Yaşadığımız 21-ci əsrdə bütün dünyaya, əhəmiyyətli gerçəyin xəbəri verildi. İnsanlara, illərcə özlərinə gerçək kimi izah edilən, məktəblərdə oxudulan, jurnallarda, yazılarda, televiziyalarda, filmlərdə mövzu edilən, davamlı haqqında xəbər çıxarılan təkamül nəzəriyyəsinin yalan olduğu izah edildi. İnsanlar, həyatlarında ilk dəfə elmi dəlillərlə qarşılaşdı, bu dəlillərin təkamülü heç bir şəkildə dəstəkləmədiyi qərarına gəldilər. Və bütün dünyada gerçəklərin başa düşülməsi ilə təkamülə qarşı çıxan dirçəliş başladı. Uzun zamandır davam edən bu böyük dirçəlişin əks-sədaları isə keçdiyimiz həftələrdə ard-arda dünya mətbuatında gündəmə gəldi. Dünyanın ən böyük nəşr orqanlarının başlıqlarında bu ortaq başlıq yer alırdı: BÜTÜN DÜNYAYA YARADILIŞÇILIQ YAYILIR, BU AXININ LİDERİ İSƏ CƏNAB ADNAN OKTARDIR.
Darvinistlərin təkamül nəzəriyyəsini canlandırmaq adına son cəhdləri, müsəlman ölkə olan Misirdə təkamül mövzusunda konfrans vermək olmuşdu. Ancaq Misir İskəndəriyyədə reallaşdırılan təkamül konfransında darvinistlər, təbliğatlarının artıq bir işə yaramayacağını anlamış olacaqlar ki, intensiv olaraq dünyada get-gedə artan Yaradılışçılıq axınından duyduqları narahatlıqları dilə gətirdilər. İfadə etdikləri ortaq nöqtə isə, yaşlı dünya anlayışına sahib Yaradılış axınının TÜRKİYƏDƏ CÜCƏRDİYİ, bunun qabaqcılının CƏNAB ADNAN OKTAR OLDUĞU, elmi dəlillər, internet və Yaradılış Atlası vəsiləsi ilə BU AXININ DÜNYAYA YAYILDIĞI və hal-hazırda olduqca geniş coğrafiyada müəllimləri, şagirdləri, hətta darvinist təhsil almış həkimləri belə təkamül mövzusunda razı salmanın qeyri-mümkün hala gəldiyi istiqamətində idi. Bəhsi keçən darvinistlər, bu axının olduqca sürətli yayılmasına görə duyduqları narahatlıqları açıqca dilə gətirmişdilər.
Darvinistlərin uzun zamandır davam edən bu narahatlığı dünya mətbuatında son vaxtlarda intensiv olaraq yer alır. Dünyanın ən məşhur qəzeti olaraq qəbul edilən “THE NEW YORK TIMES”, mövzuyla əlaqədar xəbəri, 3 noyabr 2009 –cu ildə “Creationism, Minus Young Earth, Emerges in the Islamic World” (İslam dünyasında, gənc dünya anlayışını ehtiva etməyən yaradılışçılıq yüksəlir) başlığı ilə verdi.
Kenet Çanqın qələmə aldığı bu yazıda, müxtəlif ölkələrdən darvinistlərin təşkil etdikləri konfranslarda, xüsusilə Türkiyədə alovlanan Yaradılışçı axının bütün dünyaya sürətlə yayılmaqda olduğunu dilə gətirdikləri və bunu böyük təhdid olaraq gördükləri mövzu edilmişdi. Bəhsi keçən darvinistlərin ən böyük narahatlığı isə, dünyaya yayılan bu Yaradılışçı axının, gənc dünya anlayışını ehtiva etməməsi və milyonlarla illik gerçək fosil dəlillərini sübut göstərməsi idi. Bəhsi keçən yazıda bu böyük dirçəlişin liderinin CƏNAB ADNAN OKTAR olduğu ifadə edilirdi. Cənab Adnan Oktarın təsiri nəticəsində son on ildə bütün Türkiyədə çox ciddi dəyişikliklərin meydana gəldiyi, bu dəyişikliyin bütün dünyaya yayıldığı və xüsusilə İndoneziyada biologiya müəllimlərinin dərslərində Harun Yəhya kitablarını oxutduqları ifadə edilirdi.
