Allah Quranda Cənnəti təsvir edən ayələrlə insanlara dünyadakılarla müqayisə edilməyəcək bir nemət üfüqü açır. "Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 35)" ayəsi ilə Cənnətdəki nemət bolluğu xəbər verilir.
Allah insanları hər şeyin ən gözəlindən, ən mükəmməlindən zövq alacaq şəkildə yaratmışdır. Bu səbəbdən, insan həyatı dərk etməyə başladığı andan etibarən bu mükəmməlliyə çatmaq üçün cəhd edir. Daima gözəllik və nemət axtarır. Ancaq bunu nə qədər çox istəsə də, bunun üçün nə qədər çox səy göstərsə də, dünya həyatında heç vaxt axtardığı mükəmməlliklə qarşılaşa bilməz. Çünki Allah dünya həyatını xüsusi olaraq qüsurlu və əksik yaratmışdır.
Əlbəttə, Allahın belə yaratmasında bir çox hikmət var. Çünki "O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Hakimdir. (Həşr surəsi, 24)" ayəsində bildirildiyi kimi, Allahın yaratması qüsursuzdur. Rəbbimiz dilədiyi hər şeyi yaratmağa qadir olandır. Bu səbəbdən, dünya həyatındakı bütün əksikliklərin bir məqsədi var. Bunlardan biri də Cənnətin varlığını qavramaq və bunun üçün səmimi səy göstərməkdən ibarətdir.
Allah insanın fitrətini ancaq Cənnətdə rahat edə biləcəyi və nəfsinin istəklərini ancaq orada ödəyə biləcəyi şəkildə yaratmışdır. Quranın bir çox ayəsində bu həqiqət açıqlanmışdır. Buna görə, insan əsl həyatını Cənnətdə yaşayacağını əsla unutmamalıdır. Bu mövzudakı Quran ayələrindən bəziləri belədir:
Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. (Ali-İmran surəsi, 133)
Cənab Adnan Oktarın Cənnət təsvirləri
Cənnətdə Allaha və Onun təcəllisinə aşiq olacağıq
"Cənnət gözəlliklər yurdudur. Cənnətin hər yeri gözəldir. Çeşmələri, bağçaları, yastıqları, Allah yastıqların belə naxışlı olduğunu söyləyir Cənnətdə. Yataqları atlasdandır. Hər yeri bir-birindən gözəldir Cənnətin. Biz gözəlliyə, Allahın gözəlliklərinə, təcəllisinə aşiq olacağıq. Allaha aşiq olacağıq". (Adnan Oktarın Kanal Malatyadakı canlı müsahibəsi, 07 yanvar, 2009)
Cənnətdə ziddiyyət yoxdur, hər şey müsbətdir
"Cənnətdə zövq üçün oturarsan, zövq üçün yeyərsən. Dünyada isə acıdan xilas olmaq üçündür, insanlar acıdan xilas olmaq üçün su içirlər. Orada isə kef üçün, zövq üçün olur hər şey. Yəni hər hansı bir acıdan xilas olmaq üçün deyil. Məsələn, burada soyuducudan istifadə edirik, soyudan alətlərdən istifadə edirik. Niyə? İstidən narahat olduğumuz üçün. Orada istidən narahat olma problemi yoxdur, yəni əziyyət yoxdur. Dünyada müsbətlər və mənfilər var, ziddiyyətlər var. Cənnətdə isə yoxdur. Yəni hər şey müsbətdir. Burada hər şeyin istisnasız ziddi var. Yaxşı-pis, gözəl-çirkin, çirkli-təmiz, elə deyilmi? Orada - Cənnətdə elə bir şey yoxdur". (Adnan Oktarın Kon TV-dəki canlı müsahibəsi, 8 fevral, 2009)
Cənnətdə yeni rənglər, yeni səslər, yeni dadlar var
"Cənnətdə yeni rənglər var, yeni səslər var, yeni notlar var, yeni zövqlər var. Çox təəccüblənəcəklər, İnşaAllah. Çox xoşlarına gələcək insanların, rəngləri, hissləri daha fərqli olacaq, yeni dadlar olacaq. Heç bilmədikləri yeni dadlar dadacaqlar, İnşaAllah". (Adnan Oktarın Kaçkar TV-dəki canlı müsahibəsi, 19 fevral, 2009)
Cənnət huriləri, qılmanları və vildanları möminlərə xidmət edəcəklər
