Cahil cəmiyyətlərdə geniş yayılan azğın inanclardan biri də bir şəxsin digərinin günahını üstünə almasını düşünmələridir. Məsələn, yoldaşlarından biri digərinin ibadət etməsinə maneə törətməyə çalışar və onlara "günahın mənim boynuma" deyərlər. Bu adam əlbəttə ki, bir ibadətə mane olduğu üçün günah qazanar, ancaq qarşısındakı insan da bu ibadəti yerinə yetirməsə günah edər. Yəni heç kim ondan bu günahı öz boynuna götürə bilməz. Hesab günündə hər kəs yalnız öz etdiyindən cavabdeh olacaq. Heç kim başqalarının günahları barəsində sorğu-sual olunmayacaq. Allah hz. Muhəmmədə (səv) bu mövzunun izahını belə bildirmişdir:

De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa məbudmu axtaracağam? ” Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə, dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir. (Ənam surəsi / 164)

Peyğəmbərimiz (səv) "Heç kim heç kimin günahının cəzasını çəkməz" sözləri ilə də xalq arasındakı bu batil inanca bir aydınlıq gətirmişdir.