1933-cü ildə əldə etdiyi müstəqilliyi ancaq çox qısa bir müddət qoruya bilən Şərqi Türküstan 1949-cü ildə Stalin Rusiyasının da hərbi dəstəyi ilə Çin idarəçiliyinə verildi. O tarixdən bu yana, 1965-ci ildən sonra öldürülən və ya aclıq, qıtlıq, ağır həyat şəraiti, işgəncə, pis rəftar nəticəsində həyatını itirən Şərqi tüsküstanlıların sayı təqribən 35 milyon kimi dəhşətli rəqəmə çatdı.
Şəqri Türküstana 1955-ci ildə müxtariyyat verilməsinə baxmayaraq, bölgə xalqının bu statusdan irəli gələn heç bir hüquqdan istifadə edə bilmədiyi tarixi həqiqətdir. Bölgə Çin üçün strateji, geo-siyasi və iqtisadi baxımdan çox əhəmiyyətlidir. Çinin təbii qaz və neft rezervlərinin üçdə biri bu bölgənin payına düşür. Ölkənin qızıl, kömür, uran kimi yer altı ehtiyatları, eyni zamanda pambıq kimi Çin üçün başda gələn əkinçilik məhsulları da burada yetişir. Çin torpaqlarının altıda birini təşkil edən Şərqi Türküstanın 8 fərqli ölkə ilə qonşu olması və Çinin Qərbə açılan qapısı olması da bölgənin geo-siyasi cəhətdən əhəmiyyətini artırır.
Bütün bu səbəblərdən Çinin bölgədə tam və mütləq hakimiyyət qurmaq istədiyi məlumdur. Uyğur türklərinə qarşı yarım əsrdir davam edən etnik təmizləmə və assimilyasiya söz-söhbətləri də bununla əlaqələndirilir. Kütləvi qətliamdan, itkin düşmüş insanlara, gənc qızların Çinin qeyri-müəyyən regionlarına sürgün edilmə kimi bir çox insanlıqdan kənar üsul gündəmə gəlir. Regionun əhalisi müxtəlif bəhanələrlə haqsız yerə həbs edilir, işgəncə görür, həbsxanalarda ölümə tərk edilirlər. Bir qismindən isə bir daha xəbər alına bilmir.
Digər tərəfdən regiona çox saylı çinli yerləşdirilərək Şərqi Türküstanın demoqrafik quruluşu dəyişdirilməyə və uyğur türkləri azlıq halına gətirilməyə çalışılır. Bu siyasət nəticəsində 1947-ci ildə 87% olan uyğurların sayı bu gün 47%-ə düşüb. Digər tərəfdən 1949-cu ildə regiondakı əhalinin 6%-i çinlilərdən ibarət olduğu halda, bu gün bu rəqəm 41%-dir və hər gün bu nisbət çinlilərin lehinə yüksəlməyə davam edir.
Regionda yerli əhalinin sayını azaltmaq məqsədi ilə uyğurlu gənclərin Çinin daxili əyalətlərinə məcburi şəkildə işləməyə göndərilməsi də gələn xəbərlər arasındadır. Çox ağır şəraitdə işləməyə məcbur edilən uyğurlu gənclərə bəzən əmək haqları ödənilməməklə bərabər işlədikləri fabrik və ya sexlərdən çıxmağa da icazə verilmədiyi bildirilir. Bu layihə çərçivəsində yurdlarından zorla sürgün edilən uyğurların sayı 500 mindən çoxdur.
Assimilyasiyanın ən klassik metodlarından biri də region xalqının şəxsiyyətinin və mənliyinin yox edilməsidir. Bu məqsədlə Çin rəhbərliyi uyğur türklərinin din, dil, mədəniyyət, adət- ənənə və həyat tərzlərinə kimi hər şeylərini dəyişdirməyə və ya aradan qaldırmağa çalışdıqları sirr deyil.
Son dövrlərdə uyğur türklərinin Ramazan ayında oruç tutmalarının qadağan edildiyi, Quran oxuyanların döyüldüyü, Quran dərsi almaq istəyənlərin terrorist ittihamı ilə həbs edildiyi tez-tez çıxan xəbərlər arasındadır. Evlərdə dini kitabların olması qadağandır. Şərqi Türküstandan dövlət məmurlarının, işçilərin və tələbələrin ibadət etmə, ibadət yerlərinə getmə azadlıqları məhdudlaşdırılıb.
Regiondan gələn məlumatlar arasında küçələrdə uyğurların Çin xalq və ya təhlükəsizlik qüvvələri tərəfindən hücuma məruz qalması, döyülməsi, təhqir edilib alçaldılmasının günlük həyatın alışılmış mənzərələrindən olduğu da bildirilir.
Uyğurlara hər şey üçün icazə tələb olunur. Bir kənddən digərinə belə yerli qurumların razılığı ilə rəsmi sənəd əsasında gedilir. Bir uyğurlu xəstəxanada müalicə almaq üçün polisdən terrorla əlaqəsi olmadığına dair kağız almaq məcburiyyətindədir. Siyasi və sosial hüquqlar, bərabərlik, seçmək və seçilmək hüququ, qeyri-hökümət təşkilatı yaratmaq, təhsil, mülkiyyət kimi hüquqlar, söz, ifadə, səyahət etmə, toplaşmaq kimi azadlıqlar isə Şərqi türküstanlılara geniş şəkildə verilmir.
Gələn xəbərlərə baxaraq Çinin Mao və Stalin dövrlərindən qalan təzyiq və zülmə əsaslanan siyasəti davam etdirdiyi görünür. Dünyanı bürüyən radikalizm qorxusunun Çin idarəçiliyində də böyük panikaya yol açdığı məlumdur. Belə ki, son dövrlərdə Çində qəbul edilən bir sıra qanun radikalizmə qarşı tədbir almaq məqsədi daşıyır və bu məqsədlə hər şey mübah görünür.
Çinin radikalizm qorxusu anlaşılandır. Lakin radikalizm narahatlığının həll yolu müsəlman cəmiyyətlərə qarşı kütləvi tədbir almaq deyil. Çin burada çox böyük xəta edir. Radikalizm təhlükəsinin aradan qaldırılması üçün müsəlman cəmiyyətlərə Qurandakı gerçək İslamın sevgi, hörmət, sevgi və sülh dini olduğu geniş miqyaslı maarifləndirmə proqramı ilə öyrədilməli və bu təzyiqlə deyil, sevgi metodu ilə edilməlidir. Bu edildiyində Çin həm Şərqi türküstanlı qardaşlarımızı, onların yaşadıqları torpaqları, onların mənəvi sevgilərini qazanacaq, həm də öz rifahı və xoşbəxtliyi üçün yeni cığır açacaq. Şərqi türküstanlı qardaşlarımızı assimilyasiya yolu ilə bir kənara atmaq və yox saymaq əvəzinə onların dəstəyi və maddi-mənəvi qatqısı ilə güclənən Çin meydana gələcək.
Bu Çin xalqı üçün də rifah və əmin-amanlıq vəsiləsi olacaq. Uzun müddətdir materialist təzyiqlərin altında düşmənçilik ideologiyası ilə yaşayan və bundan bezən Çin xalqı uyğur türklərini öz qardaşları kimi görməyə başlayacaq və sevgi mühiti onların üzərində də təzahür edəcək. Bunun Çinə töhfəsi çox böyük olacaq.
Təzyiq altında olsalar da Şərqi türküstanlı qardaşlarımızın də üzərinə düşən vəzifələr var. Vəziyyətləri əlbəttə ki, narahatlıq verir. Ancaq yaşadıqları torpaqların kommunist kökdən gəlmiş bir cəmiyyətə aid olduğunu unutmamalıdırlar. Kommunizm vəhşiliyi dəhşətli və qorxunc bir vəhşilikdir. Amma bu bir ideologiyadır. Dolayısilə Şərqi türküstanlı qardaşlarımız bu dəhşətli ideoloji sistemi qəzəblə deyil, doğru ideologiya ilə dəyişdirəcək böyük imkana malikdirlər. Əllərində dünyaya sülh və sevgini öyrədən kitabları Quran-i kərim var. Şəraitləri çox çətin olsa da öz torpaqlarına qədər gəlmiş Çin xalqına bu sevgi kitabındakı qeyri-adi ruhu göstərib izah etməyə səy göstərməlidirlər. Əllərindəki imkanların məhdud olduğu, İslamı yaşamaq məsələsində təzyiq altında olduqları aydındır. Lakin heç bir şey Quranın ruhundakı sevgini izah etmələri və buradakı mənəviyyatı insanlara hiss etdirmələrinə mane deyil. Çin xalqının böyük hissəsinin bu dəhşətli kommunist sistemin təzyiqi altında bir çox dəyəri unutduqlarını xatırlamalı və maarifləndirmə ilə qazanmağa çalışmalıdırlar. Bir cəmiyyətə qəzəb və davamlı inkar daimi düşmənçilik siyasətini özü ilə birlikdə gətirir. İslama görə bu həll yolu deyil. Həll yolu İslamın ruhunu yaşadacaq bir hal göstərməkdir. Bu məsələdə nümunə götürülməli olan insan isə, şübhəsiz, Peyğəmbərimiz (səv) olmalıdır.
Adnan Oktarın «Diplomacy Pakistan» və «Pakistan News»də dərc olunan məqaləsi:
http://www.diplomacypakistan.com/pakistan-asian-countries-relations/one-solution-for-east-turkestan/
http://pk.shafaqna.com/EN/11133