Bir çox zebralar gizlənməyə yer olmayan açıq otlaqlarda yaşayırlar. Buna görə də, həyatda qala bilmək üçün çox sürətli hərəkət etmək məcburiyyətindədirlər. Elə zebraların bütün bədən quruluşları da bu ehtiyaclarına uyğun tərzdə yaradılmışdır. Məsələn, ayaqları çox uzundur, güclü əzələləri və xeyli genişlənə bilən ağciyərləri vardır. Məhz bunun üçün də heç yorulmadan və yavaşlamadan çox uzun məsafələri qaça bilirlər. Zebraların sümükləri yüngül olsa da, xeyli güclüdür və heç birinin xətləri digərləri ilə eyni deyil. Hər insanın özünə məxsus barmaq izinin olması kimi, hər zebranın da özünə məxsus xətləri vardır. Bundan başqa zebralar tez-tez su içirlər. Su olmayan bölgələrdə isə qoxu hissiyatlarından istifadə edərək çuxur qazıb təmiz suyu ortaya çıxarırlar.
Hər hansı təhlükə zamanı yetkin zebralar sürüdəki balaları qoruya bilmək üçün onları sürünün içərisinə doğru itələyirlər. Bütün zebralar qaçarkən balalar daim sürünün iç qisimində olurlar və daha yaxşı qorunmaq üçün analarına yaxın hərəkət edirlər.
Təbiətdəki canlıların hər biri balaları böyüyənə qədər onların qayğısına qalır, ehtiyaclarını tam təmin edirlər.
Təbiətdəki canlılar arasında müşahidə edilən bu davranışları təkamülçülərin “təbiət döyüş meydanıdır, xudbin olan, öz mənfəətini güdən üstün gələr” iddialarını tamamilə əsassız edir. Canlılardakı bu kimi davranışların mənbəyinin isə onların öz ağlından qaynaqlanmadığı, quşun, pələngin və ya başqa hər hansı heyvanın, başqa canlının ehtiyaclarını düşünərək, incəlikləri nəzərə alaraq hərəkət etməyəcəyi aydındır. Bu canlılar Allahın ilhamı ilə hərəkət edirlər. Allah canlılarn hər birinə davranışlarını ilham edir və onlar da bunu əksizsiz şəkildə yerinə yetirirlər. Hər biri özünü Yaradan Allaha boyun əymişdir. Quranda bu həqiqət belə bildirilir:
Göylərdə və yerdə olanlar Onundur. Hamısı Ona boyun əyər! (Rum surəsi, 26)