Dövrümüzdə Balkan ölkələrindəki problemləri anlaya bilmək üçün millətçiliyin bu torpaqlarda necə inkişaf etdiyini bilmək lazımdır. Fransa inqilabında özünü göstərən millətçilik anlayışının balkan xalqları tərəfindən mənimsənilməsi çox uzun çəkmədi. Bölgədəki xalqlar öz millətçi ideologiyalarını inkişaf etdirdi və Osmanlıya qarşı üsyan edərək öz müstəqilliklərini elan etdilər. Bu mərhələdən sonra millətçilik anlayışı daha da gücləndi və bu dəfə də bu xalqlar öz aralarında müharibəyə başladılar. Bu müharibələr də gərginliklərə son qoymadı. Balkan dövlətlərində millətçilik uğrunda daha çox qan axacaqdı…
28 iyun 1914-cü ildə Sarayevoda serb millətçisi Qavrilo Prinsipin (Gavrilo Princip), Avstriya hersoqu Franz Ferdinandı güllələyərək öldürməsindən 100 il keçdi. 100 il əvvəl atılan bu güllə bütün dünyanı dəyişdirəcək bir təsir yaratdı. İfrat millətçi serb təşkilatı olan Qara Əl tərəfindən təlimləndirilən Prinsipin atdığı güllə imperiyaların sonunu gətirən dünya müharibəsinin fitilini alovlandırdı.
Müharibə bitəndə böyük imperiyalar yerlə bir olmuş, onların yerinə millətçiliyin ən sərt zamanında Almaniya və İtaliya Balkan ölkələrini təsiri altına almışdı. 1930-cu illərdə faşist anlayışı Balkan ölkələrindəki ictimai anlayışın təməlini təşkil etdi. Bolqarıstanda Boris, Ruminiyada Karol, Albaniyada Zoqu, Yunanıstanda Meteksas alman-italyan modellərindən təsirlənərək ölkələrində öz faşist rejimlərini hakim etdilər. Bu zaman müharibə Balkan ölkələrində tətiklənmədi. Ancaq başqa qlobal güc burada özünü göstərdi: Sovet İttifaqı və onun təmsil etdiyi ideologiya olan kommunizm.
Müharibədən sonra Türkiyə və Yunanıstan NATO-nun, Bolqarıstan və Rumıniya isə Varşava Paktının üzvü oldu. Yuqoslaviya Sovet İttifaqına və Qərbə qarşı alternativ hərəkat olaraq ortaya çıxan “Tərəfsiz Dövlətlər Hərəkatı”nın lideri oldu. Albaniya bir müddət Sovet İttifaqı, sonradan isə Çinlə yaxınlaşdı. Daha sonra isə izolyasiya siyəsəti aparmağa başladı.
Bu qütbləşmə balkan ölkələrinin öz aralarındakı qanlı qarşıdurmaları müvəqqəti olaraq dayandırdı. Şərq blokunun dağılması ilə Balkan dövlətlərində əvvəlki problemlər yenidən qabarmağa başladı və bu gün Qəzzada gördüklərimizə oxşar şiddət fırtınası, xüsusilə, Bosniyada əsməyə başladı.
Serblər bir daha ifrat millətçi ruhla Bosniyanı "türk" dedikləri müsəlman boşnaklardan almağa çalışmış, Srebrenitsada olduğu kimi, soyqırıma məruz qoymuşlar. Bölgədə 19-cu əsrin sonlarından etibarən əsən millətçilik havası bir daha Balkanları pərən-pərən etdi. Balkan ölkələrindəki problemləri münaqişə edərək həll etmək cəhdi 1992-ci ildən 2000-ci illərin əvvəllərinə qədər davam etdi.
Hazırda münaqişələr baş verməsə də millətçi güclər yenə də əvvəllki kimi təsirlidir. Yeni Çetnikilər, yeni Ustaşilər bıçaqlarını itiləməyə davam edir. Yunanıstanda Altın Şəfəq, Bolqarıstanda Ataka, Serbiyada Radikal, Xorvatıstanda Ağ Haqqlar partiyası hər an yeni bir qarşıdurmanın tətikləyicisi olmağa namizəddir.
Balkan dövlətlərini qan gölünə çevirən faşist hərəkatlar Avropadan müstəqil deyil. Almaniya, Danimarka, Hollandiya, Fransa, İtaliya, Belçika, İngiltərə və Avstriya kimi ölkələr başda olmaqla, bir çox Avropa ölkəsində son 15-20 il içində köçkünlərə, xüsusilə də müsəlmanlara qarşı irqçi siyasət güclənir. Faşist yönümlü partiyaların səs nisbətləri mütəmadi olaraq artır. Əlbəttə ki, bunda irqçi qrupların gizli, ya da açıq şəkildə dəstək almasının böyük təsiri var.
İqtisadi böhranla sarsılan Avropa ölkələrində seçki dövründə irqçi fikirlər çox böyük tərəfdar yığdı. 2014-cü ildə baş tutan Avropa parlamenti seçkilərində ifrat sağ fikirdəki partiyalar zəfər qazandılar. Seçkinin nəticələri Avropadakı irqçi yüksəlişi bir daha sübut etdi.
Hal-hazırda Avropanın bir çox yerində asanlıqla aparılan faşist təbliğatı “fikir azadlığı” kimi məntiqlərlə açıqlamaq mümkün deyil. İnsani dəyərləri hədəf almış vəhşilik siyasəti olan faşizm bu gün Avropada müxtəlif üsullarla qanuniləşdirilməyə çalışılır. Halbuki, bu ideologiya çox qısa bir müddət, yəni 20 il əvvəl Bosniyada 200 min insanın ölümünə və 2 milyon insanın evindən, yurdundan məhrum olmasına səbəb oldu.
Faşizm, adı tam olaraq qoyulmasa da əslində dünyanın bir çox ölkəsində pərdə arxasında mövcud olmağa davam edir. Baş verən münaqişələrin, daxili qarşıdurmaların, vətəndaş müharibələrinin, qırğınların səbəbi olan faşist məntiq bir çox ölkədə “küçələrə” yayılır və zorakılıqdan, qan tökməkdən xoşlanan barbar, əsəbi kütlələr tərəfindən gizli təşviq edildiyindən hər gün daha da artır.
Əlbəttə ki, hər xalqın öz insanını, öz mədəniyyətini sevməsini, hətta ucaltmasını anlayışla qarşılamaq mümkündür. Ancaq öz irqini və millətini digərlərindən üstün olduğu iddiasını ortaya atmaq, bu iddiaya əsaslanaraq digər xalqların torpaqları və malları üzərində haqq iddia etmək qanuni deyil.
Bu irqçi iddia bir çox müharibənin, münaqişənin, qırğının, “etnik təmizləmənin” çıxış nöqtəsidir. Halbuki, üstünlük irqə, rəngə və ya digər başqa bir xüsusiyyətə görə deyil, sadəcə gözəl əxlaqa bağlıdır. Müxtəlif dinlərdə, fərqli etnik mənşəli, fərqli xalqlar və fərqli mədəniyyətlərdəki insanlarla anlaşa bilmək büyük insani keyfiyyətdir. İndi Avropanın buna hər zamankından daha çox ehtiyacı var.
Adnan Oktarın «The Bosnian Times»da nəşr olunan məqaləsi: