Nə demişdiNə oldu

Ermənistanın sabiq Xarici İşlər Naziri Vardan Oskanyanın The Daily Star qəzetində nəşr olunan yazısında hörmətli Adnan Oktarın fikirləri ilə böyük bənzərliklər göstərir. Oskanyan da eynilə Hörmətli Oktar kimi keçmişin keçmişdə buraxılmasının lazım olduğunu, Türkiyənin bölgədə çox əhəmiyyətli bir rol oynadığını, həmişə düşmən qalmağın mümkün olmadığını, birlik içində hərəkət etməyin lazım olduğunu söyləyir.

 

Azərbaycan APAXəbər Agentliyi, 16 avqust 2008

 

Adnan Oktar: Bu o qədər lazımsızdır ki, bir əsr əvvəl, yaxud illər əvvəl olmuş hadisələrdir. Kim belə hadisələrdən məmnun olar, bir döyüş mühiti idi. Qarşılıqlı acı və çətinlik çəkdilər. Türk məzarlarını nə qədər qazırsan bitmir. Azərbaycanda Xocalı soyqırımı məlumdur, biz haqqımızı halal edirik, tam halal edirik. Bir intiqam hissi içində deyilik. Olmuş bir dəfə Allahın təqdiri. Heç kim heç kimə kin və intiqam duyğusu içində olmamalıdır, biz intiqam istəmirik. Əvəzini də istəmirik. Biz yalnız qardaş olmaq istəyirik, dost olmaq istəyirik. Belə bir mövzu yoxdur. Yəni tarixdir bu, olmuş, keçmiş şeylərdir bunlar. Onda da min il əvvəli araşdırmağa, 1500 il əvvəlinin hesabını qarışdırmağa başlayacağıq. O nəsillər getmişdir artıq. İndi çox qoçaq cavanlar gəldi. Gənc əhali gəlmişdir, gənc insanlar gəlmişdir, qardaşlarımızdır onlar bizim. Artıq bunları danışmaq bizim sürətimizi azaldar. Bunlara ehtiyac yoxdur. Biz onları şəfqətlə bağrımıza basacağıq və onların zəngin və dinc olmasını istəyirik. Hüzur içində yaşamalarını istəyirik. Bu, mövzunu kökündən həll edəcək şeydir. Dost olmaq istəyirik. Ona görə belə şeyləri gündəliyə gətirmək tamamilə şeytani olar. Fitnə olar, qarışıqlıq olar və boş işlərdir bunlar ayrıca. Bunlar klassikdir, ta yüz il əvvələ aiddir; Ergenekon düşüncəsidir, İttihad Tərəqqi düşüncəsidir. Yəni belə gizli şəkildə ara qarışdırarsan. Gedib birini vurar, o başqasını vurar. İğtişaş çıxarar, qan tökər, o oranı işğal edər, o başqa yeri işğal edər. Bunlar, iş deyil bunlar; rüsvayçılıqdır bunlar şeytanın oyununa gəlməkdir. Bunları buraxsınlar artıq; sevgi və məhəbbət dövrüdür artıq, qəlbləri açaq inşAllah. Allahın nuru dünyanı tam mənası ilə örtmüşdür inşAllah. Həmişə Allahın nuru var dünyanın üzərində, lakin insanlar görə bilmirlər. Gözlərindəki o dumanı qaldıracağıq inşAllah.

 

Radikal qəzeti, 11 sentyabr 2008

...keçmiş bir kənara buraxılmalıdır. Türkiyənin Qafqaz Platforması təklifinin ciddi və davam etdirilə bilən bir təşəbbüs olduğunu ümid etmək məcburiyyətindəyik.

Türkiyə Şərq və Qərb arasında da həqiqi konkret bir körpüdür, eyni zamanda Qafqaz xalqları üçün Türkiyə Avropaya gedən yolu çəkir.

Dünya Türkiyənin Qafqaz Sabitliyi və Əməkdaşlıq Platforması təklifinin əvvəlki bərabər səylərindən daha ciddi və davam etdirilə bilən olmasını şiddətlə ümid etmək məcburiyyətindədir.

Ölkələrimiz və xalqlarımız tarix boyunca bölünmüş olduğumuzdan daha uzun bir müddətdə ortaq bir çətir altında yaşadı.

Sonsuza qədər düşmən qala bilmərik.

Ancaq əvvəl-axır bizlər sülh və əməkdaşlığın hakim olduğu bir bölgə üçün çalışma iradəsini göstərmək məcburiyyətindəyik.

Sərhəd təcili olaraq açılmalıdır.