Arılar qida tapmaq üçün “polyarlaşmış işığı görmə” qabiliyyətindən istifadə edirlər
ucgen

Arılar qida tapmaq üçün “polyarlaşmış işığı görmə” qabiliyyətindən istifadə edirlər

866

Arılar yaradıldıqları andan bu günə qədər, yəni milyonlarla ildir ki, polyarlaşmış işıqdan istifadə edir və dəqiq hesablamalarla istiqamətlərini təyin edə bilirlər. Bunu necə edirlər?

 

Arılar istiqaməti polyarlaşmış işığa əsasən tapırlar

 

Hava buludlu olsa belə, arılar ultrabənövşəyi şüalarından faydalanaraq günəşdən kompas kimi istifadə edirlər.

 

Bulud təbəqəsi çox sıx olmadıqda, ultrabənövşəyi şüalar buludların daxilinə nüfuz edə bilir. İşçi arılar isə günəşin istiqamətini təyin edərkən bu şüalardan istifadə edirlər.

 

Günəşdən yayılan təbii işıq polyarlaşır, yəni Günəş səmada hərəkət edərkən şüanın titrəmə istiqaməti nizamla dəyişir. Bu prosesi insanlar görməsə də, arı və digər canlılar görə bilir. Günəş çıxmasa və ya səma buludlu olsa belə, bu, canlılar üçün maneə deyil.

 

Arılar buludlu havalarda göyü bölünmüş formada görür ve Günəşin həmin anda olduğu yeri müəyyən edə bilirlər.1

 

Məsələn, bir bal arısı səhər saat 09:00 radələrində pətəkdən çıxsa, bir müddət sonra siz onu tutub saat 16:45 radələrində də təbiətə buraxsanız, arı günəşin həmin və tutulduğu andakı vəziyyəti arasındakı fərqi hesablayaraq pətəyin harada olduğunu müəyyən edər və yuvasına geri qayıdar.

 

“Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.”

(Nəhl surəsi, 68-69)

Arılar ov zamanı polyarlaşmış işıqdan necə istifadə edirlər?

 

Digər böcəklər kimi arıların da gözlərində polyarizasiya formalarını “görən” həssas sahə vardır. Tozlandırıcı böcəklərin istiqaməti təyin etmək, yumurtalarını qoymaq və qida axtarmaq məqsədilə bu xüsusiyyətlərindən istifadə etdiklərini bilirdik. Lakin arıların bu xüsusiyyəti yeni kəşf edilib.

 

Qərbi Avstriya Universiteti, Bristol Biologiya Elmləri və Zoologiya şöbəsindən prof. Culian Patric (Culian Partridge) və digərləri bombus arılarının (Bombus Terektis) çiçəklərdəki polyarizasiya formalarını öyrənərək qida tapdıqlarını aşkar etdi.

 

Çiçəklərin tozlandırılmasında bambus arılarının xüsusilə əhəmiyyəti vardır. Bu canlıların digər arılardan daha tüklü olan bədənindəki tükcüklər mikroskopik çəngəllərlə əhatə olunub. Bu çəngəllər yapışan tozcuqların toplanmasını asanlaşdırır. Bambus arıları daha sonra orta ayaqları ilə tozcuqları səbətinə boşaldaraq saxlayır.2

 

Çiçək növlərinin təxminən 53%-nin polyarizasiya formaları arının gözündəki polyarizasiyaya həssas olan sahənin görə biləcəyi mövqedədir. Yarpaqları aşağıya meyilli çiçəklərdən əks olunan işıq səmanın polyarizasiya naxışları ilə ziddiyyət təşkil edir. Beləliklə, arılar çiçəklərin yerini müəyyən edirlər.

 

Prof. Patric bu mükəmməl, xüsusi qabiliyyəti belə açıqlayır: “Bitkinin varlığı tozlandırıcı canlıların “çiçəkləri doğru ayırd edə bilmək” qabiliyyətinə bağlıdır. Arılar çiçəkləri tanıya bilmək üçün bəzi işarələrdən istifadə edirlər. Bunlar rəng, forma, toxuma, bəzi kimyəvi birləşmələr və istilik kimi amillərdir. Son zamanlarda aparılan tədqiqatlar göstərir ki, böcəklər çiçəkləri fərqləndirmək üçün onlardakı rütubət nisbəti və elektrik sahələrindən də istifadə edirlər.

 

Buna görə də bitkinin bir çox fərqli siqnal göndərməsi tozlandırıcı canlıları o yönə çəkmək üçün çox əhəmiyyətlidir. Tədqiqatlar göstərir ki, bu görmə qabiliyyəti arıların da çiçəklərlə bağlı daha çox məlumat toplamasına kömək edir.”

 

Çox mürəkkəb fiziki və kimyəvi formullarla açıqlanan bu heyrətamiz və xüsusi qabiliyyətləri canlılara yaradıldıqları andan etibarən ilham edən yerlərin, göylərin və tək sahibi olan Uca Allahdır.

 

Allah Hud surəsində canlılar üzərindəki hakimiyyətini bizə belə bildirir:

 

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)

 

  1. Mark L. Winston, The Biology of the Honey Bee, Harvard Unv. Press, 1991, səh. 163-164

  2. David Attenborough, The Trials of Life, s. 59



 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr