Ağıla dəvət: Qurana bağlı müsəlmanların yəhudilərə münasibəti necə olmalıdır?
ucgen

Ağıla dəvət: Qurana bağlı müsəlmanların yəhudilərə münasibəti necə olmalıdır?

1064

Bütün dünyada sülhə böyük ehtiyac olduğunu hər kəs bilir. Sülhün bərqərar edilməsi üçün böyük-kiçik hər cəhd əhəmiyyət daşıyır. Qurana tabe olan müsəlmanların yəhudilər haqqında fikirlərindən qaynaqlanan qarışıqlığı aradan qaldırmaq da qlobal sülh üçün vacibdir.

Dünyanın müəyyən dini liderləri bəzi ənənələrdən, batil inanclardan və saxta hədislərdən istifadə edərək yəhudilərə nifrət edən müsəlman imici formalaşdırıblar, bunu da xüsusilə İsraildə və ətrafında yaşayan müsəlmanların olduğu bölgələrdə yayıblar. Hətta yəhudilərin donuz soyundan gəldiyini iddia edəcək qədər irəli gediblər (yəhudi qardaşlarımızı tənzih edirik).

İstər müsəlmanların, istərsə də qeyri-müsəlmanların Qurana əsaslanmayan, tamamilə cəfəngiyyatdan ibarət, hörmətdən, insanlıqdan uzaq, irqçi münasibətin fərqinə varmaları əsasdır.

Əslində Quranda ən çox bəhs edilən peyğəmbər hz. Musadır (əs). Quranın bir çox ayəsində hz. Musa (əs), imanlı yəhudilər və Tövrat təriflənir.

Ancaq radikal insanlar şüurlu şəkildə və ya cahilliklə üç Quran ayəsinin mənasını təhrif edirlər. Bu ayələr Allahın əmrlərinə qarşı çıxan yəhudi qrupları qınayan ayələrdir. Allah bu ayələrdə Musa qövmündən olan bəzi üsyankar şəxsləri dindar yəhudilərə sıxıntı verdiklərinə görə məcazi mənada donuza və meymuna bənzədərək qınayır. Bununla yanaşı, Quranda üsyankar müsəlmanları da bənzər şəkildə qınayan bir çox ayə olduğu unudulmamalıdır.

Quranda Allah dindar yəhudiləri müsəlmanların sevdiyi və qoruduğu qövm kimi tanıdır. Musa qövmünün içində Allaha üsyan edən və pislik edən insanları qınayan ayələri bütün yəhudilərə aid etmək Qurana hörmətsizlikdir (Quranı tənzih edirik). Açıq-aydın irqi ayrı-seçkilik olan bu davranışı Allah Quranda qəti qadağan edir.

 

Quranda bəhs olunan yəhudilər

 

Hər şeydən əvvəl, müsəlmanlar bütün peyğəmbərlərə hörmət edir və dərin sevgi bəsləyirlər. Ona görə müsəlmanlar hz. Musanı (əs) Allahın sevdiyi peyğəmbərlərdən biri kimi qəbul edirlər. Digər tərəfdən, müsəlmanlar Tövratın Qurana uyğun bölmələrini də qəbul edirlər. Radikal şəxslər isə aşağıdakı ayələri çox yanlış şərh edirlər:

 

De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!” (Maidə surəsi, 60)

 

Qurandakı ayələri anlamaq üçün bəzən əvvəlki və sonrakı ayələri də oxumaq vacibdir. Ayələr açıq-aydın izah edilmişdir, ancaq surənin bütünündən ayrılmış bir ayə bəzən yanlış anlaşılmaya səbəb ola bilər.  Bu ayə də belədir. Ayənin davamındakı digər ayələrə baxdıqda 60-cı ayədə xristianlar və yəhudilər arasındakı inkarçılardan bəhs edilərkən məcazi mənadan istifadə olunduğunu görürük. Allah bu qövmlərin içində günah edənlərin günahlarını bildirdikdən sonra əməlisalehlərlə günahkarlar arasında qəti sərhəd qoyur, aralarında dindar olanları tərifləyir:

 

İman gətirənlərin, habelə yəhudi, sabii və xaçpərəstlərdən Allaha və axirət gününə iman gətirib yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

(Maidə surəsi, 69)

 

Radikal şəxslərin mənasını təhrif etdiyi digər ayə də budur:

 

Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: “Mənfur meymunlar olun!”– dedik.

