Hal-hazırda bu səssizlik Harun Yəhya əsərlərinin London avtobuslarında təqdim olunmasıyla birlikdə Darvinistlərin matəminə çevrilmiş vəziyyətdədir.