Bəhsi keçən xəbərin ardından dünyada Harun Yəhya təsiri ilə əlaqədar ikinci xəbər, Amerikanın ən tanınmış qəzetlərindən biri olan “THE WASHINGTON POST”da 8 noyabr 2009-cu ildə yer aldı. “The Vaşinqton Post” xəbəri, “In Turkey, Fertile Ground for Creationism” (Türkiyədə Yaradılışçılıq Məhsuldar Zəmin Tapır) başlığı altında verdi. Mark Kaufman imzalı bəhs edilən yazıda, anti təkamül kampaniyasının ən təsirli olduğu yerin Türkiyə olduğu və kampaniyanın buradan müsəlman ölkələr başda olmaq üzrə bütün dünyaya yayılmaqda olduğu ifadə edilmişdi. Eyni yazıda, Cənab Adnan Oktarın bütün dünyaya Yaradılış Atlasını çatdırması ilə BEYNƏLXALQ BİR HƏRƏKƏTİN başladığı ifadə edilirdi. Yazıda, amerikalı ağıllı dizayn müdafiəçiləri HƏLƏ SƏSLƏRİNİ EŞİTDİRMƏYƏ ÇALIŞARKƏN, Cənab Adnan Oktarın çox uzaqlara çata bilən TƏKAMÜL İMPERATORLUĞU qurmuş olduğu dilə gətirilmişdi.
4 noyabr 2009-cu ildə isə, INTERNATIONAL HERALD TRIBUNE qəzeti, Kenet Çanqın “New York Times” qəzetindəki xəbərini “Blending Science and Faith” (Elm və Dinin Birləşməsi) başlığı altına mövzu etmişdi. Bəhs edilən xəbərdə də yenə, Cənab Adnan Oktarın təsiriylə İslami yaradılışçılığın bütün dünyaya yayılmaqda olduğu ifadə edilmişdi.
Xaricdəki əks-sədalar bununla da məhdud deyildi. İngiltərənin ən tanınmış darvinist fikirdə olan qəzeti “THE GUARDIAN”, 15 noyabr 2009-cu ildə xəbəri “Evolution's Classroom Crisis” (Təkamülün Sinifdəki Böhranı) başlığı altında verdi. Riazat Batt tərəfindən qələmə alınan bu yazıda da İslami Yaradılışçılığın, (gənc dünya anlayışından ötrü) Amerikadakı Yaradılışçılıqdan fərqli istiqamətləri olduğu ifadə edilir və HARUN YƏHYA TƏRƏFİNDƏN BÜTÜN DÜNYAYA SÜRƏTLƏ VƏ TƏSİRLİ ŞƏKİLDƏ YAYILDIĞI izah edilirdi. Bəhsi keçən yazıda, təkamülə qarşı xüsusilə İndoneziyadakı açıq müqavimətin Harun Yəhya əsərləri nəticəsində meydana gəldiyi və yenə İndoneziyalı müəllimlərin qaynaq kitab olaraq Harun Yəhya əsərlərini istifadə etdikləri ifadə edilirdi. “The Guardian” qəzeti, bənzər xəbəri 13 noyabr 2009-cu ildə də gündəmə gətirmiş və ölkələr arası fikir alverinin çox geniş ölçülərə çatdığını ifadə edərək, Londondakı təhsil institutu professoru və eyni zamanda Anqlikan rahibi olan Maykl Rissin fikirlərinə yer vermişdi. Maykl Riss, bu gün türklərin inandıqları şeyin, sabah alman və ingilislərin inanacaqları şey olduğunu ifadə etmişdi. Riss, bu təsirli axın səbəbiylə indi İngilis məktəblərində olduqca ağıllı 16-17-18 yaşlarındakı gənclərin artıq təkamülə inanmadıqlarını ifadə edirdi.
Mövzuyla əlaqədar ən əhəmiyyətli xəbərlərdən birini isə dünyanın ən böyük xəbər agentliyi “REUTERS” dilə gətirdi. Tom Heneqan tərəfindən hazırlanan 16 noyabr 2009-cu ildə və “Muslim Creationism is Back in The News, This Time in Egypt” (Müsəlman Yaradılışçılıq Gündəmə Geri Döndü, Bu Dəfə Misirdə) başlıqlı yazıda, İslam dünyasının ƏN TANINMIŞ YARADILIŞ MÜDAFİƏÇİSİ olaraq HARUN YƏHYA haqqında məlumat verilərkən, dünyanın ən tanınmış nəşrlərində HARUN YƏHYANIN DÜNYA SƏVİYYƏSİNDƏ TƏSİRİNƏ DİQQƏT ÇƏKİLDİYİNİ ifadə etmişdi.
“THE TIMES” internet saytı isə, bəhsi keçən xəbəri 17 noyabr 2009-cu il tarixində “Muslims Academics And Students Are Turning Against Darwin’s Theory” (Müsəlman Alimlər və şagirdlər Darvinin nəzəriyyəsinə qarşı çıxır) başlığı altında verdi. Rus Qledhelin qələmə aldığı bəhsi keçən yazıda, xüsusilə müsəlman ölkələrində edilən sorğular nəticəsində təkamülə inananlarının nisbətinin 15%-i keçmədiyi və bunun da insanların internetdən rahatlıqla çata bildiyi Harun Yəhya əsərləri vəsiləsiylə reallaşdığı ifadə edilmişdi.
“THE BOSTON GLOBE” saytı isə mövzunu “Islam’s Darwin Problem” (İslamın Darvin problemi) adı altında vermişdi. Dreyk Benet tərəfindən yazılan 25 oktyabr 2009-cu il tarixli bu yazıda isə yenə Hörmətli Adnan Oktarın işlərinə yer verilir və Yaradılış Atlasının təsirinə diqqət çəkilirdi. Yazıda həmçinin Hörmətli Adnan Oktarın fəaliyyətlərinə görə indi Türkiyənin Yaradılışçılığın mərkəz əsası olduğu, ancaq təkamülə qarşı hərəkətin Türkiyədən hal-hazırda bütün dünyaya yayılmış olduğu ifadə edilirdi.
Bənzər xəbərlər “PHILADELPHIA INQUIRER”, “BELIEFNET” və “THE NATIONAL” kimi nəşrlərdə da yer almağa davam etdi. Qısa müddətdə bütün dünya cənab Adnan Oktarın dünya miqyasındakı təsirini açıq şəkildə ifadə edirdi.
Əslində, bu yüksəliş uzun müddətdir davam edir. Lakin darvinistlər, bir müddətdir bu gerçəyi görməzlikdən gəlmişlər və 150 il əvvəlinin təbliğat üsullarıyla yenə də müvəffəqiyyətli olacaqlarını zənn edirdilər. Elmi sübutların belə güclü nəzəriyyələri məhv edəcəyini hesaba almamışlar. İnsanların son dərəcə ağıllı və şüurlu olduqlarını, elmi dəlillərdən təkamülün olmadığına dair qənaətlərinin rahatlıqla gələcəyini, təkamül saxtakarlığını çox rahat anlayacaqlarını təxmin edə bilməmişlər. Darvinistlər, dünya səviyyəsində təkamülə qarşı müqavimətin bu qədər şiddətli və geniş miqyaslı olacağını, qısacası, belə TEZ VƏ SARSIDICI ŞƏKİLDƏ MƏĞLUB OLACAQLARINI düşünmürdülər.
Hal-hazırda darvinistlərin düşünmək istəmədiyi şeylər başlarına gəldi. İndi dünyada insanların böyük əksəriyyəti təkamül nəzəriyyəsinə cəbhə xəttini çəkərək, bütün varlıqların Allahın yaratdığını müdafiə edir və darvinist təlqinlərə qarşı üsyan edir. Darvinistlər bu açıq vəziyyətə qarşı bircə şeyi edə bilərlər, konfranslarda bir araya gəlmək və öz çarəsizlikləri və məğlubiyyətləri barədə danışmaq!
Bu böyük məğlubiyyət, əlbəttə, başından bəri müəyyəndir. Allahın vədi gərəyi, Allaha baş qaldırmaq (Allahı tənzih edirik) adına ortaya çıxmış hər batil din yox olucudur. Darvinizm də Axırzamanda dəccalın idarəsində ortaya çıxmış olan batil və azğın din olaraq əlbəttə məhv olacaq, əlbəttə yox olacaq. Bu YOX OLMA, BÜTÜN DÜNYA SƏVİYYƏSİNDƏ CƏNAB ADNAN OKTAR VƏSİLƏSİYLƏ ÖZÜNÜ GÖSTƏRİR.
De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)