(Əraf surəsi, 166)

Açıq-aydın göründüyü kimi, burada qınananlar Musanın qövmü içərisində Allahın əmrlərinə laqeyd yanaşan itaətsiz insanlardır. Əvvəlki ayələrə baxdıqda əməlisalehlər ilə itaətsiz kəslərin qəti ayırd edildiyini görürük. 164-cü ayədə Allah üsyan edən bu qrupa daima xəbərdarlıq edən dindar yəhudilərdən belə bəhs edir: “O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “(Bu,) Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (pis əməllərdən) çəkinsinlər!” (Əraf surəsi, 164)

“Əraf” surəsinin 159-cu ayəsində isə Rəbbimiz yəhudilər arasında dindar insanların olduğunu belə açıqlayır: “Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə (insanları) doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər”. (Əraf surəsi, 159)

 

Radikal şəxslərin istifadə etdiyi üçüncü ayə isə əslində Allahın əmrlərinə tabe olmayan insanlara işarə edir. Rəbbimiz “Bəqərə” surəsinin 62-ci ayəsində yəhudilər və xristianların arasında doğru yolda olan insanları tərifləyir, həmin surənin 65-ci ayəsində Şabat günü qadağasına əməl etməyən üsyankarları qınayır:

 

Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62)

 

Bu ayələrdə Allah ancaq Ona üsyan edənləri qınadığını açıqlayır.

 

Quranı başdan sona qədər oxuduqda yəhudilərlə bağlı mənfi fikirin olmadığı görünür. Habelə, bir çox ayədə Rəbbimiz dindar yəhudiləri tərifləyir. Allah yəhudilərə dindarlıqlarına görə böyük mükafat verəcəyini vəd vermişdir.

Peyğəmbərimiz hz. Muhəmmədin (səv) Mədinə sazişində yəhudilərlə bağlı sevgi dolu üslubu da mühüm nümunədir. Mədinə sazişi yəhudilərin canlarını, inanclarını, şərəflərini və hüquqlarını müdafiə edən, onları müsəlmanların qardaşı qəbul edən ilk tarixi yazılı qanundur.

Rəbbimiz Quranda kitab əhli adlandırdığı yəhudi qardaşlarımızı sevməyi və qorumağı buyurur. Biz də Quran ayələri əsasında dünyadakı bütün müsəlmanların dindar yəhudilərə nifrət bəsləməkdən əl çəkəcəklərinə ümid edirik.

Dinimiz bizə sülh yolunu seçməyi əmr etdiyi halda özümüzü qəzəb və nifrət hisslərinə təslim etməməli, bir qrup insanın etdiyi səhvlərə görə bütün xalqa nifrət etməyin doğru olmadığını bir-birimizə xatırlatmalıyıq.

 

Adnan Oktarın “Arutz Sheva”da dərc olunan məqaləsi:

http://www.israelnationalnews.com/Articles/Article.aspx/18253

 

Qeyd: Dr. Babuna və Dr. Gündoğdu cənab Adnan Oktarın təmsilçiləri kimi İsrailə gedərək baş nazir Netanyahu və bəzi hökumət nümayəndələri, jurnalistlər və akademiklərlə görüşüblər. Cənab Adnan Oktarın İslam dininin sülh mesajını açıqlayan kitablarını cənab Netanyahuya hədiyyə ediblər və bölgədəki problemlərin həlli üçün sülhün və sevginin əhəmiyyətinə toxunublar. Daha sonra Ravvin Yehuda Qlik ilə birlikdə müdafiə naziri Moşe Ya'lon, energetika naziri Yuval Steynitz, mədəniyyət naziri Miri Regev, Qüds İşləri naziri Ze'ev Elkin, Bölgə Əməkdaşlığı nazirinin köməkçisi Ayoob Kara ilə Dr. Anat Berko, Avi Diçter, Miki Zohar, Şarren Haskel, Naava Boker, Şuli Mualem-Rafaeli kimi bəzi millət vəkilləri ilə görüşüblər və “i24 News” adlı proqramda qonaq olublar.

Bu səfərdən çəkilmiş fotoşəkillər aşağıdadır:


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr