Hz. Mehdi (ə.s)-ın tanınmağına işarə edən vacib məlumatlardan biri, “hz. Mehdi (ə.s)-ın adının və şöhrətinin dünya səviyyəsində durmadan yayılmağıdır”. İnsanlar, hz. Mehdi (ə.s) olduğunu bilməsələr də, hədislərdə bildirilənlərə görə, hz. Mehdi (ə.s)-ı tezliklə görəcək, səsini eşidəcək, fikirlərini öyrənəcək, əsərlərini, işlərini təqib edəcək və yenə tez-tez ondan danışacaqlar. Hədislərdə bu dövrdə bütün insanların tez-tez hz. Mehdi (ə.s)-dan danışacaqları, onun adını xatırlayıb, onun haqqında bəhs edəcəkləri, ona qarşı böyük bir sevgi və məhəbbət duyacaqları belə bildirilmişdir:
“MEHDİ ZÜHUR EDƏR, HAMI YALNIZ ONDAN DANIŞAR, ONUN SEVGİSİNİ DUYAR VƏ ONDAN BAŞQA HEÇ KİM HAQQINDA DANIŞMAZLAR.”1
“Hz. Mehdi (ə.s) gələndə, İNSANLAR ONU EŞQ VƏ MƏHƏBBƏTLƏ ƏHATƏ EDƏCƏKLƏR.”2
“Mehdi, dövründəki insanların ən yaxşısıdır. Onun köməkçiləri və ona beyət edənlər... Cəbrayıl onların önündə, Mikayıl da arxalarında olar. O (HZ. MEHDİ (Ə.S)) MƏXLUQAT ARASINDA SEVİLƏR.” 3
Sələmə ibn Züfər belə buyurur: “...HZ. MEHDİ (Ə.S), İNSANLARIN PİSLİKDƏN, CİNAYƏTKARLIQDAN VƏ ZÜLMDƏN BEZDİYİ VƏ HEÇ BİR QAİB (GİZLİ YAŞAYAN) ONUN QƏDƏR ƏZİZ VƏ SEVGİLİ OLMADIĞI BİR VAXTDA QİYAM EDƏCƏK”.4
“Şübhəsiz ki, o (hz. Mehdi (ə.s)), insanların qarşılaşdıqları şərlərə görə, (MEHDİ) ONLAR ÜÇÜN ƏN SEVGİLİ OLMADIQCA ZÜHUR ETMƏYƏCƏK.”5
ALLAH (c.c) BÜTÜN İNSANLARIN ÜRƏKLƏRİNİ ONUN (MEHDİNİN) MƏHƏBBƏTİ İLƏ DOLDURACAQ.6
1. (Kitab-Ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 33)
2. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 37)
3. (Kitab-Ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 58)
4. (El-Havi, cild 2, səh. 159)
5. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 27)
6. (Ahmed İbn-i Hacer-i Mekki (Heytemi), Beklenen Mehdinin Alametleri, El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 42)