"Cənnət huriləri, vildanları, qılmanları var. Onlar oranın bəzəyi, yaraşığıdır. Yəni gənc və gözəl qadınlar (hurilər) (Tur surəsi, 20, Duxan surəsi, 54), gözəl və kiçik uşaqlar, gənc və gözəl cavanlar (qılmanlar və vildanlar) (Tur surəsi, 24, Vaqiə surəsi, 17, İnsan surəsi, 19) … Bunlar müsəlmanlara xidmət edirlər. Hamısı Allahın yaratdığı xüsusi varlıqlardır… Amma insandırlar, yəni Allahı xatırlamaları, üslubu, danışığı ilə mübarək varlıqlardır". (Adnan Oktarın Çay TV-dəki canlı müsahibəsi, 25 fevral 2009)
Cənnət əhli peyğəmbərlərlə söhbət edəcək
"Cənnətin bir gözəlliyi də budur, yəni qarşılıqlı söhbətlər… Peyğəmbərlər nə etdilər? Hər peyğəmbərdən ayrı-ayrı soruşacağıq. Hz. Musa necə etdi, nə etdi, onun səhnələrini görəcəyik". (Adnan Oktarın Çay TV-dəki canlı müsahibəsi, 25 fevral 2009)
Möminin dünyada zövq aldığı hər şey Cənnətdə də yaradılacaq
"Burada dünyada sevdiyi heyvanları varsa, xoşladığı şeylər varsa, onlar orada yenidən canlanacaq. Onları sevəcək, onlarla birlikdə olacaq. Xoşuna gələn nə varsa… Məsələn, texniki alətlərdən xoşlanırsa, onlar yaradılacaq. Avtomobildən xoşlanırsa, avtomobil… Təyyarədən xoşlanırsa, təyyarə…" (Adnan Oktarın Çay TV-dəki canlı müsahibəsi, 25 fevral, 2009)
Axirət Cənnət əhli üçün sevgi yurdudur
"Axirət Cənnət əhli üçün çox möhtəşəm, gözəl sevgi yurdudur. Doya-doya sevgini yaşayacağımız, söhbət edəcəyimiz bir yerdir". (Adnan Oktarın Kon TV-dəki canlı müsahibəsi, 8 fevral, 2009)
Möminlər Cənnət nemətlərdən sərhədsiz faydalanacaqlar
"Məsələn, burada yemək yeyirik, dərhal doyuruq. İki qabla filan… Orada elə deyil. İstədiyin qədər yeyərsən. Yenə yeyərsən, yenə yeyərsən, meyvələri istədiyin qədər yeyərsən. Burada 2-3 meyvə yesən, doyarsan. Orada elə deyil, çəkin də artmaz. Xolesterol problemi də yoxdur. Heç bir şey yoxdur, yuxun gəlməz, yorulmazsan". (Adnan Oktarın Kon TV-dəki canlı müsahibəsi, 8 fevral 2009)
Cənnətdə möminlər üçün bütün nemətlərin əsli yaradılacaq
ADNAN OKTAR: ... Suları gözəldir, hər şeyi xoş ətirlidir. Məsələn, qoxu dalğaları gəlir. Məsələn, bir gün gül, bir gün qərənfil qoxusu kimi… Amma daha mükəmməl olacaq. Məsələn, insanlar çiyələk yeyərkən belə çiyələyə şəkər pudrası qoyurlar, bilirsiniz.
APARICI: Bəli.
ADNAN OKTAR: O, onun çatışmazlığıdır. Deməli, insanların beynində əsl çiyələk anlayışı var. Məsələn, insanlar heç normal portağal tapa bilməzlər. Çox nadir taparlar, amma onda da yenə bir əksiklik taparlar. Əsl portağalı orada tapacaqlar. Məsələn, qarpızın əslini tapa bilməzlər. Orada əslini görəcəklər, İnşaAllah. (Adnan Oktarın Çay TV-dəki canlı müsahibəsi, 25 fevral 2009)
Möminlər Cənnətdə ağıllarından keçən hər şeyə qovuşacaqlar
"İnsanların xoşuna gələn kiçik çaylar olacaq, su arxları olacaq. Çox gözəl evlər olacaq. Amma həddindən artıq gözəl evlər, həddindən artıq gözəl paltarlar olacaq. Həddindən artıq gözəl yeməklər olacaq və hər cür texniki alət, yəni bizim bildiyimiz hər şeyə, ağlımızdan keçən hər şeyə qovuşma imkanımız var. Çünki Quranda bu açıq şəkildə bildirilir. "… Orada onların ürəklərinin istədikləri hər şey var", - deyir Allah (Nəhl surəsi, 31). Yəni bizim xəyal etməyimiz kifayət edəcək. (Adnan Oktarın Kaçkar TV-dəki canlı müsahibəsi, 12 fevral, 2009)
Cənnət əhlində qüsur və acizlik əlaməti olmayacaq
"Cənnət qadınları da çox gözəldir. Heç bir şişirtmə, heç bir şey, qəribəlik yoxdur, qüsursuz gözəldirlər. İnsanın acizliyinə aid heç bir şey yoxdur. İnsana aid acizliklər qəsdən verilir dünyada. Qadınlarda və kişilərdə heç bir qüsur, əksiklik və acizlik əlaməti olmayacaq və sonsuza qədər bu belədir". (Adnan Oktarın Ekin TV-dəki canlı müsahibəsi, 26 yanvar 2009)
Cənnətdə çirklənmə, tozlanma yoxdur
"Məsələn, toz yoxdur Cənnətdə, çirklənmə olmaz. Toz möcüzədir. Tozun hər bir dənəsi belə möcüzədir. Xüsusi yaradılır. Əşya xüsusi olaraq köhnəldilir. İnsan yaşlanır. Cənnətdə yaşlanma yoxdur. O da möcüzədir. Çirklənmə yoxdur. İnsan bir dəfə təmiz olaraq Cənnətə girəcək. Təmiz olacaq və sonsuza qədər bir daha çirklənməz. Yəni bədənində heç bir ifrazat meydana gəlməz. Gözyaşı ifrazatı daxil olmaqla, heç bir ifrazat meydana gəlməz. Sonsuza qədər bu, belədir. İnsan bu dünyada çox acizdir. Təpədən-dırnağa insanın acizliyini hər kəs bilir. Bu acizliyin heç biri yoxdur Cənnətdə. Acizlik xüsusi olaraq yaradılmışdır dünyada. Dünya sevgisinin olmaması üçün xüsusi yaradılmışdır. Kədərli hadisənin olması mümkün deyil Cənnətdə. Çünki yalnız möminlər və yalnız Allahın dedikləri var". (Adnan Oktarın Tempo TV-dəki canlı müsahibəsi, 28 yanvar 2009)
Cənnətdə Allahdan bir rəhmət olaraq bezmə və yorulma yoxdur
"Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir". "Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə heç bir yorğunluq toxunmayacaqdır!” İnsanlar gecə oldumu, dərhal yuxuları gəlir. Burada yorğunluğun olmadığını deyir. Burada bizə kədərin də toxunmayacağını deyir (Fatir surəsi, 32-35). Cənnətdə insanlar deyirlər: "Bezərikmi". "Bezginlik də yoxdur", - deyir; Allah sevgisindən bezilərmi? Rəhmanın söhbətindən, Allah eşqindən bezilərmi? İçdikcə içiləcək eşq şərbəti. Eşqdir o, İnşaAllah". (Adnan Oktarın Ekin TV-dəki canlı müsahibəsi, 9 mart 2009)
Cənnətdə yaradılan gözəlliklərdən bəziləri
Məsələn, xalatlar, paltarlar, bütün paltarlar çox gözəl bəzənmişdir. Bu dünyada da elə bəzəkli yaradılır. Məsələn, paltarlar da bizim beynimizdə yaradılır. Allah yaradır. Lakin bəzəyi azdır. Yəni dünyada keyfiyyətli, gözəl bir paltar görən insan heç olmamışdır. Yəni o mənada, texniki mənada mükəmməl olmaz.
APARICI: Köhnəlməyən paltar yoxdur.
ADNAN OKTAR: Heç yoxdur, bəli. Ancaq Cənnətdə bu, mümkündür. Cənnətdə sonsuza qədər köhnəlməz. Amma daima dəyişər. Daim qoxu küləkləri meydana gələcək Cənnətdə. Məsələn, gül qoxusu kimi, qərənfil qoxusu kimi, bənövşə qoxusu kimi, amma daim dəyişəcək. Amma bu dünyada Allah bunu ancaq ətirdə yaradır, ancaq çiçəkdə yaradır, yəni bir imtahan mühiti olduğu üçün məhdud yerlərdə yaradır Allah. Cənnətdə geniş sahələrdə yaradacaq. Ətir şüşəsində yaradılan bir qoxunun daha mükəmməli Cənnət küçələrində, Cənnət xiyabanlarında olacaq. Cənnət daim işıqlıqdır, Cəhənnəm də daim qaranlıqdır. Cənnətdə heç yuxu gəlməz insana. Aclıq hissi gəlməz. Üşümə hissi gəlməz. İstilik hissi gəlməz. Yorğunluq hissi gəlməz. Heç bir halda yorulmaz, yuxu basmaz. (Adnan Oktarın Tempo TV-dəki canlı müsahibəsi, 20 yanvar, 2009)
Ən çox xoşlanılan şeylər peyğəmbərlərlə edilən söhbətlərdir. Cənnətdəki gəzintilərdir. Cənnətdə çox çay var. Kiçik çaylar… "Ağacları altından çaylar axar", - deyə bildirilir (Nisa surəsi, 57) ayədə. İnsanlar suyu çox sevdikləri üçün Cənnətdə hər yerdə belə çaylar var. Məsələn, axan çeşmələr var, insanların xoşuna gəldiyi üçündür bu, nemət bulaqları var. (Adnan Oktarın Tempo TV-dəki canlı müsahibəsi, 28 yanvar, 2009)
…"Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” – (deyiləcək). Bu, böyük uğurdur. (Hədid surəsi, 12)